Bazar günü, 2024-12-22, 10:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 7 » Tarixdə baş verənlər
7:45 AM
Tarixdə baş verənlər
Hz. Muhəmməddən (s.ə.s) İmam Məhdinin (ə.f) qeybə çəkilməsi dövrünə qədər İslam dünyasının müxtəlif xronologiyası

HİCRƏTDƏN ƏVVƏL
571-619-cu illər

571- (həmçinin 570-ci il göstərilir) Hz. Muhəmmdəin (s.ə.s) təvəllüdü (20 aprel);

595- Hz. Muhəmməd (s.ə.s) Xədicə ilə ailə qurub;

608- Kəbə yenidən tikilib;

610- Sasani padşahı ll Xosrov ərəblər tərəfindən məğlub edilib. Hz. Muhəmməd (s.ə.s) Məkkə əhalisini İslama dəvət etməyə başlayıb;

614- Hz. Fatimə (ə) dünyaya gəlib;

619- Hz. Xədicə vəfat edib;

620- Hz. Muhəmməd (s.ə.s) Mədinə əhalisi ilə mütəfəqilik barədə ilk müzakirə aparıb. (Əqəbə müqaviləsi)

622- Hicri tarixinin başlanğıcı. Mədinədə ilk məscid inşa edilib;

623- Qiblə Qüdsdəki Beytül- Müqəddəsdən Kəbəyə doğru dəyişib. Ramazan ayının orucu vacib edilib. Namazdan əvvəl azan verilməyə başlanıb;

HİCRƏT
622-630-cu İLLƏR

624- Bədr döyüşü;

625- Ühüd döyüşü. İmam Həsənin təvəllüdü;

626- İmam Hüseynin (ə)təvəllüdü;

628- Xəndək döyüşü və Hüdeybiyyə sülh sazişi;

628 Xeybər döyüşü. Sasani padşahı Xosrov Pərviz qətlə yetirilib;

629-  Bizans imperatorluğu ilə müsəlmanlar arasında döyüş baş verib. Mutə müharibəsi;

630- Məkkə fət edilib. Hüseyn və Təbuk döyüşləri;

630-631- Bütün Ərəbistan yarımadası İslam Peyğəmbərinə (s.ə.s) tabe olub;

632- Vida həcci. Hz. Muhəmməd (s.ə.s) vefat edib (8 iyun). Əbu Bəkr xəlifə seçilib;


CİHAD
633-639- cu İLLƏR

633- Hz. Muhəmmdəin (s.ə.s) vəfat etdiyini eşidən ərəb qəbilələri qiyam edib. Yaranmış qarşıdırma yatırılıb (Zındıqlarla müharibə). İraqın cənub əraziləri fəth olunub. Ərəblərlə bizanslar arasında gedən döyüşdə müsəlmanlar zəfər çalıb;

634- 1-ci xəlifə Əbu Bəkr vefat edib. Ömər ibn Xəttab xəlifəyə gəlib;

637- Bəsrə və Kufə şəhərləri salınıb. Cəlulada Sasani padşahı məğlub edib;

636- Müsəlmanların ixtiyarına keçən Beytul- Müqəddəs şəhəri xəlifə Ömər ibn Xəttaba təslim olub. Məscidül- Əqsa inşa edilib;

638- Antakiya və Hələb fəth olunub.

639- Misir ərəblər  tərəfindən fəth olunub və İskəndəriyyə ələ keçirilib Müaviyyə Suriyaya vali təyin olunub;
Fərqədin rəhbərliyi ilə ərəblər Rey və Azərbaycanın cənubunu feth edib.


ÖLKƏLƏRİN FƏTHİ
641-646-cı İLLƏR

641- Urfa, Hərran və Mosul müsəlmanlar tərəfindən fəth olub;

642- Ərəblərlə iranlılar arasında Nəhavənd döyüşü. Səsanilər dövlətinin süqutu. Fistat şəhəri Əmr ibn As tərəfindən salınıb və orada məscid inşa olunub;

642-643- Müsəlmanlar dərbəndə yürüş edib və oranın mərzibanı (sərhədçisi) Şirvanşahla sülh sazişi imzalayıblar;

643- Qərbi Tripoli müsəlmanların əlinə keçib. Qüdsdə Qübbətüs-Səxrə məscidi inşa olunub;

644- Ömər ibn Xəttab qətlə yetirilib. Osman ibn Əfvan xəlifə seçilib;

646- Ərəblər İran və Türküstanı ələ keçirərək Anadolunu fəth ediblər. Ərəblər Təbriz, Talış və Muğana yürüş edərək oranın əhalisi ilə sülh sazişi imzalayıblar;


YENİ İSLAM ÖLKƏLƏRİ
647-655- ci İLLƏR

647- Şimalı Afrika ərəblər tərəfindən fəth olunub;

649- Kipr adası Müaviyyə tərəfindən fəth olunub;

651- Sasanilərin sonuncu parşahı lll Yəzdigərin ölümü. İran təmamilə ərəblərin nəzarəti altına keçib;

651-652- Herat və Bəlx ərəblər tərəfindən fəth olunub;

653- Xəlifə Osman ibn Əfvan Quranın nüsxə halına salınmasına dair sərəncam verib. Ankara fəth olunub;

654- Robos adası Müaviyyə tərəfindən fəth olunub;

655- Likiya sahillərində Bizans donanması müsəlmanlar tərəfindən darmadağın edilib. Misirdə xəlifə Osmana qarşı qiyamlar başlanıb;

656- Osman ibn Əvfan qətlə yetirilib. İmam Əli (ə) xəlifə seçilib. Müaviyyənin qiyamı. İlam Əli (ə) Küfə şəhərinə köçüb. Cəməl döyüşü.

Ardı var....



Category: Tarix | Baxış: 1155 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]