Bazar günü, 2024-12-22, 5:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 22 » Rəcəb ayının ilk gecəsinin əməlləri
1:51 PM
Rəcəb ayının ilk gecəsinin əməlləri
Rəcəb ayının ilk gecəsinin əməlləri

Qarşıdan rəcəb ayının gəldiyini nəzərə alaraq, sizə Rəcəb ayının birinci gecəsinin bəzi əməllərini təqdim edirik. Bu gecə ən şərafətli bir gecələrdəndir və bir neçə əməlləri vardır.
1. Rəcəb ayının hilalını müşahidə etdikdə bu duanı oxumaq:



اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ 

السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ جَلَّ . 

 Allahummə əhilləhu ələyna biləmini vəlimani vəssəlamətə vəlislam rəbbi və rəbbukəllahu əzzə vəcəll.

Nəql olunub ki, Peyğəmbər (s) Rəcəb ayının hilalını görən zaman bu duanı oxuyardı:

اللَّهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا

عَلَى الصِّيَامِ وَ الْقِيَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَ لا تَجْعَلْ حَظَّنَا 

مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ . 

Allahummə barik ləna fi rəcəbin və şəbanə və bəlliğina şəhrə rəmazanə və əinna ələssiyami vəl-qiyami və hifzil-lisani və ğəzzil-bəsəri və la təcəl həzzəna minhul-cuə vəl-ətəş.

2.Qusl etmək. Bu ayın əvvəlində, ortasında və sonunda qusl etmək tövsiyə olunub.

3. İmam Hüseyni (ə) ziyarət etmək.

4. Məğrib (şam) namazından sonra 20 rəkət namaz qılmaq. Bu namaz isə bu cür qılınır. Hər rəkətdə "Həmd" surəsindən sonra bir dəfə "Tövhid" surəsini oxumaq və hər iki rəkətdə salamları vermək lazımdır.

5. İşa namazından sonra iki rəkət namaz qılmaq. Qaydası: Birinci rəkətdə "Həmd" surəsindən sonra bir dəfə "Ələm nəşrəh" (İnşirah və ya Şərh) və üç dəfə "Tövhid" surəsini oxumaq, ikinci rəkətdə "Həmd", "Ələm nəşrəh" (İnşirah və ya Şərh), "Tövhid", "Fələq" və "Nas" surələrini hər birini bir dəfə oxumaq lazımdır. Salamlardan sonra isə 30 dəfə "لا اله الاّ اللّه" demək və 30 dəfə "salavat" göndərmək lazımdır.

6. 30 rəkət namaz qılmaq. Hər rəkətdə "Həmd" surəsindən sonra bir dəfə "Kafirun" surəsini və üç dəfə də "Tövhid" surəsini oxumaq lazımdır.

7. İşa namazından sonra bu duanı oxumaq tövsiyə olunub:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّكَ مَلِكٌ وَ أَنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ مُقْتَدِرٌ وَ أَنَّكَ

مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ 

الرَّحْمَةِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ يَا مُحَمَّدُ يَا 

رَسُولَ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيُنْجِحَ [لِي‏] 

بِكَ طَلِبَتِي اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ

عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي 

Allahummə inni əsəlukə biənnəkə məlikun və ənnəkə əla kulli şəyin muqtədirun və ənnəkə əla ma təşay min əmrin yəkunu Allahummə inni ətərəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir-rəhməti səlləllahu ələyhi və alihi ya Muhəmmədu ya Rəsuləllahi inni ətəvəccəhu bikə iləllahi rəbbikə və rəbbi liyuncihə bikə təlibəti Allahummə binəbiyyikə Muhəmmədin vəl-əimməti min əhli bəytihi səlləllahu ələyhi və ələyhim və ələyhim əncih təlibəti

Hazırladı: Emin Nasir
deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 771 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 1
0  
1 vefa32   (2012-05-22 5:15 PM) [Daxil et]
salam. allah sizden razi olsun . amma burdaki dualri siz ereb dilinde yazdiz ve tercumesini yeni bizim oxuya bileceyimiz dilde yazmadiz . xais edirik o sozlerin bizim dilde seslnmesini yazasiz eyer mumkunse. axi biz ereb dilini oxumagi bilmirik. allah size yar olsun

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]