Bazar günü, 2024-12-22, 10:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 9 » Tarixdə baş verənlər
8:47 AM
Tarixdə baş verənlər
RAHİB BÜHEYRA
Qüreyş və Hicaz camaatı ticarət üçün Şama çox gedib-gələrdilər. Peyğəmbər (s) əbu Talibin himayəsində olanda Əbu Talib Şama getməli oldu. Əbu Talib Peyğəmbəri çox sevdiyi üçün onu da özü ilə apardı. Qüreyşin karvanı Bəsri adlanan məntəqədən keçirdi. Yaxınlıqda məsihi bir rahibin sovmiyəsi (koması) vardı. Həmişə ibadətə məşğul olub, yoldan keçənlərə diqqət etməyən rahib bu dəfə Qüreyşi süfrəyə dəvət edir. Onun bu hərəkəti təəccübə səbəb olsa da, təklif qəbul olunur və hamı süfrə kənarına əyləşir. Rahib soruşur ki, sizin adamların hamısı buradadır? Cavab verirlər ki, bir cavandan başqa hamı. Rahib o cavanın da gətirilməsini israr edir. Peyğəmbər (s) gələndə rahib gözünü ona dikib, diqqətlə baxır. Öz səmavi kitabı İncildə son peyğəmbər haqqında deyilən əlamətləri xatırlayır və bu cavanda görür. Onunla söhbətə girişib, həyatı və yuxuları barədə soruşur. Onu Qüreyş içində hörmətli bütlərə and verir ki, həqiqəti söyləsin. Həzrət (s) onun bu andından sıxılır. Büheyrə ona daha artıq diqqət yetirir və çiynində peyğəmbərlik əlamətini görür. Sonra əbu Talibə tapşırır ki, Peyğəmbəri yəhudilərdən qorusun!
MƏZLUMLARIN MÜDAFİƏSİ
Cəmiyyətin zəif insanlarını hüququ daim zorular tərəfindən tapdalanır. Məzlumların hüquqlarının müdafiəsi insanların öhdəsinə düşən insani bir fəzilət, ilahi bir dəyərdir. Peyğəmbər (s) hələ öz risalətindən əvvəl haqqı müdafiə edər, fəzilət haqqında söhbətlərdə olardı. Bəni-əsəd qəbiləsindən bir şəxs ticarət üçün Məkkəyə gəlir. Onun malını Bəni-səhm qəbiləsindən bir şəxs alır, amma pulunu ödəmir. Bu adam nə qədər çalışırsa, öz haqqını ala bilmir. Əbu Qubeys dağının zirvəsinə çıxıb, yardım isətyir. Onun hərəkəti camaata çox təsir edir. Qüreyş böyükləri Əbdüllahın evinə toplanır. Məclisi həzrət Peyğəmbər (s) nizamlayır. Bu yığıncaqda onlar əhd edirlər ki, məzlumların haqqını qoruyacaqlar. Bu müqavilə (ərəbi) adı ilə tanınır. Zahirən bu əvvəlki müqavilələrə yeni bəndlərin əlavə edilməsi ilə bağlıdır. Peyğəmbərin (s) bu ləyaqətli işi tarixdə məhşurdur. Həzrət (s) özü də bu müqavilə ilə fəxr etmiş və buyurmuşdur: «İndi də məni belə bir müqaviləni imzalamağa çağırsalar qəbul edərəm». («Tarixe Yəqubi» 1-ci cild).
QARA DAŞIN MƏNŞƏYİ
Peyğəmbərin (s) ömründə 25 Bahar ötmüş sel Kəbəni dağıtdı. Qüreyş Kəbəni bərpa etmək üçün torpaq daşımağa başlayır. Qazılan yer dərinləşəndə böyük bir ilan görünür və qazıntını dayandırırlar. (Bəlkə də bunun Kəbə ətrafında çoxlu peyğəmbər qəbrinin olması ilə əlaqələndirmək olar. Buradan çox torpaq götürlüməsi qəbrlərin açılmasına səbəb olardı). Bir sözlə divarlar qaldırılır, növbə Həcərül-əsvədin (qara daşın) divara bərkidilməsinə gəlir. Qəbilələr arasında mübahisə başlanır ki, Həcərül-əsvədi hansı qəbilə götürəcək. Bu vaxt «Məhəmməd əmin» adlanan Peyğəmbər (s) yaxınlaşır. Hamı onun bu işi mühakimə etməsinə razılıq verir. Həzrət (s) çox göl bir tədbir tökür. Öz ridasını (arxalığını) yerə sərib, Həcərül-əsvədi ridasına qoyur. Bütün qəbilələrə müraciət edir ki, hərə bir tərəfdən yapışıb daşı qaldırsınlar. Hərə ridanın bir yanından tutub Həcərül-əsvədi qaldırırlar. Həzrət özü daşı götürüb divara yerləşdirir. Beləcə, hamı bu işin savabından faydalanır və mübahisə kəsilir.

Müəllif: Həbibullah Əhmədi   

Category: Tarix | Baxış: 917 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]