Bazar günü, 2024-12-22, 11:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 20 » Təqvimdən təqvimə
6:34 AM
Təqvimdən təqvimə

Təqvimlər

 

Hijri qəməri təqvimi Həzrət Muhəmmədin (s.ə.s) Məkkədən Mədinəyə hijrət etməsi ilə başlanan tarix sistemidir. Hijri təqvimi  özlüyündə: hijri qəməri və hijri şəmsi təqvimlərinə bölünür.


HICRƏT

Həzrət Muhəmməd (s.ə.s) dörd gün Sur mağarasında qaldıqdan sonra Rəbiüləvvəl ayının 1-ji günü, bazar ertəsi onlar yola çıxırlar. Rəbiüləvvəl ayının 8-i (miladi təqvimi ilə 622-ji il 20 sentyabr), bazar ertəsi Quba adlanan kəndə çatır və burada ilk məsjidi inşa edirlər. Burada dörd gün qaldıqdan sonra Rəbiüləvvəl ayının on ikisi Mədinəyə doğru hərəkət edirlər. Beləliklə, 20 sentyabr 622-ji il müsəlman tarixinin başlanğıjı günü elan olunur.

Yerin Günəş ətrafında dövr etməsi ilə hesablanan tarix isə «hijri şəmsi» adlanır. İslamiyyətdən əvvəl hər bir  tarix həmin ildə baş verən mühüm hadisələrlə yadda qalardı. Fil əhvalatı (Həzrət Muhəmmədin (s.ə.s) dünyaya gəldiyi il) isə ən son təqvim başlanğıjı olaraq qəbul edilmişdi.

        Qəməri təqvimi Ömər ibn Xəttabın zamanında hijrətdən 16 il sonra Məhərrəm ayı ilin ilk ayı olmaq şərtilə qəbul olunur.

Qəməri təqviminin ayları bunlardır: məhərrəm, səfər, rəbiüləvvəl, rəbiülaxır, jəmadiül əvvəl, jəmadiül axır, rəjəb, şaban, ramazan, şəvval, zilqidə, zülhijjə.

Miladi təqvimində olduğu kimi, hijri təqvimində də artıq illər mövjuddur. Belə ki, 30 ildə 11 günlük geriləmə müşahidə olunur. Bu geriləməni düzəltmək üçün 2, 5, 7, 10, 13, 15, 18, 21, 24, 26 və 29-ju illər 355 gün, digər illər isə 354 gün hesablanır. Ayın Yer ətrafına 12  dəfə dövr etdiyi zaman bir qəməri təqvimi başa çatmış olur - 354, 367 gün (354 gün, 8 saat, 48 dəqiqə, 34,68 saniyə). Yerin Günəş ətrafına bir dəfə dövr etməsi ilə bir miladi ili sona çatmış olur - 365, 2422 gün. Hijri ili miladi ilindən (365,2422-354, 367 =10, 8752) daha qısa olduğu üçün aylar 29, bəzən də 30 gündən ibarət olur.







                      Miladi təqvimi

Miladi təqvimi hazırda beynəlmiləl təqvim olaraq istifadə olunan Rum təqviminə əsaslanır. Miladi təqvimi də bu günümüzə qədər bir sıra dəyişikliklərə məruz qalmışdır. Başlanğıjda bir ildə aylardan dördü 31, altısı 30 gün olan bu təqvim 10 ay 304 gündən ibarət olmuşdur.

Miladdan əvvəl VII yüzillikdə Roma imperatoru Numa Pompilusun zamanında Ayın Yerin ətrafına dövr etməsi və ayların təzə ayın doğması ilə başlanan 12 ay 354 günlük təqvimə keçilir. Bu təqvim sistemində mövsümlər arasındakı uyğunsuzluqları nizamlamaq üçün iki ildə bir dəfə - 22 fevral 23 fevral arasına 22 (artıq illərdə isə 23) günlük Merjedeniyus adlı 13-jü ay əlavə olunardı.
Beləliklə, adi halda bir il 365, artıq illərdə isə 366 gün olardı. Mövsümlər arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün  həmin ay 33 və 34 günlük noyabr və dekabr aylarının arasına salınır.

Eramızdan əvvəl 45-ji ildə Roma imperatoru Yuli Sezar  İskəndəriyyə astronomu Sosigenesin tövsiyəsi ilə dünyanın Günəşin ətrafına dövr etməsinə əsaslanan 365, 25 günlük təqvim sistemini daha münasib hesab etmiş və dördə bölünən artıq illər 366, digərləri isə 365 gündən ibarət olan yeni təqvimi qəbul edir. Onun dekabr ayı ilə başlanan yeni təqvimin 7 ayı 31 gün , 4 ayı 30 gün 1 ayı isə 28 (29) gündən ibarət idi. Sezarın vəfatından sonra pontifekslər dörd ildə deyil, üç ildə artıq ?????????????il qərar verərək təqvimdə dəyişiklik edirlər.


 Qriqorian təqvimi

Bu il 365, 2422 gün olduğu halda, Yuliyan təqvimində bir gün alındığı, həmçinin təqvimdən 0,0078 gün qısa olduğu, eləjə də 400 ildə 3 gün geri qaldığından1582-ji ildə XII Papa Qriqoris Yulian təqvimində aşağıdakı islahatları aparır:

1. Miladi təqvimi ilə 325-ji ildə təşkil olunan toplantıda 1582-ji ilə qədər 1257 il içərisində Yulian təqvimi ardıjıl olaraq10 gün geri qaldığından 4 oktyabr günündən sonra gələn 5 oktyabr deyil, 15 oktyabr olaraq qəbul edilsin.


2.Son iki rəqəmi  «00» olan illərdən 400-ə tam bölünən illər (1600, 2000 və s.) artıq il, 400-ə bölünməyən və son iki rəqəmi «00» olan illər isə normal illər qəbul edilsin. 
3. Həzrət İsanın  (ə) doğum günü tarixin başlanğıjı təyin edilsin. 
 Qriqorian təqviminə görə, bir il orta hesabla 365,2425 gündür.


                          Rum təqvimi

Miladi 1840-hijri 1256 ilinə qədər Həzrət Muhəmmədin (s.ə.s) Məkkədən Mədinəyə hijrətinin başlanğıjı qəbul edən və Ayın Yerin ətrafına dövr etməsini əsas gətirərək, 354,367 günlük qəməri təqvimi sistemi üzərinə miladi 1840-hijri 1256 ilindən etibarən və Yerin Günəşin ətrafına dövr etməsi əsas gətirilən 365,2422 günlük şəmsi təqvimi sistemi üzərində qurulan qarışıq təqvim sistemidir. 

Hijri təqvimini miladi təqviminə çevirmə üsulu:

Hijri təqvimi 33-ə bölünür.

Məsələn: 1420:30=43,03 (=43) (A ədədi);

A ədədini hijri ilindən çıxın: 1420-43=1377 (B ədədi);

Sonra B ədədini 622 ilə toplayın: 1377+622=1999.

 

Miladi təqvimini hijri təqviminə çevirmə üsulu

Miladi ilindən 621 rəqəmini çıxın: 1999-621=1378 (A ədədi);

A ədədini 33-ə bölün: 1378:33=41,75 (=42) (B ədədi);

Sonra A ədədini B ədədi ilə toplayın: 1378+42=1420.

 

Category: Diger me'lumatlar | Baxış: 912 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]