Bazar günü, 2024-12-22, 10:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 12 » Şah Abbas və Şeyx Bəhayi
7:30 PM
Şah Abbas və Şeyx Bəhayi

Günlərin biri Şah Abbas Şeyx Bəhayini yanına çağırib deyir: "İstəyirəm səni ölkənin baş qazısı  təyin edəm. Heç şübhə etmərəm ki, camaatın maariflənməsində əldə etdiyin uğurları qazılıqda da qazana biləcəksən" təklifindən dərhal imtina edə bilməyib deyir: "Şah sağ olsun, mənə bir həftə möhlət verin və bu müddət ərzində ölkədə baş verən hadisələri diqqətlə izləyin. Əgər fikriniz dəyişməsə, məni qazı təyin edin. Yox, əgər fikrinizdən dpnərsinizsə, yenidən öz işimə davam edərəm".

Şah Abbas razı olur. Şeyx Bəhayi şəhərdən uzaqlaşır. Az keçmiş yol kənarında dayanıb dincini almaq qərarına gəlir. 

Bu vaxt nəzərini bir nəfər cəlb edir, onun açdığı süfrəyə dəvət edir. Nahar etdikdən sonra Şeyx Bəhayi dəstəmaz alıb namaza durur və həmin şəxsə deyir:" Mənim əcəlim artıq gəlib çatmışdır. Namaz qıldığım yerdə yer məni udub özünə çəkəcək. Sən burda otur, torpaq məni udduqdan sonra əsasımı və ulağımı evimə apar və ailəmə de ki, şeyx namaz qıldığı yerdə torpaq onu uddu. Amma Hz. Əzrailin üzünü görməyə taqətin olmayacaq. Bunun üçün gözlərini yumub yetmiş dəfə "İxlas" surəsini oxu və torpağın məni udmasını gözlə. Gözlərini açdıqda ulağımla, əsasımı özünə götür, şəhərə qayıt və dediklərimi yerinə yetir".

Həmin şəxs Şeyx Bəhayinin dediklərini eşitdikdən sonra təlaşa düşür. Gözlərini yumub "İxlas" surəsini axumağa başlayır. Şeyx Bəhayi fürsətdən istifadə edərək əmmaməsini yerə qoyub divarın o biri tərəfinə atılaraq xəlvətcə evinə gedir.Şeyx gəlib ailəsinə deyir:" Bu gün kim məni soruşsa, deyin ki, şeyx gün evdə olmayacaq".

Səhər tezdən Şeyx Şah Abbasın yanına gedir. Şahın etibarından istifadə edərək yuxudan oyanan kimi onunla görüşə nail olur. Şahla hal-əhval tutduqdan sonra deyir:" Şah sağ olsun. Camaatın nə qədər düşüncəli olduğunu və yalan yerə şahidlik vermələrini əyani şəkildə sizə göstərmək istəyirəm".

Şah Abbas təəccüblənərək soruşur:"Nə olub?.

Şeyx Bəhayi baş verənləri olduğu kimi şaha nəql edir, sonra deyir:"Dünən günortadan sonra camaat arasında torpağın məni udmasına dair şayələr yayıb. Hətta bəziləri bunu özləri gördüklərini iddia edirlər. İcazə versəydiniz, onları şəhər meydanına toplayıb bunu öz dillərindən eşidərdik".

Şah bütün şəhər əhalisinə mərkəzi meydana toplaşmağı əmr edir. Şah onlara müraciət edərək Şeyx Bəhayinin başına gələnlər barədə soruşur. Hami bir nəfər kimi torpağın onu namaz qılarkən udduğunu söyləyir. Şah onlardan şahid tələb etdikdə  şəhərin digər nüfuzlu şəxsləri  Çah Abbasın yanına gələrək şəhadət verməyə çahid olduqlarını bildirirlər. Onlardan biri deyir:"Yerin Şeyxi udduğunu öz gözlərimlə gördüm". İkincisi deyir:" Gördüklərim məni dəhşətə gətirdi. Torpaq bir an işində onu özünə çəkdi". Üçüncü şahid deyir:" Torpaq Şeyxi özünə çəkdiyi zaman onun acizanə şəkildə ağladığını gördüm". Dördüncü şahid deyir:" Allahı şahid gətirirəm ki, Şeyx yerə batdıqda gözləri  hədəqəsində çıxıb sinəsinə düşmüşdü".

Beləcə hərə özünəməxsus tərzdə yalan şəhadət verir. Şah onları dinlədikdən sonra deyir:" İndi ki, beledir,şeyx üçün yas məclisi qurulsun. Görün o nə qədər günahkar bəndə olmuşdur ki, Allah onu namaz halında torpağa batırmışdır".

 Camaat dağıldıqdan sonra Şeyx Bəhayi yenidən şahın yanına gələrək deyir:" Şah sağ olsun, camaatın səfehliyini gördünmü?". Şah deyir:" Bəli, gördüm. Amma de görüm bütün bunların məqsədi nə idi?". Şeyx Bəhayi cavabında deyir:" Camaatın görmədiyi, nə xeyrli, nə də ziyanı olan bir hadisə barədə bu qədər yalan uydurub şehadət verdiyi bir yerdə mən onların xeyir və ziyanına necə ədalətli höküm çıxara bilərəm?!". Şah Şeyx Bəhayinin müdrük qərarını eşitdikdən sonra deyir:" Düz deyirsən, sən camaatın maariflənməsi ilə məşğul olsan, bu həm  sənin özün, həm də onlar üçün daha faydalı olar". 

Bundan sonra Şeyx Bəhayi uzun müddət Şah Abbasın ən yaxın müşavirlərindən olur.


Möminlərin əmiri İmam Əli (ə)  buyurur:" Susarkən düşünən, danışarkən zikr edən, gördüklərindən ibrət alan və düzgün nəticə çıxaran şəxs insanların ən dərrakəlisidir"


Category: Tarix | Baxış: 1297 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]