Bazar günü, 2024-12-22, 10:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 17 » Şəhvətin dizi altında...
8:26 PM
Şəhvətin dizi altında...


-Ustad, ötən gün yenidən tövbəmi pozdum, şəhvətə məğlub olub eyni günaha yol verdim. Bu günaha görə tövbə qılıb yenidən tövbəni pozmağım o qədər təkrarlanıb ki, artıq Allahın rəhmətindən ümidim qırılır. Bu məğlubiyyətlərdən çıxış yolu varmı?

Ustad Cavidan:
-Allahın əmri budur ki, yüz dəfə də tövbəni pozsan, yenə ümidini üzmə, növbəti dəfə tövbə qıl. Tövbənin şərti Allaha imandır. Sizin probleminiz budur ki, siz özünüzə güvənib tövbə qərarına gəlir, tövbə edirsiniz. Allaha həqiqi təvəkkül, sığınmaqla tövbə etsəniz, onu pozmazsınız. Tövbə edəndə bilməlisiniz ki, bu qərarı Allahın yardımı olmadan həyata keçirə bilməzsiniz. Buna görə də tövbədən sonra duaları davam etdirib mütəmadi olaraq Allahdan yardım istəyin, İmam Mehdiyə (əc) təvəssül edin. Hətta bu halda da tövbəni pozsanız, ümidinizi üzməıyin, tövbə və duanı davam etdirin.
İkinci təsirli amil qidalanmadır. Yeməyinizə diqqətli olun, çox yeməyin. Hətta yeməyinizi yarı azaldın. Qidalarınız pak və halal olsun. Namazınızı düzgün və vaxtında qılın, hər gün Əsrin imamına (əc) təvəssül edin, Ali-Yasin ziyarətini oxuyun.

HaqqYolu
mənbə: javedan.ir

Category: Diger me'lumatlar | Baxış: 915 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]