Şənbə günü, 2024-12-21, 8:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 1 » Sunnulerin Allahi
1:14 PM
Sunnulerin Allahi
 
3-ALLAHIN BƏ`ZI SIFƏTLƏRI VƏ ONLARIN BARƏSINDƏ IXTILAFIn MƏNŞƏyi

Müsəlmanların bə`ziləri belə təsəvvür edirlər ki: "Allah Adəmi Öz formasında və surətində yaratmışdır", "Allahın barmaqları vardır", "Onun baldırı və ayaqları vardır" və "O, qiyamətdə Öz ayağını cəhənnəmin üstünə, yaxud cəhənnəmin oduna qoyar, cəhənnəm "Bəsdir! Bəsdir! Bəsdir!" deyə fəryad edər"; "Allahın məkanı vardır, O, bir məkandan başqa bir məkana gedir."

Bu cür təsəvvürlərə bəraət qazandırmaq üçün deyirlər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)) belə buyurmuşdur: "Bizim Pərvərdigarımız məxluqatı yaratmazdan öncə xələ` vəziyyətində idi – yə`ni Onunla yanaşı heç bir şey yox idi – Onun alt və üst tərəfi boş idi, orada heç bir varlıq yox idi. Onun ərşi də suyun üzərində bərqərar idi."

Digər bir rəvayətdə belə buyurduğunu deyirlər: "Onun ərşi asimanların yuxarısında bu şəkildə idi – əlləri ilə günbəz şəklini göstərdi – sonra buyurdu: (Allah-taala oraya təzyiq göstərdiyinə və ağırlıq saldığına görə) dəvənin palanı kimi səslənir."

Onların dediyi başqa bir hədisə görə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)) belə buyurmuşdur: "Allah-taala gecənin axırlarında dünya asimanına gəlir (nazil olur) və: "Kimdir Məndən bir şey istəsin və Mən də onu icabət edim?! Kimdir Məndən bir şey xahiş etsin, Mən də ona əta edim?!..." - deyə buyurur."

Yenə belə buyurduğunu nəql edirlər: "Şə`ban ayının orta günü Allah dünya asimanına nazil olur və bəxşiş edir."

Qiyamət barəsində isə belə buyurduğunu nəql edirlər: "(Allah) Cəhənnəmə deyər: "Sən (hələ) dolmamısan?" O deyər: "Yenə də varmı?" Bu zaman Allah Öz ayağını ona qoyar və cəhənnəm: "Bəsdir! Bəsdir!" - deyər."

Digər bir rəvayətdə isə belə nəql edirlər: "Amma cəhənnəmə gəldikdə isə, Allah Öz ayağını ora qoymayınca, o, doymaz. Cəhənnəm deyər: "Bəsdir, bəsdir!" Bu zaman o doyar və (onun içindəkilər) bir-birinə qarışar."

ALLAHLA GÖRÜŞ BARƏSINDƏ

Rəvayət etmişlər ki, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)) qiyamətdə öz Pərvərdigarını görəcəkdir. O Həzrətin dilindən belə deyilir: "Peyğəmbərlər şəfaətdən imtina etdikləri zaman mö`minlər mənim yanıma gələrlər. Mən də gedib Allahdan icazə istəyərəm. Allah da mənə icazə verər. Allahımı gördüyüm zaman səcdəyə düşərəm... (Hədisin axırında belə deyilir:) Sonra mənim üçün tə`yin edilmiş hüdudlarda şəfaət edər və onları behiştə daxil edərəm. Qayıdaram, Pərvərdigarımı gördüyüm zaman yenidən səcdəyə düşərəm..."

