Əsas səhifə » 2011 Iyul 13 » Sümükləri kim dirildəcək?
7:23 PM Sümükləri kim dirildəcək? | |
Sümükləri kim dirildəcək? Qureyşin qəbilə başçıları Peyğəmbərrin (s.ə.s) təkallahçı dəvətindən bərk narahat olub onunla necə mübarizə aparacaqlarını müzakirə edirlər. "ALLAH YARATMAQ İSTƏDİKDƏ "OL" DEYƏR" Onlar bir tərəfdən yoxsul və kimsəsiz möminlərə işgəncələr verər, digər tərəfdən də müxtəlif dillər gətirərərk onları dinlərindən döndərməyə çalışardılar. Günlərin biri söhbət axirət dünyasından düşür. Peyğəmbər (s.ə.s) hər kəsin öləcəyini və öldükdən sonra yenidən dirildilərək Allah hüzurunda sorğu-sual olunacağını söyləyir. Məkkə müşriklərinə görə, bu, ağlasığmaz və qeyri-mümkün iş idi. Axı min illər əvvəl dünyasını dəyişmiş və sümükləri çürümüş insanlar necə yenidən dirilib Allah hüzuruna qaytarıla bilərdi?" Ubəy ibn Xələf adlı şəxs ayağa qalxaraq uca səslə deyir: "Bu mümkün deyil, bu saat Muhəmmədin yanına gedib onu məğlub edəcəyəm". Əlinə bir neçə çürümüş sümük alaraq Peyğəmbərin yanına gəlib soruşur:"Ey Muhəmməd! Sənmi Allahı bu çürümüş sümükləri qiyamət günü yenidən diriləcəyini söyləyirsən?" Peyğəmbər (s.ə.s) tərəəddüd etmədən buyurur:" Bəli, bunu mən söyləmişəm". Ubəy əlindəki sümükləri ovaraq toz halında yerə tökür. Və yenidən istehza ilə soruşur:" Sən bu çürümüş sümüklərin diriləcəyinə inanırsan? Doğrudanmı ölüb getdikdən sonra yenidən dirilib sorğu-sual olunacağımızı söyləyirsən? Axı bütün bunları kim edəcək? Allahmı bizi yenidən dirildəcək?". Müşrüklər gülüb Peyğəmbərə (s.ə.s) istehza edirlər. Amma o, hamıdan çox nifrət etdiyi Ubəyin üzünə vüqarla baxaraq buyurur:" Bəli, öldükdən və bu sümüklərə çevrildikdən sonra Allah səni yenidən dirildəcək və Cəhənnəmə atacaq". Həmin an Allah Öz Peyğəmbərinə bu ayələri nazil edir. Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. ("Yasin" 77-79) | |
|
Total comments: 0 | |