Bazar günü, 2024-12-22, 10:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 11 » Ruhlarla əlaqə
9:50 PM
Ruhlarla əlaqə
Ruhları çağırmaq olar? Bəs onlarla əlaqə yaratmaq necə, mümkündür?
Ayətullah Məkarim Şirazi bu barədə deyir: "Ruhlarla əlaqəni danılmaz həqiqət olaraq qəbul etməliyik. Lakin bir çoxlarının bu məsələdən sui-istifadə etdiklərini də unutmamalıyıq.


İslamı mənbəələrdən əldə ettiyimiz faktlara əsaslanaraq biz ruhlarla əlaqəni inkar edə bilmərik. Hz. Muhəmməd (s.ə.s) Bədr döyüşündən sonra döyüş meydanına gələrək Məkkə müşrüklərinin ruhları ilə danışır. Sonralar həm Peyğəmbər (s.ə.s), həm də İmam Əlinin (ə) dəfələrlə Bədr qəbiristanlığına gələrək ölülərin ruhları ilə əlaqə yaratmalarının şahidi oluruq. Lakin bu barədə irəli sürülən iddialar elə də asanlıqla qəbul olunmamalıdır. Əlaqə yaradılsa belə, onu yaradan şəxsə çatan bütün məlumatları əldə eləmək olmaz. Belə ki, əldə olunan bəzi məlumatlar şər ruhlar tərəfindən göndərilə bilər ki, bu da sonradan acı nəticələr verə bilər.

Yaxşını pisdən necə ayırmaq olar?

Ruhlar tərəfindən göndərilən məlumatlar dinin göstərişləri ilə zidd olmamalıdır.  Yəni göndərilən xəbər Allahın halalını haram, haramını da halal etməməlidir. Bunun üçün isə dinin göstərişləri, Peyğəmbərin (s.ə.s) və Məsum İmamların sünnətini (ə) mükəmməl bilmək lazımdır. Yalnız bundan sonra əldə olunan məlumatın müsbət və ya  mənfi olduğunu müəyyən etmək olar. Bir sözlə, ruhların göndərdikləri xəbər və məlumatlar (doğru olmalarına baxmayaraq) bizim üzərimizə heç bir vəzifə qoymur. Yəni əgər məlumat əldə olursa, bir müsəlman olaraq onu qəbul edin həyata keçirməyimiz heç də vacib deyil. Çünki yerinə yetirməli və tərk etməliolduğumuz bütün vacibatlar dinimiz tərəfindən bizə gəlib çatan məlumatları yalnız o zaman qəbul edə bilərik ki, onların möminliyinə əmin olaq. Bu isə bizim öz ixtiyarımızdadır. Yeni əmin olduqda belə, istəsək onları qəbul edib həyata keçirə bilər, istəmədikdə isə qəbul etməyə  və həyata keçirməyə bilərik. Bunu da qeyd etmək lazımdır ki, ruhların möminliyinə əmin olmaq  o qədər də asan deyil. Ona gərə əldə olunan məlumatlara əhəmiyyət verməmək daha məqsədəuyğundur. Diqqət yetirməli olduğumuz məsələlərdən biri də budur ki, əldə etdiyimiz məlumat doğru və mömin ruhdan olduqda belə, ondan heç bir yəqinlik hasil edə bilmərik. Əldə edəcəyimiz ancaq zənn və güman olacaq. Belə ki, bir çox hallarda mömin ruhlar  hər hansı bir işin həyata keçməsini məqsədəuyğun hesab etsə də, meydana gələn başqa bir şərait onu müşahidə etməyə mane olur. Digər tərəfdən isə bu kimi məsələlər hüquqi baxımdan sübuta yetirilmir.

Əgər insanların heysiyyət, hüquq və mənəviyyatına xələl gətirirsə, ruhlarla əlaqə yaratmaq və onlardan hər hansı bir məlumat əldə etmək ümumiyyətlə, haram və yolverilməzdir.




Category: Diger me'lumatlar | Baxış: 1764 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 2
0  
2 ELGUN_MIRZEYEV   (2011-04-14 9:33 PM) [Daxil et]
Cox sagoln [b][u]

0  
1 anik   (2011-04-12 8:59 AM) [Daxil et]
ALLAH sizden razi olsun INSHALLAH

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]