Əsas səhifə » 2012 Iyun 18 » Şeytanın övladları, onların adları və vəzifələri
5:59 PM Şeytanın övladları, onların adları və vəzifələri | |
Şeytanın övladları, onların adları və vəzifələri Sur çalınana qədər yaşayacağı üçün İblisə nəsil verildi. İblisin bir çox övladları var və hər birinin adları və vəzifələri vardır. Şeytanın övladlarının adları və onların vəzifələri bunlardır: 1. Hanzəb: Namazda vəsvəsə verər. Təqibatın düzgün yerinə yetirilib-yetirilməməsində, sözlərin deyilib-deyilməməsində, rəkətlərin sayında və s.-də çaşdırmaq istəyər. 2. Vəlha: Təmizlikdə çox su istifadə etməyiniz, bir yeri bir neçə dəfə lazımsız olaraq silib təmizləməniz üçün vəsvəsə verər. Çox su istifadə etdirər, gərəksiz təmizlik etdirər və daha sonra isə gülüb lağ edər. 3. Zəllənbur: Bu da bazarlarda satıcılara xarab mal satmağı, yalandan and içməyi, malını tərifləməyi, malın qüsurunu gizləməyi və insanları aldatmağı mənfəətli, gözəl göstərər. 4. Vəsna: Yuxu şeytanıdır. Namaz və digər ibadətlər üçün başı və göz qapaqlarını bağlayar, zina və oğurluq kimi haramlar üçün insanı təhrik edər. 5. Bətr: Müsibət şeytanıdır. Qışqırıb çığırma, vurma kimi cahiliyyə adətlərinə təhrik edər. 6. Dasin: Yemək-içmək zamanı və ailə üzvləri arasında münasibətlərdə vəsvəsə şeytanıdır. İnsan çirkli əllə, çirkli qabla yeyib-içdiyi vaxt, bismillah demədiyi vaxt, halal ruzi yemədiyi vaxt onunla yemək yeyər, evə girər, yatağında yatar. Ər arvad arasında düşmənçilik meydana gətirməyə çalışar. 7. Mətun: İnsanlar arasında yalan xəbərləri yayır, hətta əhəmiyyətsiz şeylər üçün belə yalan danışmağa həvəsləndirir. 8. Əl Əbyaz: Peyğəmbərlərə və Allahın yer üzündə olan nümayəndələrinə, övliyalara, fəqihlərə müsəllət olan şeytandır. Peygambərlərə və məsum vəlilərə vəsvəsə etməyə cəsarət edə bilməz, bir zərəri toxuna bilməz, digər alimlər isə onunla mübarizə edərlər. Məlumatdan istifadə etdikdə istinad zəruridir! zəka.az | |
|
Total comments: 0 | |