Bazar günü, 2024-12-22, 8:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 24 » Səbr gözəldir
7:39 AM
Səbr gözəldir
 Səbr ilk növbədə, bəla gələndə, müsibət baş verəndə təmkinli dayanmaq şikayət etməməkdir. Yəni gələn bəlaya şikayət və fəryad, yaxud narazılıq etmədən dayanmaqdır.

   Səbr orta yolu tapmaq, bəla və əzab zamanında dözmək, həyatın və dinin şərtləri qarşısında bemədən, yorulmadan yala davam etməkdir. Səbr dinimizin daha çox istədiyi və əmr etdiyi əxlaqi qaydalardan biridir. Səbrdə məqsəd gözlənilməz hadisələr və həll edə bilmədiyimiz problemlər qarşısında həyacanlanmadan, təşvişə düşmədən ağılla fikirləşərək doğru qərarlar verə bilməkdir. Ancaq səbr zülmə boyun əymək, vətən, namus və insan şəxsiyyətinə qarşı olan təhqirlərə də dözmək mənasına gəlməməlidir. Müəyyən etiraz etməyən insanlar acizliyi və qorxaqlığı nümayiş etdirmiş olurlar. "Ey iman gətirənlər! Səbr və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir" ("Bəqərə", 153).
   Allah-Təalanın izdən istədiyi səbr qarşılaşdığınız hər hansı bir müsibətin ilk anında, həyəcana düşüb qeyri-ixtiyarı hal və hərəkətlər etməməlidir. Belə ki, Ənəs ibn Malikin rəvayətinə görə, Peyğəmbər (s.ə.s) bir gün övladı vəfat etmiş və yüksək səslə fəryad edib saçını-başını yolan bir qadının yanından keçərkən ona:" "Allahdan qorx və səbr et",-dedi.Buna cavab olaraq "Get başımdan, sən mənim halımı başa düşməzsən. Çünki mənim başıma gələn sənin başına gəlməyib".
   Həyacandan Peyğəmbərimizi tanımayan qadına sonradan onun Muhəmməd Peyğəmbər (s.ə.s) olduğu deyilir. Qadın o anda Peyğəmbərimizin (s.ə.s) yanına gəlib onu tanımadığını deyərkən üzr istədi. Qadının halını başa düşən Peyğəmbər (s.ə.s) "Həqiqi səbr, fəlakətin ilk anında göstəriləndir" buyurmuşdu. Peyğəmbər (s.ə.s) səbrlə əlaqədar söylədiyi başqa bir hədisdə isə onun nəvləri haqqında belə məlimat verməkdir: "Səbr üç növdür: müsibətlərə qarşı, Allahın əmrlərinə qarşı və günah işləməməkdə olan səbr. Hər kim başına gələn bəlaya o qurtarana qədər dözərsə, Allah ona üç yüz dərəcə savab yazar ki, hər dərəcə arasındakı məsafə yerlə-göy arasındakı məsafə qədərdir".  Qurani-Kərmdə səbrlə əlaqədar olan ayələrin birində belə buyrulur;"Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal və can (övlad)və məhsul qıtlığı ilə imtahan edərik.Səbr edən şəxslərə müjdə ver!" ("Bəqərə" 155).
   Səbr bütün peyğəmbərlərin ortaq cəhətidir. Belə ki, onların hamısı Allahın dinini təbliğ edərkən müxtəlif əziyyətlərlə qarşı-qarşıya qalmış, vətənlərindən qovulmuş, hömdarlar tərəfindən zindanlara atılmış və hətta bir çoxu bu yolda şəhid edilmişdir. Ətrafındakı insanlardan heç bir şey ilə fərqlənməyən Muhəmmdə peyğəmbərin (s.ə.s) həyatına nəzər salıqda  səbrin saysız miqdarda nümunələrinin şahidi oluruq. Hətta müşrüklər ona sahib olmadığı şeyləri təklif etdiklərinə baxmayaraq  kainatın əfəndisi onlara belə cavab vermişdi: " Bir gün ac qaldığım zaman səbr edər, tox olduğum zamanda Allaha şükür edərəm. Çünki iman bir-birini tamamlayan iki hadisədən ibarətdir. Bunun biri şükür, digəri isə səbrdir". 
   Əbu Said əl-Hudri Peyğəmbərimizin xəstəlik halını nəql edərkən belə deyir :" Peyğəmbərimizin xəstə olduğunu eşitdim və onun ziyarətinə getdim. Əlimi onun üzərinə qoydum. Hərarətini yorğanın üstündən hiss etmək olurdu. "Hərarətin çox yüksəkdir!", -dedim. "Biz Peyğmbərlər beləyik. Dərd-bəla bizə qat-qat gəldiyi kimi, bunun qarşılığında olan mükafatlar da qat-qat gəlməkdədir". "Ey Allahın Rəsulu! İnsanların ən çox bəlaya düçar olduqları kimlərdir?", - deyə soruşdum. Əməlisalehlərdir!", - deyə cavab verdi- "Bu insanlar kasıb olub bir paltar belə, ala bilməməsinə baxmayaraq hər şeyə sahib olub sevinən insan kimi sevinirlər". Başına hər hansı bir bəla gələn insana səbr edib qarşılığında olacaq savabı da Allahdan umması məsləhət edilməkdədir. Buna örnək olaraq Həzrət Həmzənin bacısı Safiyəni nümunə göstərmək olar. Belə ki, Ühüd döyüşünda qardaşının  şəhid olduğunu eşidib onu son dəfə görmək istəyir. Lakin Peyğəmbər (s.ə.s) Hz. Həmzənin düşdüyü halın görməməsi üçün ona bunu qadağan edir. Safiyə isə "Onsuzda qardaşımın kəsilib doörandıöını bilirəm. Mənə sadəcə, onu son dəfə gördüyümə icazə verin. Qardaşım Həmzə bu müsibətə Allah yolunda düşdü və inşeallah onun əcrini də Allah verər".
