Bazar günü, 2024-12-22, 6:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 19 » Şərabın yaranma tarixi
11:31 AM
Şərabın yaranma tarixi
 
Şərabın yaranma tarixi

Şərabın nə vaxt meydana gəlməsi bizə dəqiq məlum deyildir. Hal-hazırda mövcud olan Tövrat və İncil kitablarında da şərab haqqında danışılmışdır. Bundan əlavə, qədim Misir və Babil aşurilərindən əldə qalan əsərlərdə, müxtəlif millətlərin əfsanələrində, o cümlədən yunanların, rumların qədim əfsanələ...rində şərabın adı çəkilmişdir.
Həzrəti İsa (əleyhissalam)-dan qabaqkı dövrlərdə yaşamış qədim yunan tarixçisi Blinyus yazır ki: "Mən yüz ildən qalmış şərab içdim”. Humerus adlı başqa bir tarixçi özünün "Əl-Yazər” kitabında şərabın adını çəkir.
Bəziləri üzüm şərabının meydana gəlməsini belə nəql edirlər: Həzrət Adəm (əleyhissalam) üzüm ağacını əkir. Bu səhnəni görən Şeytan gəlib onun dibində tovuz quşunu kəsir. Üzümün yarpaqları açıldıqdan sonra isə dibində meymun kəsərək onun qanını ağacın dibinə tökür. Amma ağac bar gətirdikdən sonra, Şeytan onun dibində bir şir kəsir. Meyvə kamil yetişdikdən sonra isə bu dəfə onun dibində bir donuz kəsir. Deyilənə görə, həmin səbəbə görə şərab içən şəxsdə bu dörd heyvanın xasiyyəti zahir olur.["Şöləhayi fəsad”, səh.150]
Şərab içənin rəngi və surəti əvvəlcə tovuz quşu kimi qızarır. Şərab onun damarlarına keçdikdən sonra məst olaraq meymun kimi rəqs etməyə başlayır. Sərxoşluq halı onun bütün bədənini bürüdükdən sonra kimisə vurub öldürmək istəyir. Şir kimi hər tərəfə həmlə edir. Daha sonra onda əsəb yorğunluğu yaranır və yatmaq istəyir. Bu vaxt xoruldayaraq yuxuya gedir və özünü Şeytanın ixtiyarında qoyur.["Kanuni fəsad”, səh.150.]
Tarix səhifələrində bu cür əhvalatlara çox rast gəlmək olar. Hər halda, şərabın yaranma tarixi bizə dəqiq şəkildə məlum olmasa da, onun adının qədim zamanlardan, hətta demək olar ki, bəşərin ömrü ilə bərabər olmasına şübhə yoxdur.
Amma şərab və məstedici içkilərin rəsmi şəkildə hazırlanması miladi tarixinin birici ilindən İskəndəriyyədə başlanır. .

QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA

Bəşəriyyətin ən qatı düşmənlərindən biri olan şərab haqqında Qurani-Kərimin bir neçə surəsində ayələr nazil olmuşdur. Məlum olduğu kimi cahiliyyət dövründə şərabdan çox geniş şəkildə istifadə olunurdu. Onu da qeyd edək ki, bəzi şərabxorların şəxsi fikirlərinin əksinə olaraq, İslam dini nöqteyi-nəzərindən bütün səmavi dinlərdə, dini kitablarda (həmçinin, Tövrat və İcildə), həzrəti Adəm (əleyhissalam)-dan indiyə qədər şərab haram olmuş və Qiyamətə qədər də haram olacaqdır. Bütün müsəlman alimlərinin fətvasına uyğun olaraq, şərab və məstedici içkilər zatı nəcis sayılan on bir nəcis (murdar) şeylərdən biridir.
İndi də Quranda şərab haqqında nazil olan bəzi ayələri nəzərdən keçirək:
1. Bəqərə surəsi, 219-cu ayə:

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِن نَّفْعِهِمَا ............. كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

[Ey Mənim Rəsulum!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah və həm də insanlar üçün mənfəət [şərabın alveri ilə əldə edilən kiçik dünya mənfəəti] vardır.................... Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz..”.
Bu ayə barəsində məşhur təfsir kitabı olan "Məcməul-bəyan”da yazılır: İnsanlara söylə: Şərabda və qumarda böyük günah var! Ola bilsin ki, ondan bəziləri mənfəətlər də götürsünlər. Belə ki, şərabı alıb-satmaqla qazanc əldə edilir, onu içib ləzzət alanlar da olur və s. Sonra əlavə edir ki, onların günahı və zərəri xeyrindən daha çoxdur. Çünki, içki və qumarın istifadəsi ötəri, faydası isə məhduddur. Amma günahına gəldikdə isə, onu içən insan əgər tövbə etməsə, Pərvərdigari-aləmin qəzəbinə, O müqəddəs varlığın qarşısında düşmən mövqeyində durmasına səbəb olur. Halbuki, ondan götürülən azacıq xeyir, günah və zərəri ilə müqayisədə bir damla ilə dəryanın fərqi qədərdir. Əlbəttə, qeyd olunan zərər insanın iman, təqva və mənəviyyatında olan zərərdir, tibbi və fiziki bəlalarından isə gələcək bəhslərdə söz açacağıq.
2. Maidə surəsi,90-ci ayə:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

"Ey iman gətirənlər! Şərab da [içki də], qumar da bütlər də, fal oxları da Şeytan əməlindən olan çirkin bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!”
Bu ayə dörd cəhətdən şərabın haram olmasına dəlalət edir:
1. Allah şərabı çirkin bir şey adlandıraraq insanın nicat tapmasının mümkünlüyünü bu çirkinliklərdən uzaqlaşmaqda görmüşdür.
2. Bu cür əməlləri Şeytan əməli adlandırır. Aydındır ki, Şeytan əməli haram işlərdəndir.
3. Göstəriş verir ki, bu işdən çəkinin. Allahın göstərişlərinə əməl etmək vacib və bu göstərişin icrasından yayınmaq isə haramdır.
4. İnsanın düz yola gəlməsini və xoşbəxt olmasını bu cür murdar işlərdən çəkinməkdə görür. Onu da qeyd edək ki, Allah-təala bu günahın adını «bütpərəstlik» kimi günahla bir sırada çəkir. Bu da həmin əməlin şiddətli haram olmasına bir nişanədir. Bu mətləblərdən əlavə, şərabın təkcə içilməsinin deyil, satılmasının da haram olması aydınca başa düşülür.
Sonrakı ayədə buyurur:

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ

Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı.["Maidə” surəsi, 91-ci ayə.].
Göründüyü kimi şərab insanın həm dünyasını, həm də Axirətini xarab edir.
Bütün bunlardan nəticə olaraq başa düşmək olar ki, şərab içən. Allahın düşməni sayılır. Çünki, insan şərab içdikdə Şeytana yaxın olanlardan sayılır. Əgər insan vaxtında bu yoldan peşiman olub qayıtmasa, dünya və Axirətdə Allahın bəlasına düçar olar.
 
Category: Diger me'lumatlar | Baxış: 1012 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]