Bazar günü, 2024-12-22, 2:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 1 » Sirli Mona Liza
10:44 PM
Sirli Mona Liza
   Mona Liza - Leonardo da Vinçinin şah əsəridir.
   Bu vaxta qədər o, astronomiya, riyaziyyat, hərb, mexanika və musiqi sahəsində böyük ixtiralar etmiş, "Cadugərlərin pərəstişi" və "Sirli gecələr" adlı əsərlərin müəllifi kimi tanınmışdır.
   Leonardo Mahir rəssam olmaqla yanaşı, həm də dahi psixoloq idi.
   Bu günümüzə qədər sirr olaraq qalan "Mona Liza" - 77x53 sm ölçüyə malik əsər qovaq ağacından hazırlanmış  lövhənin üzərində yağlı boya ilə çəkilmişdir. Lövhə hazırlanandan sonra Leanardo ümumi kompozisiya quraraq ona forma verir. Sonra yarımşəffaf rənglərdən  istifadə edərək qurumuş rənglərin üzərinə fiqur və üz cizgiləri  çəkməyə başlqayır. Belə texnologiyadan istifadə etmək sənətkara insan bədəninin hərarətini hiss etmək imkanı verir. Leonardo özünün "sfumato" - "boz işıq və kölgə" texnikasından istifadə edərək fondakı predmentləri solğun və sanki yuyulmuş, Mona Lizanın üzünü dumana bürümüş kimi təsvir edir, onun təbəssümünü isə gözlərin çpkəklərində və ağzının kənarında gizlədə bilir.
   Rəssam təsvir etdiyi gənc qadının təbəssümündə elə sirrli hisslər yarada bilir ki, bunların üz cizgilərindən fərqli hiss və əhval-ruhiyyəyə malik olduğu diqqəti cəlb edir - xəyala damla, düşüncə, gizli təbəssüm və qüssə... Bəs Mona Lizanın təbəssümündə nə kimi sirrlər gizlənir?
   Araşdırmaçılar bu barədə fərqli fikir irəli sürürlər:
   1. Qadının təbəssümündə hamilə olduğu xəbərinin sevinci gizlənir.
   2. Qadının təbəssümündə uşağını itirmiş hamilə qadının kədəri gizlənir.
   3. Qadının təbəssümündə acı təbəssüm gizlənir - qadın obrazının yüksəkliyini hörmətdən salmaq istəyənlər qeyd edirlər ki, qadının qaşsız çəkməklə onun təbəssümündəki gözəlliyi itirmək olur.
   4. Qdının təbəssümündə tonzilitə (badamcıqların iltihabı) tutulmuş insanın hissləri dizlənir: həkimlərin fikrincə, bu səbəbdən Lona Lizanın ön dişləri olmamışdır.
  5. Mona Liza - qadın simasında çəkilmiş Leonardonun öz surətidir - antropoloqlar bunu tam qətiyyətlə iddia edilər.
   6. Mona Liza - zahiri görkəmcə real varlıq olmamışdır və bu portret özlüyündə qadın gözəlliyini və inceliyini əks etdirir - incəsənət xadimləri bu fikirdədirlər.
   Bununla belə, Mona Lizanın prototipi olduğunu da ehtimal etmək olar. Belə ki, tarixçi Corco Lazari tam əminliklə qeyd edir ki, əsərdə florensiyalı ipək taciri Françesko del Cakondanın həyat yoldaşı Liza Gerardini təsvir olunmuşdur. Və bundan da əsərin ikinci adı "La Giaconda" (Cakonda) meydana gəlmişdir.
  Mona Liza müəllifin ən sevimli əsəridirş Cakonda Leonardo üçün çox əziz idi. Belə ki, sağlığında onu 4000 qızıl pula satmaqla razı olmur və onu şagirdi Andreo Saliyə vəsiyyət edir. Sonradan onu Fransız kralı l Françıs alır və portret bir neçə il kral sarayının qızıl otağını bəzəyir. XlV Lüdovikin zamanında Cakonda Versala aparılır. Böyük Fransa inqilabından sonra indinin özünə qədər saxlandığı Luvra aparılır və oranın museyində saxlanılır. Portpetin oğurlanması onun şöhrətini daha da artırır.
   1911 - 1913 - cü ilə qədər Luvr muzeyinə gələnlər onun yerini boş görürlər. Hətta muzey rəhbərliyi Cakondaya hörmət əlaməti olaraq onun yerinə başqa rəsm əsəri asmaq istəmir. 1913- cü ildə rəsm əsərinin alış-verişi ilə məşğul olan tacirlərdən biri "Leonardo" imzası ilə məktub alır. 32 yaşlı Vinçeso Perucci adlı rəngsaz məktubda yazırdı:  "Cakonda məndədir, onu yerinə qaytarmaq istəyirəm". Beləliklə, tacir və rəngsaz Florensiya mehmanxanasında görüş təyin edir. Yoxsul rəngsaz rəsmi öpür və göz yaşları ilə tacirə təhvil verir.
   Vəkilin səyi nətizəsində rəngsaz həbsə alınır. Beləcə portret yenidən Luvra qaytarılır. 1956 - cı ildə muzeyə gələn tacirlərdən biri Cakondaya qısqanaraq ona bıçaqla hücum edir. Bir neçə ildən sonra həmin şəxs daşqalaq edilir. Xoşbəxtlikdən hər iki halda gülləkeçirməz şüşə əsəri xilas edir.
   Hələ ki bu vaxta qədər alimlər Cakonda ilə bağlı sirrləri tam açıqlaya bilməmişlər. Və çətin ki, bundan sonra da aça bilsinlər. Çünki bu əsərə Leonardo adlı dahi ruh vermişdir. O isə artıq bizimlə deyil!


Category: Diger me'lumatlar | Baxış: 1617 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]