Bazar günü, 2024-12-22, 8:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 17 » Sirlər dəryasından damlalar
4:32 PM
Sirlər dəryasından damlalar

Sirlər dəryasından damlalar

 

Həyatı başa vurduqda bu vaxta qədər başa düşülməsi lazım olmayan şeyləri dərk etdiyimizi anlayırıq.

 





Süd çayı

 Hər gün milyonlarla insanın və məməli heyvanın içdiyi südün miqdarını hesablaya bilsək, görəsən nə qədər olar? Bu dünyaya bunları ruzi olaraqöz yaratdıqlarına bəxş edən Allah Cənnət əhlinə baldan şirin, süddən ağ çayları da əsirgəməz.

 



Fərq

Şəkərlə alma arasındakı fərqi  müqayisı etdikdən sonra şəkər fabrikindəki  səs-küyün nə qədər yorucu, alma ağacındakı sükutun nə qədər sakitləşdirici olduğunun fərqinə varırıq. Özündə azacıq fəzilət görən bəzi insanlar öyünməklə necə də həmin gurultulu fabriklərə bənzəyirlər.

 




İnsan yükü

Əgər şərt olaraq tərəzinin bir gözünə dəvə olub yük daşımaq, o biri gözünə insan olub ibadət etmək qoyulsa  və seçim bizim öz ixtiyarımıza verilsəydi, hansı birini seçərdik görəsən? Əlbəttə ki, insan olmağı! Maraqlıdır, onda bəs nə üçün yaşadığımız dünyada dəvə kimi yük daşayırıq, amma insan kimi Allaha ibadət etmirik?

 



İnsan və Allah

İnsan Allahın yaratdığı ağacdan taxta, taxtadan isə müxtəlif cansız əşyalar düzədə bildiyi halda, hər şeyə qadir olan Allah ağacdan yarpaq, xoşətirli meyvələr yarada bilir.Demək iş ağacda deyil, ustaddadır. Həmin ağac torpaqdan insanı, insan isə torpaqdan cansız heykəllər yarada bildi.

 



Fərqli baxış

İnsan bir heykələ baxanda dərhal onu düzəldən heykəltaraşı xatırlayır. Amma nədənsə, aynada özünə baxanda yalnız özü haqda düşünür, onu yoxdan yaradan Allahı xatırlamır.

 

Həyat elə tez gəlib keçir ki, sanki bizimlə olmaq ona maraqlı deyil.



Category: Bezi meslehetler | Baxış: 1230 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]