Əsas səhifə » 2011 Mart 29 » TƏNHALIQ
6:57 AM TƏNHALIQ | |
Şərqdə intihar, yəni özünə qəsd istisna haldır. Qərbdə isə intihar ictimai bəla səviyyəsinə gəlib çatmışdır. İqtisadi cəhətdən tərəqqidə olan qərbdə bu gerçəkliyin səbəbi nədir? Din insanları birləşdirdi və öz ardıcıllarında ruh yaratdı. Nə zamansa insanlar ictimai cəhətdən o qədər bağlı idilər ki, bu birlik onları bir çox problemlərdən azad edirdi. Həqiqi cəmiyyətdə vətəndaş, cəmiyyət tərəfindən müdafiə olunduğunu hiss edir. Ailə, cəmiyyət öz üzvünü müdafiə etdiyi kimi, onun üçün çərçivə yaradırdı. İnsan "azad” olmaq istədi. Amma bu azadlıq yalnız bütün ictimai bağlılıqların qırılması hesabına əldə edildi. Başqalarından asılı olmaq istəməyən insan, əslində, tənhalığı seçmişdi. Daim azad bir ada axtaran insan bu adanı tapdı, amma o adada tənha qaldı! Əlbəttə ki, ada bir misaldır. İndi qərbdə milyonlarla "azad” və tənhalaşmış insanlarda "ada əhval-ruhiyyəsi” hökm sürür. Sevməyə, sevilməyə, əl tutmağa, kimdənsə kömək almağa, ailə qurmağa, övlad böyütməyə olan ruhi maraqlar öldükcə, insan da ölür və onun üçün yeganə yol intihardır! Avropada çoxları elə güman edir ki, cinsi yaxınlıqda olmaq üçün bu istək kifayətdir. Bir şərtlə ki, pul olsun! Pul varsa, cinsi zəifliyi də aradan qaldırmaq olar, Amerikanın birinci ledisinin də yatağına girmək olar. Yaş mühüm deyil. İstəyirsən "Don Juan” ol, istəyirsən "Onasis”! Demək, nə qərb, nə də Amerikada cinsi yaxınlıq üçün məhdudiyyətlər yoxdur. Təsəvvür edin ki, rahat asfalt yolda heç bir məhdudiyyət yoxdursa, altında "Ferrari” olan gəncin aqibəti necə ola bilər?! Cinsi həyat tənzimlənmirsə, nəticələr daha acı olur. Məsələn: homoseksualizm. | |
|
Total comments: 0 | |