Bazar günü, 2024-12-22, 5:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 1 » Şeytan insanlara bəhanələr təlqin edir
5:55 AM
Şeytan insanlara bəhanələr təlqin edir
 
Şeytan insanlara bəhanələr təlqin edir
 
Şeytan insanları Allahın yolundan azdırmaq, Allahın əmr etdiyi ibadətləri yerinə yetirmələrinə və Quranda bildirilən üstün əxlaqı yaşamalarına mane olmaq üçün yollar axtarır. Bu yollardan biri də insanların yerinə yetirmədikləri ibadətlərlə əlaqədar müxtəlif bəhanələr uydurmalarını təmin etməkdir. Yəni şeytan bir insanı səhvə sürükləyərkən bəhanələrini də onunla birlikdə verir. Məsələn, Allaha ibadət etməsi lazım olduğunu bilən gənc bir insana qarşısında daha çox uzun illər olduğu, gələcəkdə bu məsuliyyətlərini tam olaraq yerinə yetirəcəyi, amma indi buna vaxtının olmadığı, şəraitin də əlverişli olmadığı, bütün gün çöldə, məktəbdə və ya işdə olduğu, ayrıca yoldaşlarının da bunu bəyənməyəcəyi kimi onlarla bəhanə təlqin edir. Əgər insan səmimi və güclü bir imana sahib deyilsə, şeytanın bu təlqinlərinə aldanır. Amma şeytan bununla da kifayətlənməyərək insanı rahat buraxmaz. Daha əvvəl də ifadə edildiyi kimi, adam cəhənnəmə girənə qədər rahatlanmaz. Bir tərəfdən də adama davamlı etdiklərinin məqbul olduğunu, bu şəkildə hərəkət etməkdə haqlı olduğunu təlqin edir. Sonunda adam Allaha qulluq vəzifələrini yerinə yetirməyən, bunda haqlı səbəbləri olduğunu zənn edən, hətta bu mövzuda son dərəcə sabit fikirli bir insan halına gəlir.

Halbuki daha əvvəl də xatırladıldığı kimi, hər insan özünü yaratmış olan Allaha qulluq etməsi lazım olduğunu vicdani olaraq çox yaxşı bilir. Amma şeytanın özünə təlqin etdiyi və qanuni kimi göstərdiyi səbəblərlə özünü bu an üçün lazımlı olmadığına inandırmışdır.
İnsanlar Allahın əmrlərinə uymaq və razılığını qazanmaq üçün nə edəcəklərini çox yaxşı bilirlər. Söylədikləri yalanlara özlərini elə inandırmışlar ki, sonunda buna sevinəcək vəziyyətə düşmüşlər. Allah bir ayəsində ibadətlərdən geri qaldıqları üçün sevinən səmimiyyətsiz insanların vəziyyətinə belə diqqət çəkmişdir:
Arxada qalanlar Allahın rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və: "Bu istidə döyüşə çıxmayın!" dedilər. De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər. (Tövbə Surəsi, 81)

Şeytanın davamlı fürsət axtarmasına baxmayaraq, təsir edə bilmədiyi yeganə insanlar Allahın Quranda bildirdiyi kimi saleh Müsəlmanlardır. Çünki əvvəldə də ifadə edildiyi kimi, möminlər Allahdan qorxduqları və cəhənnəmdən şiddətlə çəkindikləri üçün şeytanın hər cür hiyləsinə qarşı diqqətlidirlər. Ayrıca Allaha olan imanları səbəbindən çox güclü ağıla, vicdana və iradəyə sahibdirlər.

Şeytanın bura qədər izah edilən taktikaları, təlqinləri bütün insanlara aiddir. Yəni, siz də şeytanın bu hiyləgər təlqinlərinə məruz qalma təhlükəsi altında olan bir insansınız. O halda əgər səmimi imana sahibsinizsə əsla bu həqiqətləri bilə-bilə şeytanın tələsinə düşməyin. Sizi Allahın yolundan çıxarmaq, ONA qulluq və dua etmənizə mane olmaq üçün müxtəlif bəhanə pıçıldayacaq. Üstəlik bunları son dərəcə məqbul və məntiqli göstərməyə çalışacaq. Beləliklə, özünüzü aldadaraq razı salmanızı təmin etməyə çalışacaq. Halbuki siz vicdanınız sayəsində bunların hamısını rahatca anlaya bilərsiniz və Allahın rizasından yana iradənizi istifadə edərək şeytanın təsirini özünüzdən asanlıqla uzaqlaşdıra bilərsiniz. Bu dünyada sizin üçün heç bir şey cəhənnəmdən xilas olmaqdan daha əhəmiyyətli və təcili ola bilməz. O halda şeytanın bəhanələrini mənimsəyərək özünüzü aldatmağa çılışmayın. Çünki din günü heç bir bəhanə etibarlı olmayacaq, hətta Allahın ayəsində bildirdiyi kimi insanların bəhanələrini saymağa da icazə verilməyəcək.

Həqiqət budur, diqqət yetirin! Əsla Allahın dinini yaşamaq üçün bəhanələr uydurub özünüzü aldatmayın.
 

 
Category: Diger me'lumatlar | Baxış: 1948 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]