Bazar ertəsi, 2024-04-29, 1:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 3 » Ulduz falı yalan danışır
6:58 AM
Ulduz falı yalan danışır
 Ulduz falı yalan danışır

"Bürclərin insan həyatına təsiri sadəcə mifdir, bu inamın əsasında qurulan astroloji proqnozlar və qoroskoplar isə cəfəngiyyatdır”. "Alimlər müəyyənləşdiriblər ki, əslində ulduz bürcləri insan həyatına və onun xarakterinə heç cür təsir etmir”.

Alimlər əvvəllər də ulduz bürclərinin əsasında qurulan qoroskopları cəfəngiyyat adlandırırdılar, ancaq bu vaxta qədər hələ də dəqiq bir sübut ortaya qoyulmamışdı. Indi isə alimlər iddia edirlər ki, insanın hansı bürc altında dünyaya gəlməsinin onun xarakterinə və həyatına heç bir təsir göstərməməsini sübut edən elmi nəticələr əldə ediblər. 
Nüfuzlu "Personality and İndividual Differences” psixoloji jurnalının səhifələrində Danimarka Universitetinin kollektivinin bürclərin insan həyatına heç bir təsir göstərmədiyini sübur etmələri barədə məlumat dərc olunub. Araşdırmalara rəhbərlik edən professor Peter Xartman iddia edir ki, "Bürclərin insan həyatına təsiri sadəcə mifdir, bu inamın əsasında qurulan astroloji proqnozlar və qoroskoplar isə makulaturadır”.
15 min nəfərin həyatını əhatə edən statistikanı ciddi analizdən keçirən Danimarka alimləri insanların xarakterində, onların intellektual qabiliyyətlərində, psixoloji anomaliyalarında və problemlərində həmin insanların hansı ildə, hansı ayda anadan olmaları ilə heç bir bağlılıq aşkar ediə bilməyiblər.
Salampress qəzeti-Moskva
Category: Diger me'lumatlar | Baxış: 992 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]