Əsas səhifə » 2010 Sentyabr 22 » TƏKCƏ ƏMƏLLƏR SƏNİNLƏDİR
1:21 PM TƏKCƏ ƏMƏLLƏR SƏNİNLƏDİR | |
TƏKCƏ ƏMƏLLƏR SƏNİNLƏDİR
Bərzəx aləmində insanın köməyi olan şey, onunla birlikdə olan və onu amanda saxlayan saleh, gözəl əməllərdir. Əgər əməl pis olsa, sahibinin dadına çatmır, onu tək buraxır. Həzrət Əli əleyhis-salam buyurur: «Ölüm halında olan bir şəxs üzünü öz malına tutub deyir ki, mən səni əldə etmək üçün çoxlu zəhmətlərə, əzab-əziyyətlərə qatlaşmışam. Mal-dövləti cavabında deyir: Bir kəfəndən başqa məndən heç nə götürə bilməzsən. Üzünü övladlarına tutub deyir, onlar da cavab verirlər ki, biz səninlə yalnız qəbrin başına qədər gələcəyik. Əməlinə üz tutub deyəndə, əməl deyir: «Mən həmişə səninləyəm.» وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ «Ey Peyğəmbər öz Rəbbinin hökmünə səbr et! Həqiqətən sən, Bizim nəzərimizdəsən» Burada hökmdən məqsəd, müşriklərə möhlət verilməsi, Peyğəmbərin onları islama də`vət etməsi, onların verdikləri əzab-əziyyətlərə dözməkdir. Allah «Müşriklərin əzab-əziyyətlərinə döz» demədi, əksinə buyurdu ki, Bizim hökmümüzə səbr et. Halbuki, bunların hər ikisinin nəticəsi birdir. Səbrin Həzrətə asan olması üçün belə buyurdu. Çünki, Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Allahın müt`i və mütləq bəndəsi, Onu sidq ürəklə sevəndir. Mə`budu ona «Bizim hökmümüz müqabilində səbr et» deyə əmr edəndə, yə`ni «Mən belə hökm etdim ki, müşriklərə möhlət verib onlara əzab verməyəm. Sən də öz də`vətindən əl çəkmə, əzab-əziyyətə sinə gər. Belə olanda səbr etmək Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə asan olur. Xüsusilə də «ə`yünina» kəlməsi ilə. Sözün qısası budur ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm on üç il müddətində Allah üçün Məkkədə qalmalı, əzab-əziyyət görməli, cəfa çəkməlidir ki, «Bədr» müharibəsində onlardan intiqam alsın. Çünki, möhlət vermədən təkzib edənlərə əzab verilməsi qərara alınsa və həlak olsalar Allahın də`vəti nəticəsiz qalacaqdır. Üstəlik bir müddət verilməlidir ki, onlardan bə`ziləri iman gətirsin, küfrlərində israr edənlər üçün isə höccət tamam olsun. İlahi qanun bütün peyğəmbərlərin barəsində bu cür olmuşdur. Hətta bütün günahkarlar barəsində də bu cür olmuşdur ki, onlara möhlət verilsin. Rəvayətdə var ki, Həzrəti Musa əleyhis-salam Fir`on barəsində lə`nət və qarğış etdi fir`onçuların həlak olması qırx il çəkdi. Möhləti Allah verir, amma bu möhlətdən özlərini islah etmək üçün çox az insanlar istifadə edir. | |
|
Total comments: 0 | |