Bazar günü, 2024-12-22, 10:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 10 » Tarixdə baş verənlər
8:24 AM
Tarixdə baş verənlər
Hzrət Muhəmməddən (s.ə.s) İmam Məhdinin (ə) qeybə çəkilməsi dövrünə qədər İslam dünyasının müxtəsər xronologiyası.


DAXİLİ QARŞIDURMA
657-667-ci illər

657 - İraqda İmam Əli (ə) və Müaviyyə tərəfdarları arasında Süffeyn döyüşü olub;
658 - Əbu Musa Əşərinin münsifliyi ilə İmam Əli (ə) xilafətdən kənarlaşdırılıb. Xəvaric məğlub edilib. (Nəhrəvan döyüşü). İmam Zeynül-Abidinin təvəllüdü;
660-750 -  Əməvi Sülaləsi xilafəti ələ keçirib;
660 - Bəsrədə Kufi xətti ilə ilk İslam sikkəsi (pulu) dövriyyəyə buraxılıb;
661 - İmam Əli (ə) şəhid olub. Xilafət Şama (Suriyaya) köçürülüb;
661-667 - Müsəlmanlar ilk dəfə olaraq Hindistana yürüş ediblər;
668 - Ərəblər Anadoluya yürüş edib və birlik qarşıdırmadan sona Konstaninopol fəth olunub;

BÖYÜK FƏTH
668-685-ci illər.

670 - Ərəblər Şimali Afrikanı (Misirdən Əlcəzairə kimi) fəth edib. Qeyruvan şəhəri salınıb. İmam Həsənin (ə) şəhadəti; 
670-675 - Qeyrivan məscidi inşa olunub;
674-679 - İstambul yenidən ərəblərin əlinə keçib;
677 - İmam Baqir (ə) təvəllüdü;
680 - Müaviyyə dünyasını dəyişib, oğlu Yezid hakimiyyətə gəlib və Kərbəla çölündə İmam Hüseyni (ə) faciəvi şəkildə qətlə yetirərək Əhli-Bəyti əsir götürüb;
682 - Mədinə şəhəri Yezidin xilafətini rəsmən qəbul etmədiyi üçün talan olub, Kəbə yerlə-yeksan edilib;
684-692 - Abdulla ibn Zübeyr ilə Əbdülməlik arasında xilafət üstündə müharibə olunub;
685 - Mərvan ibn Həkəm həyat yoldaşı tərəfindən qətlə yetirilib və oğlu Əbdülməlik xilafətə gəlib;


CİHAD
685-712-ci illər

685-687 - Muxtar sədəfi İraqda qiyam edib;
692 - Həccac ibn Yusuf Məkkəni işğaı edib və Abdulla ibn Zübeyri qətlə yetirib;
702 - Qütəybənin sərkərdəliyi altında müsəlmanlar qərbi Türküstanı ələ keçiriblər. İmam Sadiq (ə) dünyaya gəlib;
705 - Şamda Əməvi məscidi və ilk minarə inşa olunub;
708-715 - Ərəblər Sind və Pəncab düzənliklərinə qədər irəliləyiblər;
709 - Ərəblər Atlantik okeanının sahillərinə qədər bütünŞimali Afrikanı və Buxaranı fəth ediblər;
710-711 - Klikiyanın fəthi;
711 - Tariq ibn Ziyadın sərkərdəliyi altında ərəblər Afrikaya keçiblər. Əndəlosun (İspaniyanın) fətfi;
712 - Müsəlmanlar Səmərqəndi fəth edib və ilk dəfə olaraq kağız düzəltməyi öyrəniblər. İmam Zeynül-Abidinin (ə) şəhadəti;


ÖLKƏLƏRİN FƏTHİ
713-720-ci illər

713 - Ərəblər Musa ibn Nəsrinin sərkərdəliyi altında Pireney dağlarını aşaraq Fransa sərhədlərinə yaxınlaşdılar. Ərəblər Kaşğara və Çin şəhərlərinə çatıblar;
715 - İslam ölkələrində Yunan dili hakimiyyətinə son qoyulub. İlk dəfə olaraq məscidlərdə minarələr tikilməyə başlayıb. Ərəblər Qərbi Anadolunu Amurun (hazırki Əskişəhr) Bərqama və Sard bölgələrinə tərəf irəliləyirlər. Fərqanədə xəlifə əleyhinə qiyam baş verib və xəlifə əsgərləri tərəfindən qətlə yetirilib;
716-717 - Balear adası müsəlmanlar tərəfindən fəth olunub;
717-718 - Qətatədə ərəb məscidi inşa edilib. Ömər ibn Əbdüləzizin xilafəti və maliyyəyə sistemində islahatlar;
171-720 - Peyğəmbərin (s.ə.s) sonuncu səhabəsi Əbu Tüfeyl ibn Amir vəfat edib.


Category: Tarix | Baxış: 1083 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]