Bazar günü, 2024-12-22, 11:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Mart » 3 » TATUİROVKA ETMƏ
8:32 AM
TATUİROVKA ETMƏ
 
TATUİROVKA ETMƏ (Bədənə şəkillər döymə)

        İslamda caiz olmayan və mərcəi-təqlidlərdən bəzilərinin haram sandığı əməllərdən biri də, Tatuirovkadır.[Onu sheri hokmunu bilmek ucun, her bir shexs oz teqlid etdiyi muctehidin fetvasina muraciet etmelidir]. Tatuirovkanın ziyanlarından bir hissəsinə işarə edirik.

          Tatuirovkanın cismi zərərləri
          Tatuirovka iki yolla xəstəliyə səbəb olur.
         1- Qan və Tatuirovka üçün istifadə edilən vasitələrlə
         Yoluxucu xəstəliklər üzrə mütəxəssis doktor Kərimi bu barədə deyir:" QİÇS, hepatit B, hepatit C kimi xəstəliklərin amili virusdur. Bu viruslar qan və bu virusa aludə olmuş alətlərlə ötürülür. Bəzən Tatuirovkalar eyni alətlərlə qeyri-gigiyenik surətdə həyata keçirilir. Bu da bir sıra şəxsin infeksion xəstəliklərə yoluxmasına səbəb olur. Əslində bu şəxslər bədənlərinin sağlamlıqlarını onun gözəlliyinə qurban verirlər.
         Aparılmış araşdırmalara əsasən hal hazırda İran xalqının 2-3 milyon nəfəri, hepatit B xəstəliyinin daşıyıcısıdırlar. Həmçinin təxmin edilir ki, təqribən 200 mindən 300 min nəfərə qədər şəxs, hepatit C xəstəsidirlər. Eləcə də belə nəzərə gəlir ki, bu xəstəliyə yoluxmuş şəxslərin 2-dən 5% kiminin səbəbi Tatuirovkadır. Geniş miqyaslı tədqiqatlar göstərir ki, bədənə şəkillər döydürmüş şəxslər, başqalarından daha çox hepatit C xəstəliyinə yoluxurlar. Bundan əlavə hepatit B, cüzam və vərəm kimi digər yoluxucu xəstəliklər Tatuirovka vasitəsilə ötürülür.

      Birdəfəlik iynələrlə Tatuirovka
      İlk baxışda nəzərə çarpır ki, səhiyyə nazirliyinin təsdiq etdiyi birdəfəlik iynələrdən istifadə etmək, Tatuirovkaya aludə olmuş iynələrlə yoluxmuş bu xəstəliklərin qarşısını almaq üçün ən əlverişli yoldur. Ancaq doktor Kərimi bu barədə deyir: "Stril iynələrindən istifadə etmək, qan vasitəsilə ötürülən xəstəliklərə yoluxma ehtimalını azaldır. Amma əsasən gözəllik salonlarında bulaşıq fəza, Tatuirovkanın heç də münasib olmayan mühit şəraiti və buna bənzər faktorlar xəstəliyə yoluxma ehtimalını artırır. 
 
        Ənənəvi məkanlarda Tatuirovka 
         Tatuirovka edilən gözəllik salonlarının ümumi mühitinin qeyri-münasib şəraiti və aludə fəzasından yaxa qurtarmaq üçün, ənənəvi məkanlara üz gətirmək olmaz. Doktor Komeyli bu barədə deyir: "Ənənəvi və aludə məkanlarda Tatuirovka etmək, Tatuirovka xəstəliklərinə yoluxma ehtimalını artırır".
         2- Tatuirovka üçün istifadə edilən rənglər vasitəsilə.
         Bu barədə doktor Kərimi deyir: "İynədən başqa, Tatuirovkada istifadə edilən rənglər də təhlükə yarada bilər. Ümumiyyətlə, Tatuirovkada istifadə edilən rəng maddələri yağdan, bitki şirəsindən və heyvan sürməsindən və ya dəmir, və kobalt kimi yeraltı maddələrin karbonundan alınır. Amma bəzən müşahidə edilmişdir ki, hətta mürəkkəb yaxud avtomobilin yanmış yağından da istifadə edilir". Dəri həkimləri xəbərdarlıq edirlər ki, bir sıra rənglərdə xərçəng xəstəliyi yaradan, bəzən də, şiddətli allergiyaya səbəb ola bilən maddələr vardır.
 
        Təbii rənglər süni rənglərdən daha pisdir 
         Bəziləri güman edirlər ki, təbii rənglərdən istifadə etsələr, problem həll olunacaqdır. Amma dəri mütəxəssisi doktor Həmid Komeyli bu barədə deyir: "Bir neçə vaxt bundan öncə Almaniyada tədqiqat zamanı, təbii rənglər kimi istifadə edilən 23 növ Tatuirovka rəngləri sınaqdan keçirildi. Bu araşdırmanın nəticəsinə əsasən, dəri altına daxil olmuş rənglərin təqribən hamısı (hətta təbii xına rəngi) xərçəng xəstəliyi törədən maddələrə malikdirlər".
           Ekspertlərdən bəzisinin fikrincə, süni rənglərin əksinə olaraq təbii rənglərin sabit kimyəvi quruluşu olmadığından, dərhal parçalanaraq zərərləri maddələri qan dövranına ötürürlər. Bu baxımdan demək olar ki, təbii rənglərlə Tatuirovka etmək, hətta süni rənglərdən daha təhlükəlidir. Bu növ Tatuirovkada allergiyaya və eqzimaya yoluxma daha tez baş verə bilər.
 
Müəllif: Mehdi Tahiri
 
Category: Bezi meslehetler | Baxış: 1731 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]