Bazar günü, 2024-12-22, 2:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 18 » Təqdimat kitabı
8:39 PM
Təqdimat kitabı
Bəşəriyyətin haqqa hidayəti üçün nazil  olan Quran tərif və təqdimatlarının ən mükəmməl nümunəsidir. Bu təqdimatla Allah təsəvvürümüzü inşa edir.

Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. ("Maidə" 101)

Bir varlığın , əşyanən tanıması üçün təqdim və tərif olunması gərəkdir. Bu tərif və təqdimat elə verilməlidir ki, onların vasitəsi ilə zehnlərdə yalnız təqdim olunan varlıq, əşya və ya hadisə canlansın. Əks halda düşüncələrdə çaşqınlıq yaranacaq, bu da növbəti tərif və təqdimatlarda tərifə səbəb olacaqdır.

   1.ALLAH ÖZ KİTABINDA ÖZÜNÜ BELƏ TƏRİF EDİR:
   Ona bənzər heç bir şey yoxdur.
   * O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir! ("Şura" 11) Yəni ey insan, hər nə ağlına gəlirsə, Allah o deyil.

   *De: "O Allah Təkdir!
    Allah Möhtac deyildir.
    Onun bənzəri də yoxdur”. ("İxlas" 1-3)

  Bundan gözəl təqdimat olarmı? Ey insan, ətrafına nəzər sal, bircə dənə də olsun bu xüsusiyyətə malik olan varlıq tap. Amma özünü boş yerə yorma tapa bilməyəcəksən. Elə isə Allahı bu xüsusiyyətlə tanı.

   2. PEYĞƏMBƏR TƏQDİMATI:
   O, adı bir bəşərdir.
   * De; "De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır." ("Kəhf" 110)
   * Lakin sizin kimi adi insan olsa, əxlaqı dəyərlər baxımından hamımız üçün örnək və nümunədir.
   * "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" ("Əhzab" 21)

   3.MƏLƏK TƏQDİMATI
   Kainatın yaradıcısıdır.

   *"Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! " ("Fatir" 1)
   * Ayə həm mələkləri Allahın qızları hesab edən, həm də "əgər Allah istəsəydi Öz peyğəmbərini Mələklərdən göndərərdi" deyən cahil- müşrük ərəblərin cavabını verir, həm də iman əhlinin zehnində sağlam mələk təsəvvürü yaradır.

   4.ŞEYTAN TƏQDİMATI
   Quran Şeytanın öz dilindən onu belə təqdim edərək heç bir şübhəyə yer qoymur.
   * " (İblis:) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi." ("Əraf" 12)

   5.CİN TƏQDİMATI
   Tam fərqli məxluqdur.
   
   *"(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi." ("Rəhman" 15)
   *Quran, yanlış olaraq cinlərin mələklərdən biri olduğunu, lakin sonradan itaətsizlik üzündən Allah dərgahından qovulan varlıq olduğunu təsəvvür edənlərə həm tutarlı cavab verir, həm də sağlam təsəvvür inşa edir.

   6.CƏNNƏT VƏ CƏHƏNNƏMİN TƏQDİMATI
   Fərqli məkanlardır.

   *" İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır." ("Bəqərə" 25)
   * "Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!"
   O, Allahın yanar odudur.
   Elə bir od ki, ürəkləri yandırıb-yaxar.("Huməzə" 5-7)
Quran dinləyicisinin təsəvvürünü gücləndirmək üçün bir çox ayələrdə həm də Cənnət və Cəhənnəmin adlarına işarə edir (Cənnət üçün - Ədn, Firdovs. Cəhənnəm üçün - Hütəmə, siccin və s.).

   *İstiqamət məzmunli ayələr tək cümlə deyil, mövzu halında da təqdim olunmaqdadır. Qadın və köləlik barədə nazil olan ayələr buna misal ola bilər. Diqqət yetirsək görəcəyik ki, bu kimi mövzularda nazil olan ayələrdə dırnaq işarəsi açılır, amma bağlanmır. Bütün bunlar ondan xəbər verir ki, Quranın haqqında söz açdıqları hədəfləri ilə məhdudlaşmır. Məsələn, köləlikdə söz açılan ayələrdə köləliyə son qoymağı insanların qarşısına vəzifə qoyur. Lakin nazil olduğu şəraiti nəzərə alaraq cəmiyyət üçün yeni çətinlik yaranmasın deyə, köləliyə son qoymağa istiqamət göstərərək  bunu gələcək nəsillərin üzərinə qoyur. Götürək qadın mövzusunu. Nazil olduğu dövrdə bütün haqları tapdalanan qadına ən az hüquqların verilməsiondən başlayır. Bundan sonra onun sahib olmalı olduğu hüquqlara yiyələnməsi üçün istiqamət göstərir. Bir sözlə, Quran zehnimizdə doğru təsəvvür yaradaraq bizə düzgün istiqamət verir. Bununla da örnək modeli ilə zehnimizdə şəxsiyyəti canlandırır. Bu mövzunun mühüm çox hissəsini gələn sayımızda gözləyin.


Category: Diger me'lumatlar | Baxış: 971 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]