Əsas səhifə » 2012 Fevral 29 » Söz-ən gözəl ibadət və ən ağır günah
10:03 PM Söz-ən gözəl ibadət və ən ağır günah | |
![]() Adətən ağıllı insanın nişanələrindən biri də yersiz danışmamaqdır, çünki dil insan ağlının ölçüsünü ifadə edir. Həzrəti-Əli(ə) buyurur: "Danışın ki, tanınasız, çünki insan öz dili altında gizlənmişdir."(«Üsuli-kafi» II c, səh.276, hədis №1) "İnsanın batini dili altında gizlənmişdir".(«Məhəccətül-beyza» V c, səh.253, «Ət-tərğib vət-tərhib» III c, səh.503, Qəzali «Məkaşifət ül-qülub» səh.156, «Ənvari-Nomaniyyə» səh.259.) Hər halda, ağıllı və uzaqgörən bəndə fikirləşib sonra danışar. Həzrət Əli(ə) belə söyləmişdir: "Ağıllı adamın dili onun qəlbində, axmağın qəlbi isə onun dilindədir".(«Kəşfür-reybə» səh.6; «Məkasibi-mühərrəmə» səh.40; «Ət-tərğib vət-tərhib» III c, səh.511, hədis №24; «Vəsailüş-şiə» VIII, səh.601; «Ənvari-Nomaniyyə» səh.259; «Cameüs-səadat» II c, səh.302; «Məhəccətül-beyza» V c, səh.251; «Ehyaül-ülumi-din» (Beyrut çapı) III c, səh.141) Seyyid Rəzi bu hədisi «Nəhcül-bəlağə»də nəql edən zaman deyir: "Bu hədis Mövla Əmirəlmöminin Əli(ə)-nin ən qəribə və dəyərli kəlamlarındandır. Hədisin mənası budur ki, ağıllı insan düşünmədən və fikirləşmədən ağzını açıb danışmaz, lakin axmaq adam isə fikirləşmədən danışar. Buna görə də elə bil ağıllı adamın dili onun qəlbinə, axmaq adamın qəlbi isə dilinə tabedir. Elə bu məzmunda o həzrətdən belə bir hədis nəql olunur: "Axmağın qəlbi dilində, ağıllı şəxsin dili isə qəlbindədir".(«Üsuli-kafi» IX c, səh.359, hədis №2; «Vəsailüş-şiə» VIII c, səh.610, hədis №3.) Başqa bir yerdə isə belə buyurur: "Möminin dili onun qəlbində, münafiqin qəlbi və ağlı onun dilindədir.” Yəni mömin danışmaq istəyərkən fikirləşər, sonra danışar. Münafiq və axmaq adam isə ağzına gələni söyləyər, bilməz ki, hansı söz onun xeyrinədir, hansı söz ziyanına. Peyğəmbər(s) buyurmuşdur: "Heç bir bəndənin qəlbi düzəlməmiş, imanı düzəlməz və dili düzəlməmiş, qəlbi düzəlməz.." («Məcməül-bəyan» (Beyrut çapı) IX c, səh.135.) Xülasə, insan düşünərək danışmalıdır. Əks halda, ixtiyarını əldən verər, axırı puç və bədbəxt olar. İnsan nə qədər ki, danışmamışdır, sözünün ağasıdır, elə ki danışdı, oldu qulu. Həzrət Əli(ə) bu həqiqəti belə açıqlayır: "Sözü nə qədər ki deməmisən, sənin ixtiyarındadır. Elə ki danışdın, sən onun ixtiyarındasan. Buna görə də dilini qızıl-gümüşün kimi saxla (yersiz söz xərcləmə). Çünki çoxlarının bir kəlmə yersiz söz söyləməsi böyük bir neməti əlindən zorla alıb başına dərd-bəla gətirmişdir".(«Məhəccətül-bəyza c.5, səh..255, "Kəşfur-rəybə" səh.9, "Ənvari-Nomamaniyyə", səh.259,"Camius-seadət" c.2, səh.305.; ) Bir çoxları danışmaqdan peşmançılıq çəkmiş, ancaq sükut etməkdən heç vaxt heç kim peşman olmamışdır. Loğman öz övladına buyurur: "Ey övladım, çox vaxt mən danışdığıma görə peşman olmuşam. Amma sükut etdiyim üçün təəssüflənməmişəm."(«Cameüs-səadat» II c, səh.306; «Biharül-ənvar» (Beyrut çapı) XXXII c, səh.258; «Ənvari-Nomaniyyə» səh.259.) | |
|
Total comments: 0 | |