Bazar günü, 2024-12-08, 7:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 25 » Şeytanın hiylələrindən ehtiyatlı olun
2:14 PM
Şeytanın hiylələrindən ehtiyatlı olun
Şeytanın hiylələrindən ehtiyatlı olun
Bu məsələ ilə bağlı son dərəcə əhəmiyyətli olan bir fikir vardır ki, şeytan mömini doğru yoldan azdırmaq istədikdə, adətən ona aşkar şəkildə və rüsvayedici günahlar işlətməyi təklif etmir. Məsələn, heç zaman o, mömini içki içməyə, livatla(Livat, pedarastiya ilə uşaqbazlıqla məşğul olmağa deyilir(Tərcüməçidən) ) məşğul olamağa, yaxud namazı tərk etməyə çağırmır. Çünki bu kimi günahlar mömin üçün açıq-aydın rüsvayçılıq və məğlubiyyət sayılır. Bu səbəbdən məhz qəflətdə və diqqətsiz olduğu anlarda mömini tələyə salmaq üçün ona qarşı münasib bir hiylə işlətmək lazım gəlir.
Əmirəlmöminin Əli(ə) Kumeyl ibn Ziyad adlı səhabəsinə etdiyi tövsiyyəsində belə buyurmuşdur:
"Onlar (yəni şeytanlar) hər bir insanı mütilik və asilik baxımından öz səviyyəsinə uyğun tərzdə aldatmağı, mənasız işlərə cəlb etməyi, şirnikləndirməyi, lovğalandırmağı və ona vəsvəsə etməyi bacarırlar. Onlar, məhz bunun hesabına insana qalib gəlib ona hakim kəsilirlər(onu təsiri altına salırlar)”.(Bəsair və Huda”, səh.62. )
Bu halda şeytan hansı vasitə ilə insanın qəlbinə yol tapır?
Həqiqətdə o, mömin bəndənin qəlbinə onun öz dininin vasitəsilə yol tapır. Belə ki, ona qarşı plan hazırlayaraq üzərinə din nişanəsi vurur, onun üçün zahiri itaət və ibadətlə bəzədilmiş bir tələ qurur. Mömin isə bir anlıq öz sayıqlığını və iltifatını əldən verməsi nəticəsində şeytanın qurduğu bu tələyə düşüb onun ovuna çevrilir. Qurani-Kərimdə (şeytansifət insanları) məhz bu əməldən çəkindirilərək buyrulmuşdur:
"Bilərək haqqa batil (yalan) don geyindirməyin”.(Bəqərə surəsi, ayə 42 )
İmam Əli(ə) isə bu haqda belə buyurmuşdur: "Əgər batil haqdan ayrılıb seçilsəydi, onu axtaranlardan gizli qalmazdı və haqq da batil donundan çıxıb xilas olsaydı, haqdan üz döndərənlər ondan əl çəkərdilər. Lakin hər birindən bir az götürülüb bir-birinə qarışdırılmışdır. Belə olduqda isə şeytan öz dostlarına (ona uyanlara) hakim kəsilir və yalnız əvvəlcədən Allahın nemət verdiyi (yəni rəhm etdiyi) şəxslər (onun hiylələrindən) qurtularlar”.(Nəhcül-bəlağə, 50-ci xütbə.)
Şeytanın bəzi möminlərin nəfslərində bir çox mühüm dini məsələlərin (kiçildilməsi) hesabına digər (nisbətən az əhəmiyyət daşıyan) dini məsələləri böyüdüb şişirtməsi də bu qəbildəndir. İmam Zeynul-Abidin(ə) dualarından birində buyurmuşdur: "(İlahi!) Əgər şeytan onları (insanları) aldadıb sənin itaətindən yayındırmağa çalışmasaydı, heç kim sənə asi çıxmaz və onlara batili haqq kimi göstərməsəydi, kimsə sənin yolundan azmazdı”.(Səhifeyi - səccadiyyə, 37-ci dua. )
Belə ki, (bəzi möminlər şeytana aldanaraq) ibadət adı ilə - namaz qılıb, dua etməklə məşğul olmaq bəhanəsi ilə Allah yolunda cihad etməyə etinasız yanaşırlar.
Təqiyyənin(Təqiyyə, mömin bəndənin zülm və haqsızlıqlarla dolu olan bir cəmiyyətdə özünü , malını və namusunu təhlükədən qorumaq üçün öz həqiqi mövqeyini və əqidəsini gizlətmə sinə deyilir(Tərcüməçidən). ) vacibliyi ünvanı altında mömin, batil qarşısında boyun əyib ona təslim olmuş bir vəziyyətdə yaşayır. Müctəhidlərdən birinə təqlid etməsini əlində əsas tutaraq o, ''əmr be məruf'' (yaxşı işlərə əmr etmək) və ''nəhy əz münkər'' (pis işlərdən çəkindirmək) prinsipini tərk edir. Həmçinin, vaxtını, yalnız özünü islah etmək və daxilən (mənəvi baxımdan) yetişdirməyə sərf etdiyini bəhanə gətirərək Allah yolunda işləməkdən boyun qaçırır. Həqiqətən də, şeytan, adətən bu kimi məqamlardan istifadə edib sayıqlığını itirmiş, qəflətdə olan bəzi möminlərə tələ quraraq onların qəlbinə yol tapır.
Category: Exlaq | Baxış: 1104 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]