Bazar günü, 2024-12-22, 9:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 13 » Sədəqə nədir?
9:49 AM
Sədəqə nədir?

Azərbaycan dilində işlənən həm sədəqə, həm də zəkat mənasında istifadə olunub. Qurani-Kərimin "sədəqə" sözündən götürülən 16 kəlməyə rast gəlmək olur. "Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz, daha yaxşı olar. Bu günahlarınızın bir qismini örtər. Allah tuttuğunuz hər bir işdən xəbərdardır!" ("Bəqərə" surəsi, ayə 271)
Peyğəmbər (s.ə.s) buyurur:" Sədəqə bəla və həyata keçəcək mütləq qəzabvü-qədəri dəf edər".

Sədəqə necə verilməlidir? Sədəqə həm gizli, həm də aşkarda verilə bilər. Hər iki halda verilən sədəqə halal qazancla əldə olunmalıdır. Haram yol ilə verilən sədəqə savaba deyil, böyük günaha səbəb olur.

Sədəqə ixlasla verilməli və riyakarlıqdan uzaq olmalıdır. Başqalarını xeyrxahlığa sövq etmək məqsədi ilə sədəqəni aşkarda da vermək olar.

Peyğəmbərdən (s.ə.s) nəql olunan rəvayətlərin birində qəza və qədərin bir neçə dəyişildiyinə işarə olunur ki, onlardan biri də Allah yolunda ixlasla sədəqə verməkdir.


Category: Bezi meslehetler | Baxış: 1607 | Added by: Ənfal | Rating: 3.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]