Bazar günü, 2024-12-22, 8:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 1 » Salamlaşmanın savab və fəziləti
7:08 AM
Salamlaşmanın savab və fəziləti
 Sizə salam verildiyi zaman onu daha gözəl tərzdə və ya (eyniylə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır ("Nisa" surəsi, ayə 86)

Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir». 
 

Namaz qılan şəxs salamın cavabını verməsədə günah etmiş olsa da, namazı düzgün hesan olunur. Yeni salamın cavabını verməmək namazın batıl olmasına səbəb olmur. Namaz qılan şəxsə adi qaydada  salam verilməsə, məsələn, "xoş gördük" və ya bu kimi sözlərlə müraciət olunarsa, namaz qılan şəxsə onun cavabını almaq vacib deyil.  Əgər toplum halında olanlara salam verilərsə, onların hər birinə salam vermək vacib olur.  Lakin onlardan biri salamın cavabını vermədikdə  digərlərinin cavab verməsinə ehtiyac duyulmur.

 İmam Əli (ə): «Salamın 70 savabı var: altmış doqquzu salam verənə, biri də salam alana çatar».
 Namazdan qeyri-hallarda salam verilən şəxs yaxşı olar ki, onun cavabını təmtəraqlı versin.
Məs:"Səlamun ələykum!" dedikdə yaxşı olar ki, cavabında "Ələykumussəlam və rəhmətullah!" deyilsin.
Salam vermək müstəhəb, cavabını almaq isə vacibdir. Bu, adi halda belədir. Bəs namaz qılarkən və Quran axuyarkən necə, onun vacibliyi öz yerində qalırmı?
Namaz qılan şəxs həmin müddətdə başqasına salam verməməlidir. Başqası salam verdikdə isə namaz qılan şəxs onun cavabını "Ələykumussəlam!" deyil, yalnız "Səlamun aləykum!" və ya "Əssəlamu ələykum!" kimi verilməlidir. İstər namaz halında, istərsədə namazdan qeyri hallarda salamın cavabı dərhal verilməlidir. Salamın cavabı bilərəkdən və ya unutqanlıq üzündən gecikdirilərsə və sonradan verilən cavab salamın cavabı hesab olunmasa, bu halda əgər insan namaz qstə olarsa, salamın cavabını verməməlidir. Adi halda isə bu əməl vacib hesab edilmir. Salamın cavabı eşıdiləcək tərzdə verilməlidir. Əgər salam verən şəxs kar olarsa, onun cavabı ya uca səslə, ya da işarə ilə verilməlidir.  Yaxşı olar ki, minikdə olanlar oturana, kiçiklər böyüyə salam versin. İki nəfər bir-birinə salam verdikdə onların hər birinə salamın cavabını vermək vacibdir.

Category: Exlaq | Baxış: 1657 | Added by: Ənfal | Rating: 3.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]