Əsas səhifə » 2011 Aprel 16 » Sirlər dünyası
5:29 AM Sirlər dünyası | |
Sən dünyaya gəldiyin gün hamı güldü, amma sən ağladın. Allahın sənə bəxş etdiyi ömrü elə başa vur ki, dünyanı dəyişdikdə hamı ağlasın, amma sən güləsən. HƏZRƏT FATİMƏ (Ə) ATASINI NECƏ ÇAĞIRIRDI? İmam Sadiqdən (ə) nəql olunan hədisdə buyrulur:" Peyğəmbəri çağırmaq öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın!.." ("Nur", 63) ayəsi nazil olduqdan sonra müsəlmanlara Peyğəmbərə (s.ə.s) bir-birilərini çağırdıqları kimi çağırmamaq əmr olundu. Bundan belə onlar Hz. Muhəmmədi (s.ə.s) "Ey Allah peyğəmbəri" və ya "Ey Allahın elçisi"- deyərək səsləməli idilər. Bundan sonra mən də ona "atacan" deyərək müraciət edə bilməyib görüşdüyüm zaman onu "Ey Allah Peyğəmbəri" deyərək səslədim. Atam bir-iki dəfə məndən üz çevirdi, sonra narazı halda mənə dedi:" Ey Fatimə! Bu ayə sənin və ailən barədə nazil olmayıb. Çünki sən məndən, mən də səndənəm. Ayə Qüreyşin təkəbbürlü və özündənrazı camaatı barədə nazil olub". RUH DÜŞKÜNLÜYÜ Şagirdlərindən ruh düşkünlüyü müşahidə edən müəllim cibindən yüz manat çıxararaq onlardan soruşur:" Kim bu pulu istəyir?". Şagirdlərdən hamısı əlini qaldırır.. Bunu görən müəllim əlindəki yüz manatı ayaqlarının altına atıb əzir, sonra götürün sualını təkrar edir:" İndi necə, bu əzik və bulaşıq pulu istəyən varmı?". Bu dəfə də hamı əlini qaldırır. Müəllim şagirdlərinə tək-rək güz gəzdirib deyir: "Hansı vəziyyətdə olursunuzsa olun, bu pultək dəyərinizi itirməyin. Özünüzə hörmət qoyun, başqalarınında sizə hörmətsizlik etməsinə şerait yaratmayın". Möminlərin əmiri İmam Əli (ə) bu haqda buyurur: "Öz qədər-qiymətinizi bilin və özünüzü ucuz tutmayın. Adəm özladının dəyər və qiyməti tək Cənnətlə ödənilər". DOSTLUQ Dostluq yaş sementinin üzərində dayanmaq kimidir. Nə qədər çox qalxsan, ondan ayrılmağın bir o qədər də çətin olar. Ayrılıb getdikdə isə üzin qalar. GÖZ YAŞI Eşq almaq üçün hərə bir söz gətirər, divanə isəheç nəyi olmadığından bir şey gətirə bilmir, bunun üçündə ağlayır. Lakin kimsə bilmir ki, eşqin qiyməti elə göz yaşlarıdır. ÇƏTİR Bir kəndin əhalisi Allahdan yağış diləmək üçün şəhərdən çıxıb hamılıqla dua etmək qərarına gəlir.Qərar qoyduqları gün balacadan böyüyə qədər hamı çöllüyə gəlir, onlardan yalnız bir uşaq özü ilə çətir götürür. Budur həqiqi iman! | |
|
Total comments: 0 | |