Bazar günü, 2024-12-22, 11:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 14 » Təqva əhli
6:38 AM
Təqva əhli
 
Təqva əhli

    Təqva, nəfsi Allahın əmr və qadağanları ilə müxalifət etməkdən qorumaq və Allahın razılığına tabe etməkdən ibarətdir.
    Allah Təbarək və Təala təbəqələrə, bu təbəqə yuxarıdır, bu baş nazirdir, bu sərdardır, bu nə bilim nədir nəzəri ilə baxmır. Allah Təbarək və Təalanın yanında bunlar işdə deyil. İslamda təkcə təqva ötür. Təqvası daha çox olanların, Allah yanında əzizliyi daha çoxdur. Öz işində təqvası olan işçi, öz nazirliyində, siyasətində və işlərində təqvalı olan nazir, Allahladır. Təqvası olan dövlət başçısı Allahladır. Bunlar kərimdirlər, Allah yanında əzizdirlər. Allah eləməmiş, təqva olmasa Allah yanında hamı mənfidir. Camaatda təqva olarkən, onlar Allah yanında kərim və əzizdirlər:

انّ اکرمکم عند الله اتقاکم

     "Həqiqətən, Allah yanında ən əziz olanlarınız ən təqvalı olanlarınızdır."["Hucərat surəsi. ayə 13]
    Bu ayədə, "əziz” kəlməsindən heç kim xaric olmur, hər kim təqvalıdırsa o əzizdir. Peyğəmbəri Əkrəm (s) camaatın ən təqvalısı olduğu üçün ən əziz idi. Əmir əl-möminin (ə), Allah Peyğəmbərindən (s) sonra camaatın ən təqvalısı olduğu üçün ən əziz olanı idi. Nəsəb və səbəb, işə keçmir. Təkcə təqva işdədir. Təqvalı olun ki, bütün çətinliklərə qələbə edəsiniz.["Səhifeyi-imam,4-cü cild, səh 34]


Category: Exlaq | Baxış: 959 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]