Bazar günü, 2024-12-22, 4:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 17 » Şeytanın tələləri
7:22 AM
Şeytanın tələləri

Bismillahir-rəhmanir-rəhim.

Şeytanın tələləri

Şeytan cin tayfasındandir və oddan yaradılmışdır. Şeytan cənnətdən qovulmamışdan öncə Allaha yetmiş min il ibadət etmişdir, hətta məlaikə məqamına belə çatmışdır.
Allah insanı torpaqdan yaradıb ona öz ruhundan üfürdüyü zaman, bütün mələklərinə Adəmə səcdə etmək göstərişi verdi. Bu an iblisdən başqa bütün mələklər Adəmə səcdə etdilər. Şeytan isə Allaha təkəbbürcəsinə belə dedi: 
-Mən sənə yetmiş min il ibadət etmişəm. Özün buyurmusan ki, Mənə ibadət edən hər bir kəsin, ibadətini nəticəsiz və əvəzsiz qoymaram. Allah buyurdu:
-Dünyada nə istəsən sənə verərəm. 
Şeytan dedi:
Birincisi: Qiyamətə qədər mənə dünyada diri qalmağıma icazə verəsən. Allah buyurdu: Sənə möhlət verdim.
İkinci: Adəm övladlarının hər birinin müqabilində, mənə iki övlad əta et ki, onların hər birinə məxsus olan iki övladlarım onları yoldan sapındırsınlar.
Üçüncüsü: İnsanı günaha çəkmək məqsədi ilə mənə, onun hər tərəfindən, qanın bədəndə olan cərəyanı kimi, azdırmasına imkan verəsən.
Dördüncüsü: İstəyirəm ki, biz onları görək, ancaq onlar bizi görməsinlər.
Beşincisi: Mənə müxtəlif sifət və cildlərə girmək imkanı verəsən ki, hara istəsəm rahat gedə bilim.
Altıncısı: İstəyirəm ki, insan övladı ölüm yatağına düşənə qədər onunla olum. (Rəvayətdə gəlib ki, ölüm mələyi insanın canını alan anda belə şeytan onu vəsvəsə edərək, azdırmaq istəyir.)
İmam Baqir ələyhissalam buyurur:
"İnsan can verdiyi zaman çox susuzlayır. Bu an şeytan əlində bir qədəh su ilə gələrək deyər: Əgər mənə səcdə edib, Allaha kafir olsan, bu suyu sənə verəcəyəm. Naümid olduqda isə suyu yerə tökərək, mən səndən bizarəm deyib gedər.”
Yeddincisi: Mənə, insanı vəsvəsə etmək məqsədi ilə onun qəlbinə hakim olma imkanı verəsən. Allah onun cavabında buyurdu:
-Sənin istəklərini qəbul edirəm, ancaq hər kim səndən tabeçilik etsə, onu səninlə birgə cəhənnəmə atacağam. Şeytan dedi: 
-And olsun Sənin izzət və cəlalına, Sənin muxləs (tövhid məqamına yetişmiş) bəndələrindən başqa, hamısını azdıracağam. 
Sonra dedi: İndiki məni qovursan, bəs mənim yediyim nə olacaq? Allah buyurdu: Mənim adım çəkilməyən (Bismillahir-rəhmanir-rəhimsiz) hər bir süfrədə otur və ac heyvanlara bənzər yemək yeyən insanlarla, səndə birgə yemək ye.
İmam Baqir ələyhissalam buyurur:
"Yeməyin əvvəlində (bismillah) demək yadınızdan çıxarsa, yeməyin axırında deyinki, şeytan hər nə yeyibsə qaytarsın.”
Şeytan dedi: 
-Mənim üçün bir hədis (kəlam) qərar ver. Allah buyurdu:
Sənin kəlamın yalandir. Şeytan dedi:
-Mənə, insanları ovlamaq (doğru yoldan azdırmaq) üçün tələ və ov vasitəsi ver. Allah buyurdu:
-Qadınları sənin üçün insanları doğru yoldan azdırmaq vasitəsi qərar verdim. 
Bir gün Allahın Rəsulu (s) şeytanı məscidul-həramda (Kəbə evinin yanında) gördükdə, onun yanına gedərək belə buyurdu: Ey məlun niyə belə narahtsan? Şeytan dedi: Sən və ümmətinin əlindən narahatam. O Həzrət buyurdu: Məndən nəyə görə narahatsan? Şeytan dedi: Mən insanları yoldan azdırmaq üçün bu qədər əziyyət çəkməyimə baxmayaraq, sən qiyamət günü onları şəfaətçi olmaqla, mənim zəhmətlərimi hədərə verəcəksən. Peyğəmbər (s) buyurdu: Ümmətimdən nəyə görə narahatsan? Dedi: Başqa ümmətlərdə olmayan, sənin ümmətinin bir sıra xüsusiyyətlərinə görə:
