Bazar günü, 2024-12-22, 10:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 6 » Bilirsizmi?
7:05 AM
Bilirsizmi?
1. Quran əməl dəftərindən söz açarkən onun əməlisaleh insanlara sağ tərəfdən, günahkarlar isə sol və arxa tərəfdən veriləcəyindən xəbər verir.

2. Yaxşı olar ki, məscidə sağ ayaqla daxil olub sol ayaqla çıxsın. Ayaq yoluna isə əksinə, sol ayaqla daxil olub oradan sağ ayaqla çıxsın.

3. Birisi ilə görüşdükdə sağ əllə görüşülür.

4. Birisi asqıranda ona "sağlam ol!" deyilir.

5. Bir yerə daxil olarkən hörmət əlaməti olaraq sağ tərəfdə olanlar buraxılır.

6. Səhhətində heç bir nöqsan olmayanlara sağlam deyilir.

7. Birisinə hərtərəfli köməklik edən şəxsə məcazi olaraq "sağ ol" deyilir. "Əhməd Muhəmmədin sag qoludur (yardımçısıdır)".

8. Yaxınlarımızla vidalaşdığımız zaman onlara məhz "sağ olun!" deyirik.

9. Birisinə əmin-amanlıq arzuladığımız zaman ona sol-salamat qal deyil, məhz "sağ-salamat qal!" deyirik.

10. Ayaqyolunda təharət sağ əl ilə deyil, məhz sol əl ilə yerinə yetirilir.

11. Qısıq olmayan və yaxşı süd verən heyvanlara belə sağlam deyilir.

12. Xəstəlikdən xilas olan şəxslərə "sağaldı" deyilir.

13. Sol əl ilə yazanlara "solaxay" kəlməsindən istifadə olunur. Halbuki sağ əlindən istifadə edənlər üçün xüsusi kəlmədən istifadə olunmur.

14. Şalvar, köynək, pencək və s. geyindikdə ilk olaraq sağ tərəfə keçirilir.



Category: Bezi meslehetler | Baxış: 1536 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]