Bazar günü, 2024-12-22, 8:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 16 » Salam
4:09 AM
Salam
image

"Salam vermədən söhbətə başlayan insana cavab verməyin.”

İmam Həsən Müctəba (ə)

Hər gün neçə - neçə insanlarla rastlaşırıq, neçə - neçə insanlarla ünsiyyət qururuq. Bəs insanlarla rastlaşanda, ünsiyyətə başlayanda necə başlayırıq? Nə deyirik?

 

 

Bəlkə bir çoxları bunu unutsa da, çoxları buna çox önəm verir ki, bu da "salam” kəlməsidir.

 

 

 

İmam Sadiq (ə) buyurub: "Salam hər bir kəlamdan qabaqdır”. Bu kəlməni gün ərzində dəfələrlə dilimizə gətiririk. Amma bu sözün nə qədər əhəmiyyətli və bizim üçün önəmli olduğunu heç düşünən olubmu? 
 

Öncə bu sözün mənasına nəzər salaq: "Salam”, ərəbcədir. Müsəlmanların

 "əs-səlamu ələykum " (sizə sülh və əmin-amanlıq olsun) salamından irəli gələn

əmin - amanlıq və firavanlıq arzusunun ifadəsidir. Buna cavab olaraq

" və ələykum əs-səlam” (sizə də sülh və əmin -amanlıq olsun) və yaxud daha geniş səpkidə " və ələykum əs-səlam və rəhmətullahi və bərəkətuhu

"( yəni sizə də sülh, əmin - amalıq, Allahın rəhməti və xeyir-duası olsun) deyə cavab verilməlidir. Yəni gün ərzində işlətdiyimiz bu kəlmə, görünüşcə çox kiçik lakin mənaca çox dərin olan bu söz əslində bir-birimizə etdiyimiz  xeyir - duadır. Bunu da qeyd edim ki, "islam”, "müsəlman” sözləri də məhz elə "salam” sözünün kökündən əmələ gəlib.      

 Quranda qeyd olunduğu kimi, Allah -Təala salama çox böyük önəm verir: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz ki, Allah hər şeyi hesaba alandır!(surə 4, ayə 86). Salam Allah kəlamı olmaqla yanaşı həm də Allahın gözəl adlarından biridir. Bəs belə olduğu halda bu gözəl sözü necə dilə gətirməmək olar?  Salam verməklə yanaşı, salamı almaq da çox önəmlidir. İmam Əli (ə): "Salam 70 həsənədən (savabdan) ibarətdir: 69-u verənin, 1-i isə salamı alanındır”.

Deməli kimsə sizi salamladığı zaman sizə savab qazandırmış olur. Bir kimsənin salamını almamaqla isə o şəxsə deyil, Allahın buyurduğuna hörmətsizlik etmək deməkdir. Peyğəmbərimiz (s) buyurub: "Kiçiklər böyüklərə, bir nəfər iki nəfərə, az adam çox adama, minikdə olan piyadaya, yoldan keçən dayanmış adama, dayanmış adam da oturmuş adama salam versin”. 

 Rəvayətlərə görə Muhəmməd Peyğəmbərin (s)  özü hətda uşaqlara salamı birinci verərmiş. Bu haqda da bizə belə bir nəsihət vermiş: " Beş şeyi ölənədək tərk etmərəm...uşaqlara salam verməkdir ki, (bu iş) məndən sonra bir sünnə olsun”. 

Salamla bağlı bəyənilən əməllərdən biri də Allahın Rəsuluna (s) (Muhəmməd peyğəmbərə (s)) salam göndərməkdir. " Mənə salam göndərən üçün qəbirdə bir nur var, sirat körpüsündə bir nur var, və behiştdə bir nur var” buyurmuş peyğəmbərimiz Muhəmməd (s).  Həzrət Əli (ə) buyurub: " O dua qəbuldur ki, əvvəlində və axırında Muhəmməd (s) və ali Muhəmmədə salavat göndərilsin.” Görün bu kiçik həcimli kəlmə nə qədər hikmətli imiş, nə qədər xeyirli və bərəkətli imiş. "Allahın adi yad olunmadan və mənə salam salavat göndərilmədən başlanan söz nəticəsiz qalar, xeyir və bərəkətdən uzaq olar”- Muhəmməd peyğəmbər (s).      

Artıq salamla bağlı bu kiçik məqaləmin sonluğundayam. Əslində bu kiçik həcimli, zahirən kiçik lakin daxilən çox geniş, mənaca çox dərin olan Allah kəlamı haqqında nə qədər yazsam yenə də kifayət etməz .

 Mən sadəcə bəzi əsas məqamları seçib, sizlərə təqdim etdim. Bu sözü hər kəs gündəlik həyatında işlədir. Lakin bu sözün mənasını, yaxud bu sözü işlətməklə nə qədər savab qazadığını, Allahın razılığını qazandığını bilirdimi ? Məqaləmin məqsədi də elə məhz bu idi. Vəssəlam.     

"Məğfirət səbəblərindən biri də salam vermək və gözəl danışmaqdır”  Muhəmməd peyğəmbər (s)

ihq.az

Category: Exlaq | Baxış: 1006 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]