Birincisi: Onlar biri-birləri ilə görüşdükdə salamlaşarlar. Salam, Allah adı olduğundan ondan qorxuram.
İkincisi: Onlar görüşdükləri zaman bir-birilərinə əl verib, görüşərlər. Onların əlləri bir-birindən ayrılmamışdan öncə, günahları bağışlanar.
Üçüncüsü: Onlar yemək yeyəndə Bismilləhir-rahmənir-rəhim dediklərinə görə, mən yemək yeyə bilməyib ac qalıram.
Dördüncüsü: Yeməkdən sonra onlar əlhəmdulillah deyərlər.
Beşincisi: Sənin adın çəkildikdə onlar, salavat deyərlər. Salavatın isə savabı o qədərdir ki, o deyiləndə mən oradan qaçaram.
Altıncı: Bir işə başlamazdan öncə İnşəallah deyərlər, bu zaman mən onların gördükləri işdə müdaxilə edə bilmərəm.
Yeddinci: Onlar sədəqə verərkən günahları bağışlanar və onlarda yetmiş növ bəla götürülər.
Allahın Rəsulu (s) buyurur: İnsan əlini cibinə, sədəqə vermək məqsədi ilə saldıqda yetmiş şeytan onun əlindən tutarlar ki, onu bu işdən çəkindirsinlər.
Səkkizinci: Sənin ümmətin quran oxuyarlar. Quran oxunan evə mələklər gəl-get etdiyinə görə mən o evə daxil ola bilmərəm.
Doqquzuncu: Onlar məni çox lənətləyərlər. Hər bir lənət isə mənim bədənimə bir yara kimidir. Onları azdırmayana qədər o yara məndən sağalmaz.
Onuncu: Onlar günah etdikləri zaman tez tövbə edərək zəhmətlərimi hədər edərlər.
Onbirinci: Asqırdıqları zaman əlhəmdulillah deyərlər.
İnsan namaz qıldığı zaman, xüsusi ilə bu namazda səcdəni uzatdığı zaman, şeytan narahatlıqdan fəryad çəkərək qışqırar.
İmam Sadıq ələyhissalam buyurur: "Namaz qılmayan kəs, şeytandanda aşağıdır! Çünki şeytan yalnız bir xəta etmişdir, oda Adəmə səcdə etməməkdir. İnsan isə namaz qılmamaqla Allaha səcdə etmir.”
Peyğəmbər buyurdu: "Sirat körpüsündən keçməyə buraxılış izni, namazladır. Möminin namazı qəbul olduqda, onun digər əməlləridə məqbul sayılmış olar.”
Namazların içində, "sübh” namazına daha çox sifariş edilmişdir.
İmam Sadiq ələyhissalam buyurur: "Müsəlmanın sifətlərindən biri, namaz qılarkən "Bismillahir-rəhmanir-rəhim”-i ucadan deməsidir.”
Hər kim, (namazda) "Həmd” surəsini oxumamışdan öncə "Əuzu billahi minəş-şəytanir-rəcim” deyə, onun bədənində olan tük sayı qədər, onun hər bir tükünə min ədəd savab verilər.
Peyğəmbər buyurur: "Hər kim, namazdan sonra xüsusi ilə barmaqları ilə, Xanım Zəhra səlamullahi ələyhanın zikrini deyə, o əllər qiyamət günü ona şəfaətçi olar.”
Namazdan sonra "Əllahummə əccil livəlliyikəl-fərəc” duasını oxuya.

Peyğəmbər buyurdu: "Allahın bəndəsi namaz qılıb, Onun zikrinə məşğul olduğu zaman, şeytan onun yanına gələrək belə deyər: Flan iş haqda düşün, flan işi gör. Namazdan onun fikrini yayındırmaq məqsədi ilə o qədər onu vəsvəsə edib, şəkkə salar ki, o neçə rükət namaz qıldığını belə unudar.”

Həqiqi namaz dörd xüsusiyyətə malikdir:
1- Təharətlə qılmaq.
2- Camaatla qılmaq.
3-  Namazı xüsusi vaxtında qılmaq.
4- Xuzu, xuşu və diqqətlə namaz qılmaq.
Subhanə rabbikə rabbil-izzəti əmma yəsifun, vəsəlmun ələl-mursəlin vəlhəmdu lillahi rabbil-aləmin!

Tural Həsənli

islammaarifinde.com


Category: Exlaq | Baxış: 1107 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
0  
1 sahibezzaman   (2011-01-18 2:10 PM) [Daxil et]
BIZ INDIKI MOMINLER ve MOMINELER HEDDEN ARTIQ COX DIQQETLI OLMALIYIQ book

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]