Bazar günü, 2024-12-22, 2:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 21 » “Əsirinizlə xoş davranın!”
1:19 PM
“Əsirinizlə xoş davranın!”
Həzrət Əli (ə) Kufə məscidində vurulduqdan sonra onu gətirib yatağa uzatdılar. Kufədə yaşayan adlı-sanlı təbib Əsir ibn Əmrin ardınca getdilər. Təbib dövrün mövcud müalicə və müayinə üsulları ilə o həzrəti yoxladı, qılınca zəhər vurulduğundan dərdin əlacsız olduğunu bildirdi.
Adətən əlacsız xəstənin dərdinin düzəlməyəcəyini onun özünə deyil, yaxın adamlarına deyirlər. Amma o bilirdi ki, Əlinin (ə) vəziyyətini ilk növbədə onun özünə demək lazımdır. Belə də etdi: Ey Əmirəl-möminin, vəsiyyətin varsa buyur!
Həzrət Əlinin (ə) heyranedici və insani xüsusiyyətləri özünü burada göstərir. Vəsiyyətlərindən biri də «əsirinizlə xoş davranın» sözləri olur. Sonra isə belə deyir: «Ey Əbdülmüttəlib övladları! Mən dünyadan köçdükdən sonra camaatın arasına düşüb, «Əmirəl-möminin şəhid oldu, filankəs qatili təhrik etdi, filankəsin bu işdə əli var» deyib onu-bunu günahlandırmayın.» Sizin bu söhbətlərin dalınca getməyinizi istəmirəm. Mənim qatilim bir nəfərdir.
İmam Həsənə (ə) belə buyurdu: «Oğlum Həsən! Məndən sonra onun ixtiyarı sənin əlindədir, azad etmək istəsən azad edərsən, qisas almaq isətəsən isə, yadında qalsın ki, o sənin atana bir zərbə vurub. Ona bir zərbə vurarsan, ölsə ölüb, ölməsə də ölməyib.»

haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 742 | Added by: Ənfal | Rating: 3.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]