Bazar günü, 2024-12-22, 12:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 8 » Təmizkar, səliqəli, yaraşıqlı və zinətli olun
7:02 AM
Təmizkar, səliqəli, yaraşıqlı və zinətli olun
Təmizkar, səliqəli, yaraşıqlı və zinətli olun


Təmiz və zinətli olmaq insanların bir-birinə olan sevgi-məhbbətini artırır. İnsan təmizliyi sevir və təmizliyə, gözəlliyə vurğundur. O, çirkinlik və pırtlaşıqlığa nifrət edir. Buna görə də həmişə təmiz, zinətli, cazibəli və gözəl görünməyə çalışır.
 

Müqəddəs İslam dinində də bizə təmiz və yaraşıqlı olmaq tövsiyə edilmişdir. Peyğəmbərimiz (s) buyurur: "Təmizlik imandan və dindəndir.”[1]

O Həzrət (s) başqa bir hədisdə buyurub:

"Qadınlarınız sizin üçün hazır olduqları kimi siz də onlar üçün hazır olun". İmam Cəfər Sadiq (ə) bu hədisin izahında buyurur: "Yəni təmiz və səliqəli olun (yaraşıqlı geyinin)".[2]

İmam Rza (ə) təmizliyi İlahi Peyğəmbərlərin ən yaxşı əxlaqlarından saymışdır. Xüsusilə də, ər və arvad bir-biri üçün təmiz və zinətli olmalıdır ki, aralarındakı sevgi-məhəbbətləri əbədi olsun. Ər evdəyəm deyib, üst-başına diqqət etməyib pırtlaşıq və səliqəsiz halda qalmamalıdır. Çünki bu həyat yoldaşında ona qarşı meyilsizlik və nifrət oyada bilər. Ər bilməlidir ki, o, gözəlliyi sevdiyi kimi, arvadı da gözəlliyi sevir. İstəyir ki, o, əri üçün bəzəndiyi kimi, əri də onun üçün bəzənsin. Buna görə də ər və arvad bir-biri üçün bəzənməli, saçlarını səliqəyə salmalı və bununla da bir-birini sevdiklərini, bir-birinə dəyər verdiklərini izhar etməlidirlər. 

Allahın Rəsulu (s) kişilərə xitab olaraq buyurmuşdur:

«لِيَتَهَيَّأْ أَحَدُكُمْ لِزَوْجَتِهِ كَمَا تَتَهَيَّأُ زَوْجَتُهُ لَهُ قَالَ - جَعْفَرُ بْنُ مُحَمَّدٍ علیه السلام يَعْنِي يَتَهَيَّأُ بِالنَّظَافَة»

"Siz (kişilər) özünüzü həyat yoldaşlarınız üçün səliqəyə, yaraşığa salmalı, bəzəməli və hazırlamalısınız. Necə ki, siz sevirsiniz onlar özlərini sizin üçün bəzəyib hazır etsinlər.”[3]

Geyim insanın gözəlliyidir. Kişi və qadın kənarda olduğu kimi, mənzildə də təmiz və səliqəli geyinməlidir. Çünki səliqəli, təmiz geyinmək insanın ruhunda da yaxşı təsir qoyur və bu da ailədə mehribançılığın, səmimiyyətin çoxalmasına kömək göstərir. Amma bunun əksi olarsa, yəni kişi işdən gəlib üst-başı toz-torpaqlı, əl-ayağı çirkli, tərin içində evə daxil olur və yuyunmadan özünü divandakı ağ mələfənin üstünə atır. O, birazdan yuxudan oyanır və əl-üzünü yumadan süfrə başına keçir... Yada görürsən ki, bəli, cənab iş paltarını çıxartdı, amma elə mayka və qısa şalvarda arvad-uşağın gözü qabağında oturur süfrəyə...

Bu uşaqlar belə atadan hansı tərbiyəni götürsünlər? Bu evdə dava-dalaş olmasın, nə olsun?

Arvadın bir gün ərzində evdə yaratdığı səliqə-sahmanı, təmizliyi və uşaqlara verdiyi tərbiyəni kişi bir dəqiqə içində korlayır...

* "... Toydan sonra bildim ki, ərim savadsızdır. Yəni oxuyub-yazmağı belə bilmir... Böyüklər məktəbinə göndərdim, lakin o getmədi... Kaş dərdim bircə bu olaydı... O qədər pinti, səliqəsiz və pırtlaşıqdır ki, onunla bir yerə getməyə utanıram... Gündə on dəfə paltarlarını yusam da faydası yoxdur... Heç vaxt dişlərini yumur... Ağzı həmişə pis qoxur... Əxlaqı səliqə və təmizliyindən də bərbad haldadır... Nə edim, bilmirəm? İki məsum körpə ilə boşanım, ya yanıb-yaxılım?...”.

? Məktubu sizə oxumamışdan öncə təmizlik haqqında danışdıq. Üz, saç və paltarın təmiz olmasından əlavə, dişləri də yumalı və təmiz saxlamalıyıq. Bu həm təbəssümün gözəlliyinə və həm də dişlərin sağlamlığına zəmanət verir. Həmçinin, ağızdan gələn pis qoxunun qarşısını alır. Allahın Rəsulu (s) buyurub:

«لَوْ لَا أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لَأَمَرْتُهُمْ بِالسِّوَاكِ عِنْدَ كُلِّ صَلَاة»

"Cəbrail (ə) hər dəfə nazil olduqda mənə misvak etməyi (dişləri yumağı) tövsiyə edirdi. Əgər ümmətim üçün çətin olmasaydı, hər namazda misvak etməyi vacib edərdim.”[4] 

Ümidvaram ki, əziz Peyğəmbərimizin (s) tövsiyələrinə əməl edib özünüzün və ailənizin əbədi sağlamlıq və xoşbəxtliyini qoruyacaqsınız.

Bu cür böhranlara düşdükdə isə ümidsizliyə qapılmayın, həyat yoldaşınızın xilası üçün çalışın və tez boşanmaq fikrinə düşməyin ki, bu (boşanmaq) Allah-Taala yanında ən mənfur iş və övladlarınızın gələcəyi üçün təhlükə və bədbəxtlik mənşəyidir. Unutmayın ki, həmişə daha doğru olan bir çarə və nicat yolu vardır.


[1] . "Tibbun-Nəbi",Cəfər Mustəğfiri (432 hq), səh.21 :« النَّظَافَةُ مِنَ‏ الْإِيمَان »
[2] . "Əl-Cəfəriyyat" – (Əşəsiyyat), İbn Əşəs (hq. 4-cü əsr), səh.28.

[3] . "Əl-Cəfəriyyat" – (Əşəsiyyat), İbn Əşəs (hq. 4-cü əsr), səh.28; "Müstədrəkul vəsayil", Muhəddis Nuri,  2/559.

[4] . "Əl-Məhasin”, Bərqi, 2/561, hədis:946; "Əl-Kafi”, Şeyx Kuleyni, 3/22, Babus-sivak, hədis:1; "Biharul-ənvar”, Əllamə Məclisi, 76/126;

islammektebi.org

Category: Bezi meslehetler | Baxış: 1273 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]