Yenə də o həzrətin dilindən deyilir: "Siz tezliklə öz Pərvərdigarınızı aşkar şəkildə görüb müşahidə edəcəksiniz. Müsəlmanlar da ayı buludsuz gündə müşahidə etdikləri kimi, qiyamət günündə öz pərvərdigarlarını görəcəklər; Onlar bu görüşdən ziyan çəkməzlər. Allah-taala o gündə belə buyurar: "Hər kəs nəyə pərəstiş edibsə, onun dalınca getsin." Bu zaman bə`ziləri günə

şin, bə`ziləri ayın, bə`ziləri də tağutların ardınca gedərlər. Bu ümmət münafiqlərlə birlikdə öz yerində qalar. Allah-taala tanınmaz bir halda – onların tanıdıqlarından başqa bir formada – onların yanına gəlib deyər: "Mən sizin Pərvərdigarınızam!" Onlar deyərlər: "Səndən Allaha pənah aparırıq! Pərvərdigarımız bizim yanımıza gələnə qədər burada qalacağıq. Hər vaxt Allah gəlsə, biz Onu tanıyacağıq." Allah sonra onların tanıdığı sifətdə onların yanına gələrək deyər: "Mən sizin Pərvərdigarınızam." Onlar deyərlər: "(Bəli,) Sən bizim Pərvərdigarımızsan!" Sonra onun dalınca gedərlər..."

Digər bir rəvayətdə isə belə nəql edirlər: "Nəhayət, Allaha pərəstiş edənlərdən başqa yaxşı və pis əməl sahibləri öz yerlərində qalarlar. Pərvərdigari-aləm onların gördükləri həmin surətə yaxın bir surətdə onların yanına gələr və deyər: "Nəyi gözləyirsiniz?! Hər ümmət pərəstiş etdiyi şeyin ardınca yola düşsün!" Onlar deyərlər: "...Biz öz pərəstiş etdiyimiz Pərvərdigarı gözləyirik." Allah-taala buyurar: "Mən sizin Pərvərdigarınızam." Onlar iki-üç dəfə deyərlər: "Biz heç bir şeyi Allaha şərik qərar vermirik." Allah buyurar: "Sizinlə Onun arasında bir əlamət və nişanə varmı ki, Onu (həmin əlamətlə) tanıyasınız?" Deyərlər: "Ayağın gövdəsi (baldır)." Allah Öz ayağının baldırını onlara göstərər (və onlar səcdə edərlər). Sonra başlarını səcdədən qaldırıb görərlər ki, Allah birinci dəfə gördükləri surətə düşmüşdür və deyir: "Mən sizin Pərvərdigarınızam." Onlar deyərlər: "(Bəli!) Sənsən bizim Pərvərdigarımız!"

BEHIŞTDƏ ALLAHLA GÖRÜŞ

Onlar deyirlər: "Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)) behiştdə sakin olan mö`minlər barəsində belə buyurmuşdur: "Mö`minlər behiştdə özlərinin Rəbbini gördükləri zaman onlarla Allahın arasında, Onun üzündəki kibriya (əzəmət) qəbasından başqa bir şey fasilə salmayacaqdır." Behişt əhli ora varid olan zaman Mütəal Allah buyurar: "Bir şey istəyirsinizmi ki, sizin üçün (əlavə olaraq) artırım?" Onlar deyərlər: "Bizi üzüağ etmədinmi? Bizə behiştdə yer vermədinmi və bizi cəhənnəm odundan xilas etmədinmi?" Allah Öz hicabını açar və onların yanında Allahla görüşdən də sevimli bir şey olmaz."

Yenə deyirlər: Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)) buyurmuşdur: "Behişt əhli oranın naz-ne`mətlərinə qərq olduqları halda, gözlənilmədən onların üstünə parlaq bir nur saçar. Başlarını qaldırıb görərlər ki, Pərvərdigari-aləm onların başlarının üzərindədir və belə buyurur: "Eşq olsun sizə, ey behişt əhli!" (Peyğəmbər sonra buyurdu:) Bu da Allah-taalanın Qur`ani-Kərimdə buyurduğu "Səlamun qovlən min Rəbbin Rəhim" kəlamının məzmunudur. Daha sonra buyurdu: "Bundan sonra Allah onlara tamaşa edər və onlar da Allaha nəzər salarlar. Bu görüş davam edən zaman onlar behiştdəki sair ne`mətlərin heç birinə əhəmiyyət verməzlər. Sonra Allah onların gözlərindən qeybə çəkilər, amma Onun nuru və bərəkəti orada qalar."

