Cümə axşamı, 2024-11-21, 9:28 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 19 » Sirlər dünyası
6:29 AM
Sirlər dünyası


Allahın Peyğəmbəri (s): «Əli haqq ilədir və haqq Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar». (Nəhcül-bəlağənin şərhi, İbn Əbil Hədid, c.2, səh.297)
Səkkiz yaşından Peyğəmbər (s.ə.s) tərbiyəsi görən Əli (ə) ona iman gətirən ilk şəxs olur. Peyğəmbər (s.ə.s) ona bu barədə atası ilə məsləhətləşməyi tövsiyə etdikdə belə cavab alır:" Yerin və göylərin həqiqi sahibi olan Allah məni yaradanda atamla məsləhətləşmişdi ki, indi mən Ona iman gətirmək istədikdə atamla məsləhətləşim?".


İNSAN BU DÜNYAYA SAHİB OLMAQ ÜÇÜN DEYİL, ŞAHİD OLMAQ ÜÇÜN GƏLİB

Yusif (ə) Misir padşahının evində boya-başa çatdıqdan sonra Züleyxanın ona gözü düşür. Onu hər gördükcə şad olur və qəlbinə yol tapmaq istəyirdi. Amma Yusifin qəlbi Allaha təslim olmuşdu. Allahın istəyindən xarıcdə o, kimsəni nə görür, nə də hiss edirdi.
Günlərin biri Züleyxa ətrafda ərinin və saray adamlarının olmadığından istifadə edərək Yusifin otağına gəlir və onunla olmaq arzusunda olduğunu bildirir. Allah peyğəmbəri onun şərindən Allaha sığınır. Züleyxa israr edib yaxşınlaşanda isə geri çəkilir. Otağın bir tərəfində qoyulmuş bütü görən qadın onun üzərini örtür. Yusif peyğəmbər (ə) bundan onun səbəbini soruşur.  Züleyxa həya etdiyini və Tanrı qarşısında cinsi əlaqədə olmaq istəmədiyini bildirəndə Hz. Yusif (ə) buyurur:" Sən heç nəyi görüb eşitməyən Tanrıdan həya edirsən, bəs istəyirsən ki, mən hər şeyi görən, hər şeyi eşidib agah olan Allahın hüzurunda zina edim?

EYNİ DİLDƏ DANIŞANLAR DEYİL. EYNİ DUYĞUNU PAYLAŞANLAR BİR-BİRLƏRİNİ BAŞA DÜŞƏRLƏR

Siqaret çəkən müsəlmanların İsrailə dəstəyi. CİA-nın rəsmi statistikasından:
1. Dünya əhalisinin sayı-6,5 milyard.
2. Dünyada yaşayan müsəlmanların sayı-2 milyard.
3. Dünyada siqaret çəkən insanların sayı- 1,15 milyard
4. Dünyada siqaret çəkən müsəlmanların sayı - 400 milyon.
5. Dünyanın ən böyük siqaret şirkəti - "Philip Morris"
6. "Philip Morris" in qazancının 12%-i İsrailə göndərilir.
7. Hər gün siqaret çəkən müsəlmanlar "Philip Morris" ə qazandığı indossament (həvalə qeydi) - 800 dollar.
8."Philip Morris" in qazancı - orta hesabla 10 faiz
9. "Philip Morris" in müsəlmanlardan əldə etdiyi bir günlük qazanc - 80 milyon dollar
10. Nəticə: "Philip Morris" hər gün müsəlmanlardan 9,6 milyon dollar gəlir əldə edir.

BU DÜNYADA HƏR QİYMƏTƏ DEYİL, YAŞAYIB DƏYƏR TAPMAQ ÜÇÜN GƏLDİK

Gənc ailə bir ay əvvəl təmirdən çıxan təzə köçdükləri mənzilini sahmana saldıqda taxta divarın arasında gördüklərindən heyrətə gəlir. Ayağından mismarla divara tikilən kərtəngələ çırpınır, hərəkət edə bilmirdi. Çox güman ki, kərtəngələ bir ay əvvəl divara tikilibmiş. Bəs bu müddət ərzində o, necə ac qala bilmişdi?! Qaranlıq iki divar arasında qalmaq sözsüz ki, çox çətin idi. Maraq onları götürür, bütün işlərini atıb kərtəngələni müşahidə etməyə başladılar. Bir müddət sonra gördüklıərib səhnə onları heyran edir. Başqa bir kərtəngələ ağzında yemək gətirərək divara tikilən kərtəngələni yedizdirir. Bəlkə də inanılmaz görünər, amma bu, yaşadığımız dünyada baş verən minlərlə sirli hadisələrin yalnız biri idi. Elm və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də aclıqdan əziyyət çəkən milyonlarla insandan xəbərsiz qalırıq.  Amma insanın şüursuz adlandırdığı kərtənkələ öz həmcinsinin dərdinə şərik olur və bacardığı sayəsində ona yardım edir.

GERİ QAYIDIB YAXŞI HƏYAT BAŞLAMAQ OLMUR. LAKİN BAŞLAYIB YAXŞI SONLUQ ƏLDƏ ETMƏK OLUR

Qəlbləri sarsıdan bu şəkil 1994-cü ildə Sudanı çənginə almış aclıq zamanı çəkilib. Minlərlə körpənin ölümündən xəbər verən bu şəkilfotoqraf Kevin Sartere "Politzer" mükafatını qazandırdı. Zavallı uşaq bir kilometr uzaqlıqda BMT-nin yardım dəstəsinə tərəf sürünərkən çəkilib. Arxasındakı vəhşi çöl quşu onun ölümünü gözləyir. Fotoqraf şəkil çəkər-çəkməz oranı tərk edir. Lakin kimsə uşağın aqibətindən xəbər tutmur. Hadisədən 3 ay sonra fotoqraf keçirdiyi depressiya nəticəsində intihar edir. dünya ölkələri hələdə süni qıtlıq yaratmaqdadır. Hələ də biz ətrafımızdakılardan xəbərsizik. Hələ də sağ-solumuzu israf edirik. Afrikalı uşaqlar acından, susuzluqdan ölməkdədirlər.

Category: Diger me'lumatlar | Baxış: 1889 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]