Şənbə günü, 2024-11-23, 12:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 7 » Şeytan tələsi
5:36 PM
Şeytan tələsi
 
14 MƏSUMLARDAN (əleyhimussəlam)-ŞƏRAB BARƏSİNDƏ
 

İslam dininin insanlara nemət olaraq bəxş etdiyi Peyğəmbər (səlləllahi və alehi və səlləm) və Əhli-Beyt (ələyhimussalam), cəmiyyətin bəlasına çevrilmiş şəraba qarşı çoxlu hədislər buyurmuşlar. Hər bir ağıllı insan bu kəlamlardan sonra şərab içmək, sərxoşluğa qurşanmaq və hər hansı bir məstedici içkilərə əl uzatmaqdan çəkinər. Aşağıda şərab haqqında nəql olunan bəzi rəvayətləri qeyd edirik:
1) İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) şərab barəsində bir neçə dəstəni:
Üzüm ağacını şərab əldə etmək məqsədilə əkib becərənləri;
Üzüm sıxıb şərab çəkəni;
Şərab satanı;
Şərab içəni;
Şərab alanı;
Şərab və içkidən hər hansı bir yolla xeyir götürənləri;
Şərabın hazırlanmasında və onun istifadəsində əli olanların hamısını lənətləmişdir. 
2) Yenə də İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) buyurur:
"Hər kəs şərab içsə, ar etməz, anası, xalası və ya bibisi ilə də olsa, zina edər.”  
3) İmam Baqir (əleyhissəlam) buyurur:
"Şərabxor şəxs, Allahın ədalət məhkəməsinə bütpərəst kimi gələr.” 
4) İmam Sadiq ələyhissalamdan nəql olunur;
"Hər kəs zina etsə, imandan xaric olar;
Hər kəs şərab içsə, imandan xaric olar;
Və hər kəs Ramazan ayında bir gün qəsdən orucunu yesə, imandan xaric olar.” 
5) İmam Sadiq ələyhissəlamdan, başqa bir hədis nəql olunur:
"Neməti azaldan günah - təcavüzkarlıq və Allahın göstərişlərindən çıxmaqdır.
İnsana həmişə peşmançılıq gətirən günah, adam öldürməkdir.
Allahın bəlasını nazil edən günah, zülmkarlıqdır.
İnsanı imansız edən günah, şərab içməkdir.
Ruzini kəsən günah zinakarlıqdır."  
Həzrəti imam Rza (əleyhisalam)dan nəql olunur:
"Allah şərabı haram buyurmuşdur. Çünki, onda fəsad vardır, o, şərab içənin ağlını əlindən alaraq Allahın inkarına gətirib çıxarır;
Şərabxor, Allah və Onun rəsulunun adından yalan danışmaqla (nalayiq sözlər söyləməklə) nəticələnir;
Həmçinin, fəsad, qətl, böhtan və zinaya səbəb olur;
Şərabxor, haram olunmuşlardan çox az çəkinir. Ona görə də, Allah əmr edir ki, bütün məstedici şeylər haramdır!" 
6) Həzrəti imam Sadiq (ələyhissalam) buyurur:
"Allah-təala Behişti üç dəstəyə haram edibdir. [Onlardan birincisi] şərab içənlərdir." 
Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
"Başqaları ilə şərab içilən süfrənin başında əyləşən şəxs, məlundur”   
7) Həzrəti imam Rza (əleyhisalam) buyurur:
"Allah şərabı fəsad əmələ gətirdiyinə, əqli və fikri batil etdiyinə, abır-həyanı aradan apardığına görə haram etmişdir.”

ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL

Tarixdən məlum olur ki, böyük peyğəmbərlərdən olan Həzrəti Yəhya ibni Zəkəriyyanın (əlyehissalam) qətli şərab və içkinin təsirindən baş vermişdir. Yazırlar ki, O həzrətin ölümü zinakar bir qadınla şərabxor şahın əyyaşlıq macərası ilə bağlıdır. O qadın öz zinakarlığı ilə şahın səltənətində yüksək mövqe və qüdrət ələ gətirmişdi. Qocalana yaxın qorxur ki, şah ondan üz döndərsin və bununla da öz mövqeyini itirsin.
Buna görə də, başqa kişidən olan qızını şahla evləndirmək fikrinə düşür. Qızını yüz bir oyunla bəzəyib şahın hüzuruna gətirir ki, onunla evlənsin.
Şah deyir: "Bu işdən ötrü Yəhya Ibni Zəkəriyya (zəmanənin peyğəmbəri) ilə məsləhətləşməliyəm. Əgər o icazə versə, sözüm yoxdur”. Şah bu məsələ ilə bağlı Həzrəti Yəhya (əleyhissala)-ma müraciət edir. O Həzrət bu işə icazə vermir və buyurur ki, bu iş şəriətdə haramdır! Şah nəfsani istəyinin əksinə olan cavab eşitdiyinə görə, hirslənir. Amma zahirdə özünü dindar kimi göstərdiyinə görə etiraz etmir. İstəmir ki, onu, bir şəriət hökmünü bəyan etdiyinə görə qətlə yetirsin.
Qadın bu işin qisasını Yəhya peyğəmbərdən almaq fikrinə düşür. O, şah şərab içib sərxoş olan halda qızını bəzəyib onun yanına gətirir. Qızına tapşırır ki, şah səndən "Nə istəyirsən?” - deyə soruşsa, söylə ki, "Yəhya peyğəmbərin başını istəyirəm”.
Qız şahın yanına gəlir. Şah sərxoş olduğuna görə qızla zina edir və ondan nə istədiyini soruşduqda, qız həmin arzusunu söyləyir. Şah sərxoş olduğuna görə tez əmr verir ki, Yəhya ibni Zəkəriyya (əleyhissalam)-ın başını kəsib onun yanında hazır etsinlər.
Beləliklə, bu fitnə nəticəsində Allah peyğəmbərinin başını faciəli şəkildə teştin içində kəsdirir.
Göründüyü kimi şərab, Allahın peyğəmbərini qətlə yetirəcəyi qədər böyük təsirə malikdir.
Category: Diger me'lumatlar | Baxış: 816 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]