Bazar günü, 2024-12-22, 11:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Aprel » 29 » Şəriət hökmlərindən xəbərdar olmaq
5:27 AM
Şəriət hökmlərindən xəbərdar olmaq
 
Şəriət hökmlərindən
xəbərdar olmaq

Saleh bəndə olmaq istəyən şəxs müəyyən bir işə başlamazdan əvvəl onun haqqında məlumat toplayıb öz işini şəriət ölçüləri ilə uyğun şəkildə qurmalıdır. Şəri hökmləri, qanunları bilmədən tərbiyələnmək və öhdəmizə düşən vəzifəni yerinə yetirmək mümkün deyil. Buna əsasən, dində müəyyən zəruri hömkləri (təqlidlə və ya ictihadla) bilmək hamıya vacibdir. Heç olmazsa, dini məsələləri öyrənməkdə irəli çıxıb başqalarına da başa salmaq üçün müəyyən şəxslərin olması lazımdır. Allah-təala buyurur:
"Barı hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər". («Tövbə»-122)
Rəvayət olunur ki, İmam Sadiq(ə)-dən "Tutarlı dəlil yalnız Allaha məxsusdur" («Ənam»-149) ayəsinin mənasını soruşduqda buyurdu: "¬Allah-təala qiyamət günü öz günahkar bəndəsinə buyurar: "Ey mənim bəndəm! Niyə öz vəzifəni düzgün yerinə yetirmədin? Bilərəkdənmi günah etdin?" Əgər desə ki, "bəli”, buyurar: "Niyə bildiyinə əməl etmədin?" Yox əgər desə ki, «bilmirdim», onda soruşar: "Niyə öyrənmədin ki, əməl edəsən?.."
Nəticə olaraq, bəndəlik və ibadət iki şərtlə özünü doğruldur: məhəbbət və itaətlə. İtaət Tanrının razılıq və istəyini bilmədən qəbul deyildir. Özlərindən nə isə qondarıb itaət və ibadət kimi yerinə yetirilənlər, həqiqətdə, özlərinin bəndələridirlər, nəinki Allahın.
Bu haqda Allah-təala buyurur:
"Allah özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?" («Yunus»-59)
 
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni

Category: Exlaq | Baxış: 879 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]