Bazar günü, 2024-12-22, 2:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 21 » Şeytanın şirin sözləri
0:10 AM
Şeytanın şirin sözləri
   (Günahı yüngül sayaraq) - "Bir dəfə ilə heç nə olmaz".
   Ömründə bir dəfə də günah etməyən Peyğəmbər hər gün yetmiş dəfə Allahdan bağışlanmasını diləyib "Əstəğfurullahə Rəbbi və ətubu iləyh" zikrini dilindən əskik etməzdi. (Əcəlin bir an içində çatdığını bilə - bilə) - "Hələ gəncsən, həyatını yaşamalısan". Sanki qocaldıqlarına dair Allahla əhd-peyman bağlamışlar?

    (Özünə bəraət qazandıraraq) - "Düzdür, namaz qılmıram, amma qəlbim təmizdir". Görəsən, namaz qılmaqdan ayaqları şişən Pyğəmbərimizin  (s.ə.s) qəlbi bunlar qədər təmiz deyilmi?

   (Sabah başına nələrin gələcəyini bilməyə-bilməyə) - "Hələ tezdir, 40 yaşım olsun başlayaram namaza".
Qırx yaşına çatmasan onda necə?!

   (Dinini dünyalarına qurban verərək)  - "Zamana uyğun yaşamaq lazımdır, burax bu geridəqalmışlığı". 
 Əgər Allaha itaət geridəqalmışlıqdırsa, görəsən Peyğəmbər (s.ə.s) və Məsum İmamlar belə mənəvi təkamülə necə nail oldular?!.

   (Tövbə etmək əvəzinə) - "Bir şey olmaz, Allah əhv edər". 
Allah təkrar olunmayan tövbələri qəbul edir, vərdiş halına salınan günhaları yox.

   (Ümid vermək əvəzinə) - "Bir qədər günahdan sonra çəkin ki, bağışlanasan".
Görəsən "Allah mərhəmətindən ümidsiz olmayın" ayəsi bu şəxslərin qulağına heç dəyməmişdir?

   (Düşünüb həll yolunu tapmaq əvəzinə) - "Bu qədər düşünüb başını yorma". Görəsən bu vaxta qədər düşünüb-daşınmaqdankiminsə başına hava gəlib?

   (Arxayınlıq yaradaraq) - "Bir müddət Cəhənnəmdə yandıqdan sonra Cənnətə girməyəcəksən?". Sanki kibrit yanğısına dözə bilir bu insan.

   (Böyükləri kor-koranə təqlid edərək) - "Biz böyüklərdən belə gördük". Bəs böyüklər səhv edirlərsə, onda necə?!

   (Deyilənlərin fərqinə varmadan ) - "Diqqətli olun, birdən sizin də beyninizi doldurarlar". Bəzilərinə görə, haqqı söyləyib  ona tabe olmaq kiminsə təsiri altına düşməkdir.

   (Allahın müəyyən etdiyi hədləri bilmədən) - "İfrat yaratmaq lazım deyil". Görəsən, bu sözlərlə günaha aludə olmaqda ifrata vardıqlarının fərqinə varırlar?

   (İbadəti eyib və geridəqalmışlıq hesab edərək) -  "Heç olmasa, namazlarını evində qıl,başqaları görməsin". Bəzilərinin nəzərində Allaha bəndəlik bu qədər utandırıcı iş imiş?

   (Hicablı xanımlara) - Sən bu başla çox qabağa gedə bilməzsən, hansı dövrdə yaşayırsan?! Baş bağlamaq nədir?". Görəsən, bunları Allah vacib etdiyi "Hicab" ayəsindən xəbərləri var?



Category: Diger me'lumatlar | Baxış: 960 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]