Bazar günü, 2024-12-08, 5:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyul » 13 » Şeytanın İnsan Qılığına Girməsi-1
9:52 PM
Şeytanın İnsan Qılığına Girməsi-1
Şeytanın İnsan Qılığına Girməsi-1


Şeytan və ya cinlərin, bir insanın ürəyindəkiləri və niyyətini bilməsi, məsələn bu insanın sabah nə edəcəyindən xəbər verməsi əsla mümkün deyil. Çünki şeytan və cinlər qeyb elminə sahib deyildirlər. Belə bir iddianı heç bir yerdə görə bilməzsiniz. Qeyb elmini Allahdan və ONun pak qullarından (Ənbiya və övliyalar) başqa heç kim bilə bilməz. Şeytan, qeyb elmindən xəbər vermək kimi bir qüdrətə və səlahiyyətə sahib deyil. 
Allah Təala Quranı Kərimdə: "Heç bir şey yoxdur ki, xəzinələri bizim qatımızda olmasın; ancaq biz, onu təyin olunmuş bir miqdar olaraq indiririz."‌ buyurmuşdur. Kainatdakı hər şeyin qənaətinin Allah (c.c)ın əlində olduğunu, ONsuz heç bir şeyin var ola bilməyəcəyini göstərən bu ayə, eyni zamanda, varlıq aləminin böyük təbəqələrdən meydana gəldiyini, insanın bu aləmin ən aşağı təbəqəsində yaşadığını, ancaq bu aləmi tam mənada dərininə qavraya bilmədiyini, varlıq aləminə dair bildiklərinin isə  səthi olduğunu gözlər önünə gətirməkdir. Bizlər, bəşər olaraq hətta maddi dünyanı belə doğru dürüst qavraya bilmirik. Qurana görə   öz orbitində üzən bütün planet və ulduzlar, yer üzünə uzaqlığı nə olursa olsun, səmasnı bəzəyən şamlardır. Allah (c. c.) göyü yeddi qat üzərinə bina etmişdir. Rəvayətlərə görə, hər göy bir üstdəki göyə görə okeanda bir damla kimidir.
Bizim ən əhəmiyyətli problemimiz, Qurani Kərimin digər aləmlərlə əlaqədar etdiyi bütün şərhlərə və bu qədər rəvayətə inanmayışımızdır! Allah (c. c.) Qurani Kərimdə belə buyurur:
"O, göylərdə və yerdə olan hər şeyi özündən bir lütf olaraq sizin xidmətinizə vermişdir."‌
Yəni, yeddi göy insanın elmi qüdrət və qənaətinə girə biləcək şəkildə yaradılmışdır. Amma bu, söz mövzusu güc qənaətin sui-istifadəyə açıq olmadığı mənasını verməz. Allah (c. c.), " bu gücü verirəm amma onu sui-istifadə yolunu da kapatıyorum"‌ deməmişdir. Bəlkə bu güc, insana Allaha yönəlməsi üçün bir hüccet və nişana olaraq itələyə edilmişdir.
Nümunə verəcək olsaq; bizlərin maqnetik dünyasına bağlı bildiyimiz şeylər yalnız çəkiliş qanunu və qaydalarından ibarətdir. Əgər gözlə görülə bilməyən və gücünü maqnetik enerjidən alan  gizil bir canlının var olduğu və bu canlının insan bədəninə girib insan ilə əlaqə qura bildiyi isbat edilsə, bir çox tezis və qaydalarımız dəyişəcək.
 " Göylərdə və yerdə olan hər şey insanın əmrinə ram edilmiştir."‌ Ayəsni Kəriməsi, insanın başqa aləmlərdəki varlıqların əmrinə girə bilməyəcəyini və insanın başqa varlıqlarla əlaqəsinin ancaq özündəki iradə və şüur yoluyla mümkün olduğunu göstərir.
Hər nə qədər Allah (c. c.),  şeytanı güclü yaratmış isə də, Qurana və Hədisi Şəriflərə və rəvayətlərə görə, insan ondan daha güclüdür. Şeytanın hiyləsinin insan qarşısında zəif olması da bu üzdəndir.

tebyan

Category: Exlaq | Baxış: 1212 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
0  
1 Qadinlar-Biz   (2012-07-14 2:46 PM) [Daxil et]
Salam aleykum. Men www.Qadinlar.Biz En Boyuk Qadin Portali `nin Administratoruyam. Sizinle emekdasliq elemek isterdim. Zehmet olmasa menimle elaqe saxlayin. qadinlar_biz@inbox.ru

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]