Bazar günü, 2024-12-22, 10:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 15 » SƏBİRİN NÖVLƏRİ
4:22 PM
SƏBİRİN NÖVLƏRİ
 SƏBİRİN NÖVLƏRİ


         Əxlaq alimlərinin buyuruqlarında səbir və dözüm üç hissəyə bölünür:
1. Günahlar müqabilində səbir.
2. İtaətdə səbir.
3. Bəlaların və zəmanənin acı hadisələri müqabilində səbir.
Əgər bunların hər üçü birlikdə olsa, insan ən çətin hadisələrlə belə üzləşsə də hər cür iztirab və nigarançılığı özündən uzaqlaşdırar, təskinlik tapa bilər. Birinci səbir, "cihade əkbər” (ən böyük cihad) kimi təbir olunur və digər səbirlərin bünövrəsi sayılır. Ötən fəsildə qeyd olunduğu kimi           "Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: "Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman "Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” – deyirlər”.
Bu ayə Həzrət Əlinin (ə) buyurduğu kimi iki mətləbi bəyan edir:
1. Bizim hamımız Allahdanıq və bunu etiraf edirik.
2. Etiraf edirik ki, biz Allaha tərəf qayıdacağıq.
            Yəni Allah qarşısında öz bəndəlik və təslim olmağımız gərək unudulmasın. Biz Allahın müqabilində bir şey deyilik. O hər nə istəsə, biz də onu bəyənməliyik. Baba Tahir deyir:

Kimisi dərd, kimisi dərman bəyəndi,
Kimi vüsal, kimi hicran bəyəndi.
Mənsə bəyənilənlər arasından,
Onu bəyəndim ki, canan bəyəndi.



                "İsterca” ayəsi kimi tanınmış bu ayədən istifadə edib, öz ruhiyyəmizi gücləndirək. "Bəqərə” surəsində iki yerdə (45-ci və 153-cü ayələrdə) buyurulur: "(Müsibət vaxtı) Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin”.
             Namaz Allahla rabitə qurmaq üçün ən yaxşı vasitədir. Əgər bu rabitə kamil şəkildə yerinə yetirilsə, səbir və dözümlə birlikdə olsa, şübhəsiz hər cür acılıqları şirin edər. Bu sifarişlər kişi ilə qadına şamil edilsə də, "Əhzab” surəsində qadınlar barəsində xüsusi şəkildə söz açılır:            "Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, Allaha pərəstiş edən kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar, səbirli  kişilər və qadınlar, Haqq qarşısında müti və təvazökar olan (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən və oruc tutan kişilər və qadınlar, iffətli (namuslu) kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”

SƏBİR VƏ DÖZÜMÜN TƏSİRLƏRİ

          Rəvayətlərdə səbir və dözümün dəyəri və mühüm təsirləri barəsində çoxlu sözlər deyilir. Biz burada onların içindən Əmirəl-möminin Əlinin (ə) səbir və dözüm barəsindəki çox ali bir bəyanını təqdim edirik: "Sizə səbirli olmağı tövsiyə edirəm. Çünki, baş bədənə lazım olduğu kimi, səbir də imana lazımdır. Başsız bədənin xeyiri olmadığı kimi, səbirsiz imanın da xeyiri yoxdur”.
                 Həzrət Əli (ə) bu dərin mənalı müqayisəsində səbir və dözümün ali təsvirini başın bədənə lazımlılığı ilə eyniləşdirir. Qulaq, göz, beyin, iyləmə və dadma orqanlarının hamısı başda yerləşir. Səbir və dözüm də həmçinin belə bir funksiyaya malikdir. Səbirin sayəsində yaxşı görmək, eşitmək, hiss etmək və dərk etmək olar ki, biz kimik, hara gedirik və indi nə etməliyik?
           Bu fəsili İmam Əlinin (ə) digər bir dərin mənalı sözü ilə sona çatdırırıq. Həzrət (ə) buyurur: "Fitnə və imtahan dəryalarının nəhəng dağ kimi dalğalarını nicat gəmisi ilə yarıb irəli gedin”.
             Bu gəmi namazdan, duadan, təvəkküldən (ümid etməkdən), birlikdən, doğru–düzgün rəhbərə itaət etməkdən, dözümdən, həmişə şəhidliyə hazır olmaqdan, haqq qarşısında razı və təslim olmaqdan, şükür etməkdən, agahlıqdan və s. ibarətdir. Qısa bir cümlə ilə desək, müsibət və giriftarçılıq dəryasının nəhəng dağ kimi dalğalarını kamil iman gəmisi ilə yarıb irəli gedin. Şairlərin padşahı deyir:

Mıxın sıxıntısı, sarsılmazlığı
Faydalıdır ibrət götürsə bəşər.
Yağdıqca başına ağır zərbələr
O da göstərəsi daha çox əsər.



            Xüsusilə dua etməyi yaddan çıxartmayaq ki, bu çox təsirlidir. İmam Sadiq (ə) buyurur: "Atam İmam Baqirə (ə) hər zaman ruzigarın hüzünlü hadisələri üz versəydi, qadın və uşaqlarını toplayıb birlikdə dua edərdilər. Sonra o hadisələr və qəm-qüssələr aradan gedərdi”.

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi    

Category: Exlaq | Baxış: 973 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]