Bazar günü, 2024-12-22, 10:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 28 » Səbat
12:40 PM
Səbat
Səbat
Allah-Taala səbat barəsində buyurur: «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlimeyi-şəhadətlə) sabitqədəm edər..» («İbrahim», 27)
     Səbat bir halətdir ki, imanla yanaşı olmayınca insanda ruhi rahatlıq, arxayınlıq yaranmaz və nəticədə, kamalın tələbi də ondan asılı olduğu üçün müyəssər olmaz. Çünki etiqadında süst olan hər kəs kamal tələb edə bilməz. İmanın səbatı kamil və kamalın var olduğuna qəti imanın əldə edilməsindən ibarətdir. Nə qədər ki, bu qətiyyət əldə edilməyib kamalın tələbi də olmayacaqdır və nə qədər ki, kamalın tələbi və bu yolda səbatın əldə edilməsi qərarına gəlinməyib, seyri-süluk mümkün olmayacaqdır və bir kəs əzm göstərib qərara gəlsə amma səbatı olmasa «Yer üzündə şeytanların azdırıb atdığı və çaşqın dolaşan adam kimi» olar. («Ənam», 71) Bəlkə, belə də deyə bilərik ki, çaşqın və sərgərdan qalmış adamın qərarı da olmaz və necə ki, müəyyən bir səmtə yönəlməyibdir, onun hərəkəti və seyri-süluku da baş tutmayacaqdır və əgər hərəkəti də olsa faydasız və səmərəsiz olacaqdır.
     Və amma, bir adamın səbatının səbəbi öz əqidəsinin haqq olduğuna olan batini bəsirəti, kamala qovuşmasından aldığı ləzzət və həmin batini halətin zavala uğramayacaq şəkildə mələkəyə çevrilməsi olar. Bu səbəblə də sabitqədəm insanlar həmişə saleh əməllər görərlər.

ÖVSAFÜL-ƏŞRAF
ŞƏRAFƏTLİ İNSANLARIN XÜSUSİYYƏTLƏRİ kitabından

XACƏ NƏSİRƏDDİN TUSİ


Category: Diger me'lumatlar | Baxış: 871 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]