Bazar günü, 2024-12-22, 11:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 10 » “Sonra sümükləri ətlə örtdük...”
1:16 PM
“Sonra sümükləri ətlə örtdük...”
"Sonra sümükləri ətlə örtdük...” 

Bu Quran ayəsində ana bətnində əvvəl sümüklərin əmələ gəldiyi, daha sonra isə əzələlərin yaranaraq bu sümükləri örtdüyü xəbər verilir

"Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!"
(Muminun surəsi, 14)
"Sonra sümükləri ətlə örtdük...”(Muminun; 14) - bu Quran ayəsində ana bətnində əvvəl sümüklərin əmələ gəldiyi, daha sonra isə əzələlərin yaranaraq bu sümükləri örtdüyü xəbər verilir.
Ana bətnindəki inkişafı tədqiq edən elm sahəsi embriologiyadır. Embriologiya sahəsində yaxın dövrlərə qədər sümüklərlə əzələlərin birlikdə əmələ gələrək inkişaf etdiyini düşünürdülər. Buna görə də bəzi elm adamları uzun müddət bu ayələrin elmə zidd olduğunu bildirmişdilər. Lakin qabaqcıl texnologiyaların köməyilə aparılan mikroskopik tədqiqatlar Quranda bildirilənlərin tamamilə doğru olduğunu sübuta yetirmişdir.

Bu mikroskopik tədqiqatlar göstərir ki, ana bətnində eynilə ayələrdə tərif edildiyi kimi bir proses baş verir. Əvvəlcə, rüşeymdəki qığırdaq toxuma sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq birləşir və bu sümükləri örtür.

Bu, "Developinq Human”, yəni "İnkişaf edən insan” adlı elmi jurnalda belə izah edilir:
"6-cı həftədə qığırdaqlaşmanın davamı kimi ilk sümükləşmə körpücük sümüyündə baş verir. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. 
Sümüklər əmələ gəlməyə davam edərkən əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirirlər. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır.”

Bu isə bir daha ən böyük alimin Allah, ən böyük elm kitabının Quran olduğunu sübut edir.

islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 660 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]