Bazar günü, 2024-12-22, 2:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 15 » “Ərbəin”
9:13 AM
“Ərbəin”

Qırx, qırxıncı. İslam mədəniyyəti və ürfani maarifində, qırx ədədinin (ərbəin) xüsusi yeri var. Çillə saxlamaq (qırx gün ibadət etmək) arzulara çatmaq, ürfanda ali məqamlar qazanmaqdan ötrüdür. Qırx hədis əzbərləmək, qırx gün ixlaslı olmaq, qırx yaşda ağlın kamala çatması, qırx mömin üçün dua, qırx Çərşənbə axşamı və s. əməllər qırx rəqəmi ilə bağlı əməllərdəndir. Aşura mədəniyyətində, "ərbəin” (qırx) İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününə deyilir ki, buda Səfər ayının 20–nə təsadüf edir. Xalqın adətlərindən biri budur ki, dünyadan gedənlərinin qırxı olanda, dünyadan gedənin xatirəsinə ehsan və sədəqə verir, hüzür məclisi təşkil edirlər. Səfər ayının iyirmisində də şiələr, müxtəlif ölkə və şəhərlərdə İmam Hüseynin (ə) xatirəsinə əzəmətli mərasimlər təşkil edirlər. Bu mərasimlərdə sinə vurur, əzadarlıq edir, Əhli-beytin (ə) adına şerlər oxuyurlar. Kərbəla şəhərində, "ərbəin” xüsusi əzəmətliklə qeyd olunur.  
İlk "ərbəin”də, yəni İmam Hüseynin (ə) qırxında, Cabir ibni Abdullah Ənsari və Ətiyyə Əfəvi İmamın (ə) qəbrini ziyarət ediblər. Bəzi rəvayətlərə əsasən, həmin "ərbəin”də Əhli-beyt (ə) karvanı Şamdan Mədinəyə qayıdarkən yolları Kərbəladan keçdi və Cabirlə görüşdülər. Əlbəttə bəzi tarixçilər bunu qəbul etmirlər, o cümlədən Mərhum Mühəddis Qumi "Müntəhil-Amal” kitabında Əhli-beytin (ə) Kərbəladakı görüşünün ilk "ərbəin”də olmadığına dəlillər gətirir.
İmam Hüseynin (ə) ziyarətinə təkid
İslam hədislərində tövsiyə edilən ən müqəddəs və fəzilətli ibadətlər övliyaların və məsum imamların (ə) ziyarətidir ki, onların arasında isə İmam Hüseynin (ə) ziyarəti xüsusi əhəmiyyətə malikdir. İmam Sadiq (ə) İmam Hüseynin (ə) ziyarətinə getməyin təhlükəli və qorxulu olduğundan danışan İbn Bükeyrə buyurdu: "Allahın səni bizim yolumuzda qorxaq görməyini istəmirsənmi?” Allah insanların qəlblərini İmam Hüseynə (ə) eşqin girovunda qoydu və eşq, aşiqi dostun ünvanına çatdırır. İmam Hüseyn (ə) aşiqləri ilk "ərbəin”dən, Əməvi hakimiyyətinin gizli və aşkar təziqlərinə baxmayaraq İmam Hüseyn (ə) ziyarəti mədəniyyətini bu günədək gətiriblər. İmam Hüseynin (ə) ziyarəti kişi və qadın müsəlmanların daimi arzusu olmuşdur. 
Hədislərdə İmam Hüseynin (ə) ziyarəti barəsində çoxlu müsbət təsirlər və bərəkətlər nəql olunmuşdur ki, Əllamə Məclisinin "Biharül-Ənvar” kitabında yazılan bəzi hədislərə işarə edirik:
1. Allah müqərrəb mələklərə buyurur: "İmam Hüseynin (ə) zairlərinin onun ziyarətinə şövqlə tələsdiklərini görmürsünüzmü?”
2. İmam Hüseyn (ə) zairi, ərşdə Yaradanla həmsöhbət olacaqdır.
3. İmam Hüseyn (ə) zairi, cənnətdə Peyğəmbərin (s) və ailəsinin qonşusu olacaqdır.
4. İmam Hüseyn (ə) zairi, Allahın əziz mələklərinin məqamına yüksəlir.  

Mənbə: hawzah.net

Category: Diger me'lumatlar | Baxış: 819 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]