Yenə belə nəql edirlər: "...Allah yanında onların əzizi o kəsdir ki, sübh-axşam Allahın üzünə baxsın. Sonra bu ayəni ("Qiyamət" surəsi, ayə:22-23) tilavət etdi:

﴿

وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ إِلَى رَبِّهَا نَاظِرَةٌ

"Vücuhun yovməizin nazirəh, ila Rəbbiha nazirəhO gündə bə`zi üzlər sevinclidir və öz Pərvərdigarlarına tərəf nəzər salarlar."

Onlar deyirlər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)) xəbər verərək buyurmuşdur: "Behişt əhli Allah-taalanı görər, Allah Öz ərşini onlara aşkar edib, behişt bağlarının birində onlar üçün zahir olar. O məclisdəkilərdən elə biri qalmaz ki, Allah onunla danışmasın. Nəhayət, Allah sizlərdən bə`zilərinizə deyər: "Filankəs, yadındadırmı ki, filan gündə nə işlər gördün?" O deyər: "Pərvərdigara, məgər məni bağışlamadın?!" Allah buyurar: "Əlbəttə, bağışlamışam..." Sonra öz mənzillərimizə qayıdarıq, zövcələrimiz bizim görüşümüzə gəlib deyərlər: "Xoş gəldin, səfa gətirdin! Sən elə bir halda qayıtdın ki, gözəlliyin, nurun və ətirli iyin bizim yanımızdan getdiyin vaxta nisbətən daha artıqdır." Biz deyərik: "Bu gün öz Pərvərdigarımızla bir yerdə idik. Belə də olmalıdır ki, bu bizə layiqdir."

Sünnü mənbələrində qiyamətdə Allahın görünməsi və Onun zahiri əzalara malik olmasını göstərən rəvayətlərin içindən yuxarıdakıları qeyd etməklə kifayətlənirik, bunları da sadəcə olaraq nümunə üçün qeyd etdik. Çünki biz onların hamısını bir yerə toplamaq əzmində deyilik. Indi bu hədislərin mə`na və tə`vilində yaranan ixtilaflı məsələləri araşdırırıq:

BU RƏVAYƏTLƏRIN MƏ`NASI VƏ TƏ`VILINDƏ MÖVCUD olan IXTILAFLAR

Müsəlmanlardan bə`ziləri bu rəvayətlərin zahiri mə`nasına iman gətirərək e`tiqad bəsləmiş, həmçinin ona iman gətirməyi də Allaha iman gətirməyin, tovhidə və yeganəpərəstliyə e`tiqadın dəlili hesab etmişlər. Bu hədislərdə (Allaha) cismiyyətdən başqa bir mə`na verənləri isə "müəttilətüs-sifət", yə`ni "Allahın sifətlərini qüvvədən salanlar" adlandırırlar!

Müslüm bu hədisləri "kitabul-iman" bölməsində, Buxari isə "kitabut-tovhid" bölməsində cəm etmişdir.

Ibni Hüzeymə bu barədə "Tovhid və Pərvərdigarın sifətlərinin isbat olunması" adlı bir kitab yazmış və həmin rəvayətlərin hamısını istisnasız olaraq səhih bilərək inanmışdır ki, bunların hamısı adil şəxslərdən rəvayət edilmişdir və onları nəql edənlərin e`timadlı şəxs olmasında heç bir şəkk-şübhə və irad yoxdur.

IBNI HÜZEYMƏNIN KITABININ BƏ`ZI BÖLMƏLƏRI:

* Allah üçün nəfs olmasının isbat edilməsi babı;

* Allah üçün üz olmasının isbat edilməsi babı;

* Pərvərdigari-cəlilin surətinin zikri babı;

* Xudavənd üçün göz olmasının zikri babı;

* Allah-taalanın (zahiri əzalarla) görməsi və eşitməsinin isbat olunması babı;

* Allah üçün əlin olmasının isbat edilməsi babı;

* Allah üçün ayaq olmasının isbat edilməsi babı;

* Bütün mö`minlərin cənnətdə Allahı görüb Ona tamaşa etmələrinin bəyanı babı;

* Bütün mö`minlərin qiyamətdə Allahı xəlvətdə görəcəklərinin bəyanı babı.