   Səbr Peyğəmbər xüsusiyyətlərindəndir. Bəlalara səbr etmək qurtuluş vasitəsidir. Allah-Təala buyurur:" "(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm sahibləri səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. Müşrüklərə tez (əzab) gəlməsini istəmə" ("Əhqaf" 46/35).
Səbr qəmdən və sıxıntıdan qurtarmağın ən əsas yollarından biridir. Çünki səbr Allahın qulları üçün yaratmış olduğu ən faydalı və təsirli olan dərmandır.
   İnsan xarakter olaraq tələskən yaradılmışdır və bu xüsusiyyətlərinə görə də bir çox səhvlər edir. Halbuki Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbr etməsi tövsiyyə edilir. Mömin Allahın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbr etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə "Rəbbin üçün səbr et!" ("Muddəssir",7) hökmü verilir. Həm bu yolda mübarizənin, həm də Allaha yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbrdir. Bir ayədə belə buyrulur:" Ey iman edənlər! Səbr edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" ("Ali-İmran", 200).
   Bir şeyi unutmayaq ki, səbr və dözüm anlayışları fərqlidir. Cahiliyyə cəmiyyətində bu iki anlayış bir-birinə qarışmışdır. Halbuki, bu anlayışlar arasında mömin tərəfdən davranılan çox mühüm fərq var. Dözüm, xoşa gəlməyən, ağrı verən çətinliyə dözməkdir. Halbuki, Quranda nəzərdə tutulan səbr mömin üçün çətinlik qaynağı deyil. Mömin Allahın razılığını qazanmaq üçün səbr edir, bunda görə də səbrindən ötrü heç bir əzab çəkmir, əksinə mənəvi həzz alır.
   Quranda səbrin möminlər üçün həzz, inkarçılar üçün isə çətin "dözüm" olduğu belə ifadə edilmişdir:" Səbr və namzla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərin başqa (hamıya) ağır gəlir." ("Bəqərə",45).
   Quranda səbrin möminlər üçün "müjdəli" ibadət olduğu və möminlərin qarşlığına çıxan çətinliklərə qarşı səbr nümayış etdirərkən sahib olduqları vəziyyət belə izah edilir. :"Siz bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət və insan və məhsul itkisi ilə sınayırıq. Səbr edənlər müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. ("Bəqərə", 155-156).
   Səbr elə üstün xasiyyətdir ki, mömin birliyində böyük güc əmələ gətirə bilər. Allah gücün səbrə görə necə dəyişdiyini aşağıdakı ayəddə belə açıqlayır: "İndi Allah sizin (yükünüzü ) yüngülləşdirdi. Çünki O sizdə zəiflik olduğunu bilirdi.Əgər aranızda yüz səbrli kişi olsa, (kafirlərdən) iki yüzünə qalıb gələr; əgər aranızda min (səbrli kişi) olsa,Allahın izni ilə (kafirlərdən) iki mininə qalıb gələr. Allah səbr edənlərlədir" ("Ənfal",66).

YA SƏBR!
Quranda izah edilən bütün mömin xüsuusiyyətlərini də əhatə edən xüsusiyyətdir. Çünki bir insan təvazökar, mərd, fədakar ola bilər. Amma burada incə məqam da var:əgər bu xüsusiyyətlərində səbr göstərərsə, bunların da dəyəri o zaman olar. Səbr bütün digər mömin xüsusyyətləri qiymətli və etibarlı edir. Yalnız səbr imanı məqbul edir.
 Möminun ömrü səbrlə küçir. Həyatının hər günü "Allah üçün səbr et!" hökmünə itaət edir. Nəticədə Allah canını alacaq və onu razılığı və Cənnətiylə mükafatlandıracaqdır. Cənnətin qapısındakı mələklər möminlərə belə səslənərlər:"Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" ("Rəd",24).

Category: Exlaq | Baxış: 1187 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
0  
1 incigirl   (2011-09-24 2:28 PM) [Daxil et]
Ne xosbextdir o insan ki,heqiqeten sebr etmeyi bacarir.Xebere gore tesekkurler.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]