Bazar günü, 2024-12-22, 6:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 23 » Rəcəb - azğın nəfsdən qurtuluş ayı!
2:27 PM
Rəcəb - azğın nəfsdən qurtuluş ayı!
Rəcəb - azğın nəfsdən qurtuluş ayı!


Rəcəb ayı haram, yəni hörməti saxlanılması vacib olan aylardandır. Həzrət Peyğəmbər buyurur: " Rəcəb Allahın ayı , şəban mənim ayım, ramazan ümmətimin ayıdır. Hər kim Rəcəb ayının bir gününü oruc tutsa Allahın razılığını qazanar…
Bu ayın birinci cümə axşamı Leylətul-rəğaib – arzular gecəsi adlanır. Bu cümə axşamı günahlarının bağışlanması möminlərə hədiyyə edilir.
Allahim! Bizə rəcəb və şəbanda bərəkət ver! Bizi ramazan ayına çatdır! Bu aylarda oruc tutmaqda, namaz qılmaqda, dilimizi qorumaqda və gözümüzü naməhrəmə yummaqda bizə yardımçı ol…
Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: «Haradadır rəcəb ayı əhli?» İnsanlardan bir qrupu ayağa qalxar… Allah-Taala tərəfindən nida gələr: «Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam, sizə çox əta edəcəyəm, behiştdə saraylar verəcəyəm…”
Bütün bu mükafatlar o müsəlman üçündür ki, bu aydabir gün də olsa oruc tutsun - ayın əvvəlində, ortasında və ya axırında.
Rəcəb ayının hansı əməlləri var?
Rəcəb ayı bu duanı oxumaq tövsiyə edilmişdir:

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحيمِ
یا مَنْ اَرْجُوهُ لِکُلِّ خَیْرٍ
Ey bütün xeyirlərdə ümid etdiyim!

وَآمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ
Hər şərdə qəzəbindən qurtuluş soraqladığım!

یا مَنْ یُعْطِى الْکَثیرَ بِالْقَلیلِ
Ey az ibadət müqabilində çox əta edən!

یا مَنْ یُعْطى مَنْ سَئَلَهُ
Ey hər istəyənə əta edən!

یا مَنْ یُعْطى مَنْ لَمْ یَسْئَلْهُ
Ey istəməyənlərə də əta edən!

وَمَنْ لَمْ یَعْرِفْهُ
Tanımayanlara da!

تَحَنُّناً مِنْهُ وَرَحْمَةً
Ey nemət verən, nəvaziş göstərən…

اَعْطِنى بِمَسْئَلَتى اِیّاکَ
Səndən istəklərimə görə mənə əta et!

جَمیعَ خَیْرِ الدُّنْیا وَجَمیعَ خَیْرِ الاْخِرَةِ
Dünya və axirətin bütün xeyirlərini!

وَاصْرِفْ عَنّى بِمَسْئَلَتى
Səndən istəklərimə xatir uzaqlaşdır məndən…

اِیّاکَ جَمیعَ شَرِّ الدُّنْیا وَشَرِّ الاْخِرَةِ
Dünya və axirət şərini!

فَاِنَّهُ غَیْرُ مَنْقُوصٍ ما اَعْطَیْتَ
Sənin verdiyin azalmaz…

وَزِدْنى مِنْ فَضْلِکَ یا کَریمُ
Ey Kərim, artır mənə fəzlini!

یا ذَاالْجَلالِ وَالاِْکْرامِ
Ey cəlal və kərəm sahibi!

یا ذَاالنَّعْماَّءِ وَالْجُودِ
Ey nemət və bəxşiş sahibi!

یا ذَاالْمَنِّ وَالطَّوْلِ حَرِّمْ شَیْبَتى عَلَى النّارِ
Ey əta edən, haram et mənə cəhənnəm odunu!

Rəcəb ayının əvvəl, orta və axır günlərində, hətta bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
Rəcəb ayının 15-də qüsl vermək, oruc tutmaq, İmam Hüseynin (ə) ziyarəti bəyənilmiş əməllərdəndir.

Bütün müsəlmanlara ilahi tövfiq diləyirik!

HaqqYolu

Category: Diger me'lumatlar | Baxış: 875 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]