Bazar günü, 2024-12-22, 9:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 1 » Əti halal və haram olan quşlar
2:24 PM
Əti halal və haram olan quşlar
Əti halal və haram olan quşlar (şətiətə görə, əti halal və haram olan ev və çöl quşları hansılardır?

Əti halal olan quşlar
1. Bütün növ göyərçinlər.
2.Bütün növ sərçələr.
3. Toyuq və xoruz.

Əti haram olan quşlar
1. Yarasa.
2. Qarğa.
3. Bütün növ caynaqlı quşlar (qartal, qırğı, kərkəz və s.)
Qaranquş və Şanapipiyin əti məkruhdur (yeyilməməsi məsləhətdir). Əti halal olan quşların yumurtası halal, əti haram olan quşların yumurtası isə haramdır. Yumurtanın hansı quşa mənsub olduğu məlum olmadıqda  onların görünüşünə diqqət yetirmək lazımdır. Hər iki tərəfi bərabər olan yumurtalar haram, bir tərəfi o biri tərəfdən nazik olan yumurtalar isə halaldır.

Necə kəsməli?
 Növündən asılı olmayaraq əti halal olan bütün quşlar üzü qibləyə "Bismillah" deyildikdən sonra kəsilməlidir.

Yanlış adət
 Bəzən quşların başı kəsilərkən dilləri çıxarılır, bunun da heç bir əsası yoxdur.

Yumurta
Bəzən yumurtanın sarısında qan muşahidə olunur. Bişməzdən əvvəl sarıdan ayrıldıqda pak və yeyilməsi halal olur.




Bəzi hallarda ovlanan sərçə kimi quşların başları bədənlərindən qoparılır. Bu haramdır.







Adətən göydə süzərək uçan qartal kimi quşların əti haramdır.







Əhəlləşdirilmiş və vəhşi qu quşlarının əti, piyi və yumurtası halaldır.






Dəvəquşunun yumurtası və əti halaldır.







Həm çöl, həm də ev göyərçinlərinin əti halaldır.


Category: Bezi meslehetler | Baxış: 3250 | Added by: Ənfal | Rating: 5.0/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]