Bazar günü, 2024-12-22, 2:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 12 » Seyyid Əli Əkbər Ocaqnejad
2:52 PM
Seyyid Əli Əkbər Ocaqnejad





Seyyid Əli Əkbər Ocaqnejad ağa






Qəlbdən süzülən damcılar

Qur’ani-Kərim Allah-Təalanın bəşəriyyəti doğru yola istiqamətləndirmək üçün Öz əziz peyğəmbərlərinə göndərdiyi möcüzələr içərisində əbədilik sifəti ilə vəsf edilən yeganə möcüzədir və insanlar artıq min dörd yüz ildən artıqdır ki, ondan feyz alır, bəhrələnirlər. Allah-Təala Özünün bu müqəddəs, əbədi və həmişəyaşar səma Kitabının təhrifdən, bəşəriyyətin nadanlıq və bədbəxtlik müdaxiləsindən amanda qalmasını istəyib və onu qoruyub.



Əhli-Beyt(ə) məqami

Insan öz varlığı, yaşadığı ətraf aləm, kainat, bu kainata hakim olan nizam-intizam və ümumilikdə ən kiçiyindən tutmuş ən böüyüynə qədər həyat üçün zəruri olan bütün vasitələrə görə özünü Allaha borclu hesab edərək ona şükr edir. Allah isə yaranışın səbəbini Mühəmməd və Ali Mühəmməd (s) kimi təqdim edir.








Aşura dərsləri

Peyğəmbər(s) və məsumların hədis və kəlamlarından belə qənaətə gəlirik ki, Imam Hüseynin(ə) şəhaməti, şücaəti, mücahidliyi, fədakarlığı və şəhadəti Islamı təzmin etdi. Allah-təala Imam Hüseynin(ə) vasitəsilə Islamı qoruyub saxlayır.




Fitr Xütbələri

Hər sözdən öncə bu əziz bayram münasibətilə bütün müsəlmanları və əziz mömin bacı və qardaşları səmimi qəlbdən təbrik edirəm. Fitr bayramı çox müqəddəs və bərəkətli bir gündür. Çünki, bu əziz gündə Allah-təala bütün möminlərə, namaz qılıb oruc tutanlara, özünü haramlardan qoruyanlara, halalları yerinə yetirənlərə və Allaha itaət edənlərə mükafat verərək mərhəmət inayət edir. Allah-təala Əhzab surəsinin 41 və 42-ci ayələrində belə buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا Ey iman gətirənlər, Allahı çox zikr edin (Yadınıza salın)! Ona hər səhər və axşam təsbih deyin.



Qədr Gecələri

Mübarək Ramazan ayı Allahın insanlara rəhmət və bərəkətidir. Allah-təala bu ayda öz bəndələrini bağışlayıb hidayət etmək istəyir. Allah bu mübarək ayda insanların mənəviyyətini gücləndirib hidayət edərək onların ürəklərini paklaşdırıb ruhlarını təmizləmək istəyir. Mübarək Ramazan ayında Allah təala Öz bəndələrini azğınlıqdan çəkindirib, çirkin əməllərdən nicat verməklə onları düzgün yola hidayət etmək istəyir. Bir sözlə desək Allah-təala Ramazan ayında bəndələrinin Ona ibadət edib yaxınlaşmasını istəyir. Bu bir mütərəqqi insanın ən əsas hədəfidir. Çünki insanın yaradılmasından məqsəd Allaha ibadətdir. Mübarək olan Ramazan ayında bir gecə var ki, onun adına Qədr gecəsi deyilir.




Qurani-Kərimdə xitablar(2)

-Mərifət qəlbin nurudur. İnsan Allahı tanımaqla, mərifət tapmaqla qəlbini nurlandıra bilər. Həzrət Mяhəmməd (s) buyurur: «İnsanın qəlbinin nuru (ruhunun nuru) mərifətdir». Mərifət Allaha iman gətirmək və vəzifəni düzgün yerinə yetirməkdən ibarətdir. Mərifət insanın həm ictimai, həm fərdi, həm də İlahi vəzifəsini düzgün yerinə yetirməsidir




ocaqnejad.net


Category: Kitablar yukle | Baxış: 3496 | Added by: Ənfal | Rating: 1.8/5
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]