Bazar günü, 2024-12-22, 11:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 20 » Əsrlər karvanı
6:43 AM
Əsrlər karvanı


İmam Baqir (ə) buyurur: «Atam ölüm ayağında olduğu zaman məni
 sinəsinə sıxıb buyurdu: Oğlum! Atam Hüseyn ibn Əlinin (ə) etdiyi vəsiyyəti  sənə  edirəm: «Həqiqət ajı olsa da hər zaman onun uğrunda jalış. Allahdan başqa, heç bir arxası olmayan kimsəyə zülm  və haqsızlıq etmə».

Peyğəmbər (s.ə.s) buyurur: «Mən Hüseyndən, Hüseyn də məndəndir. Onu sevən məni sevmiş, onunla düşmən olan mənimlə düşmən olmuşdur».

Peyğəmbər (s.ə.s) buyurur: «Hüseyn hidayət çırağı və nijat gəmisidir. Ona minənlər nijat tapar, tərk edənlər qərq olarlar».

İmam Sadiq (ə) buyurur: «Kərbəlanı ziyarət edin. Çünki Kərbəla Peyğəmbərin (s.ə.s) ən yaxşı övladlarını öz ağuşuna alıbdır».

İmam Sadiq (ə) buyurur: «Aşura günü ixlasla İmam Hüseyni ziyarət edən şəxsə Jənnət vajib olar».

İmam Rza (ə) buyurur: «İmam Hüseyn (ə) kədərli halda şəhid edilmişdir. Allah onun ziyarətinə gələnləri sevindirməyi Özünə vajib etmişdir».

 

Peyğəmbər (s.ə.s) buyurur: Kərbəla müsibəti möminlərin qəlbinə od salar və bu od Qiyamətə qədər sönmədən alovlanar».

 

Peyğəmbər (s.ə.s) buyurur: «Qızım Fatimə! Qiyamət günü  Hüseynə ağlayan gözlərdən başqa, bütün gözlər ağlar. Həmin gözlər isə aldıqları Jənnət mücdəsindən sevinj içində olar».

Qorxulu yuxu

Həzrət Zeynəb (ə) kiçik yaşlarında qorxulu bir yuxu görür. Ertəsi gün yuxuda gördüklərini babası Peyğəmbərə (s.ə.s) danışır: «Babajan, dünən gejə yuxuda şiddətli tufan qopduğunu gördüm. Bir anda dünya sakinləri ilə birlikdə zülmətə qərq oldu. Külək məni bir tərəfdən o biri tərəfə aparırdı. Birdən böyük bir ağaj gördüm və tufan məni aparmasın deyə, ona sarıldım. Elə bu vaxt külək ağajı da yerə çırpdı. Mən ağajın qalın budaqlarından yapışdım, amma külək onu kökündən qopardı. Belə olduqda başqa bir budaqdan yapışdım, o da qırıldı. Bu minvalla üçünjü və dördünjü budaqdan yapışdım və onların hamısı qırıldı. Bu andan sonra yuxudan oyandım». Həzrət Peyğəmbər (s.ə.s) sevimli nəvəsini dinlədikdən sonra ağlayaraq deyir: «Əziz balam, yuxuda gördüyün o böyük ağaj sənin babandır. Yapışdığın və qırılan ilk iki möhkəm budaq atanla anandır. Üçünjü və dördünjü budaqlar isə qardaşların Həsən və Hüseyndir. Dünya onların yoxluğu ilə zülmətə qərq olar və qəm libasını geyinər».

Category: Diger me'lumatlar | Baxış: 1287 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]