Imam Hafiz Osman ibni Səid Darəmi (vəfat tarixi: 280) öz kitabının bə`zi bölmələrində "Cühəmiyyə" qrupunun əqidələrini rədd etmək üçün aşağıdakı mətləbləri bəyan edib:

* Allah-taalanın Şə`banın ortancıl günü yer üzünə enməsi babı;

* Allah-taalanın Ərəfə günündə yer üzünə nazil olması babı;

* Qiyamətdə Allah-taalanın hesab üçün məhşər səhnəsinə nazil olması babı;

* Allah-taalanın behişt əhli üçün nazil olması babı;

* Allahın görünməsi babı.

Zəhəbi də özünün "Əl-ülüvvül-ali li Əliyyil-Ğəffar" adlı kitabında bə`zi ayə və hədisləri qeyd etmiş və xüləfa məktəbinin ardıcıllarının çıxarışına əsasən Allah-taalanın ülüvv olması dedikdə məqsədin məkan baxımından ucalıq olduğunu demişdir. O, sonra özünün bu barədəki nəzəriyyəsini dəstəkləmək üçün səhabələrin, tabeinin, alimlərin və mühəddislərin nəzəriyyələrini də araşdırmışdır.

ALLAHIN BƏ`ZI SIFƏTLƏRI barədə olan IXTILAFIN MƏNŞƏYI

Yuxarıda bə`zi müsəlmanların Allahın sifətləri barəsində olan nəzəriyyələrini qeyd etdik. Müsəlmanların bə`ziləri də bunu rədd etmək üçün "Ən`am" surəsinin 103-cü ayəsinə istinad edirlər:

لاَّ

 تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ

"Gözlər Onu görə bilməz, lakin O, gözləri görüb dərk edir."

Və deyirlər:

وُجُوهٌ

 يَوْمَئِذٍ نَّاضِرَةٌ إِلَى رَبِّهَا نَاظِرَةٌ

"O gündə (qiyamətdə) bə`zi üzlər sevinc və şadlıq içindədir və öz Pərvərdigarlarına nəzər edərlər" – ayəsinin mə`nası budur ki, onlar Allahın əmrini müşahidə edərlər, başqa sözlə, Onun əmr və fərmanlarının gələcəyini gözləyərlər. Bu da Allah-taalanın Yə`qubun övladlarının sözünü hekayət etdiyi "Yusif" surəsinin 82-ci ayəsinə bənzəyir ki, onlar atalarına dedilər:

وَاسْأَلِ

 الْقَرْيَةَ الَّتِي كُنَّا فِيهَا

"Onda olduğumuz kənddən, qəryədən sual et." Yə`ni o qəryənin əhalisindən sual et. Bu ayədə "əhl", yuxarıdakı ayədə isə "əmr" kəlməsi təqdirdə tutulur (fərz olunur). Bundan əlavə, zahirdə Allahın cisim olmasına dəlalət edən sair ayələr də tə`vil olunur (zahiri mə`nasından başqa mə`naya yozulur) və belə mə`na verilir.

Bu yozumu deyənlər yuxarıda qeyd olunan nəzəriyyə sahiblərini "mücəssimə" və "müşəbbihə", yə`ni öz Pərvərdigarlarını cisim sayan, Onu məxluqata tə

şbih edənlər adlandırırlar. Imam Sadiq Cə`fər ibni Məhəmmədin belə buyurduğu rəvayət olunur: "Allahın ərşin üstündə olduğunu güman edən şəxs həqiqətdə Allahı "məhmul" (həml olunan, daşınan) bilmişdir. Bu cür (yanlış) təsəvvür də Allahı həml edən şeyin Ondan daha güclü olmasını gərəkli edir. Allahın bir şeyin içində, yaxud üstündə olduğunu, yaxud Allahın bir şeydə olmadığını, yaxud da bir şeyin Onu özünə məşğul etdiyini güman edənlər Onu məxluqların sifətləri ilə vəsf etmişlər. Halbuki Mütəal Allah bütün əşyaların xaliqdir və heç bir şey Onunla müqayisə edilə bilməz və insanlara (da) oxşadılmaz. Heç bir məkan Allahsız təsəvvür oluna bilməz və heç bir məkan da Onu əhatə edə bilməz."

Category: Diger me'lumatlar | Baxış: 1146 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]