Bazar günü, 2024-12-22, 2:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 15 » Ərbəin
9:18 AM
Ərbəin

Ərbəin elə bir gündür ki, İmam Hüseynin (ə) müqəddəs məzarı ilk dəfə həmin gün ziyarət edilib. Ərbəin günü Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsarinin adı ilə bağlıdır. Rəsuli-Əkrəmin (s) bu sevimli və əziz məsləkdaşı ilk şəxsdir ki, İmam Hüseynin (ə) şəhadətinin 40- cı günü - «ərbəin» günü, hicrətin 61-ci ili səfər ayının 20- də bu müqəddəs məzarın ziyarətinə gəlmişdir. Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: «Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin (ə) ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl verdi. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin (ə) qəbrinə tərəf getdi. İmam Hüseynin (ə) qəbrinin kənarına çatanda mənə söylədi: «Əlimi pak qəbrin üzərinə qoy» (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş edib qəbrin üzərinə yıxıldı. Bir az üzünə su vurdum. Cabir özünə gələndə 3 dəfə: «Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!» dedi»

saafi.net

Category: Diger me'lumatlar | Baxış: 812 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]