Bazar günü, 2024-12-22, 8:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 18 » Saleh əməl
7:49 PM
Saleh əməl
Saleh əməl
Saleh əməl, nəfsi halların zülmət və onun qoşunlarının nuraniyyətə və təsdiqə çevrilməsi üçün faydalıdır. Saleh əməl iki növdür: qəlbi əməllər və qalibi əməllər.
Qəlbi əməllərdən burada məqsəd, fitrəti öz əvvəlki halına və fitri ruhaniyyətə qaytaran əməllərdir. Bu əməllərin ən ümdəsi, öz batini və zahiri şərtləri ilə birlikdə, tövbədir.
Ondan sonra ürəyin paklıq və saflaşmasına məşğul olmaq, onu dünya məhəbbətindən, xudxahlıq və xudbinlikdən təmizləmək lazımdır.
Amma, qalibi əməllərdən burada məqsəd, nəfsin öz halını öz yadına salan, onu ağır yuxudan və təbiətin məstliyindən oyadan əməllərdir. Bu, əhli beytdən (ə) varid olan zikrlərlə məşğul olmaqdır. Bunun da şərtləri vardır ki, ən ümdə şərt, hüzuri qəlbdir. Nəfsi oyatmaq və onun öz halını öz yadına salmaq üçün, hüzuri qəlb ilə zikrə məşğul olmağın vaxtı, nəfsin dünyaya məşğuliyyətinin az olduğu; gecənin axırları və iki tülunun arası kimi o vaxtlardır. ("Şərhi hədisi cünudi əql və cəhl" səh. 104)

Category: Exlaq | Baxış: 911 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]