Bazar günü, 2024-12-22, 10:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 11 » Qurbanlıq
12:27 PM
Qurbanlıq

Qurbanlıq

İbrahim Peyğəmbər (ə) İlahi sınaq məqamına çatdıqda yuxuda oğlu İsmaili qurban kəsildiyini görür. Yuxunu təkrar görüncə bunu İsmailə danışır. İsmail tərəddüd etmədən İlahi əmrə tabə olduğunu və atasından ona əmr olunanı yerinə yetirməsini rica edir. Həmçinin bir çox ayınləri İbrahim Peyğəmbərin (ə) və onun ailəsinin sınaq dərsləri olduğu kimi qurbanlıq ona və onun ailəsinə aiddir.

 Təməttü həccinin beşinci vacib əməli qurbanlıq kəsməkdir. Qurbanlıq heyvan Qurban bayramı günü kəsilməlidir. Bunun üçündə bir neçə vacib göstərişləri var:

1. Niyyət edilməlidir;
 Qurbanlıq heyvan ya dəvə, ya inək, ya da qoyun olmalıdır.

2.Hər bir heyvan özünəməxsus yaşda olmalıdır;

3.Nöqsansız olmalıdır;
 Bayram günü kəsilməlidir.

4.Minada kəsilməlidir;
Ardıcıllığa riayət olunmalıdır;

5. Qurbanlıq heyvan hərəmin (ziyarətgahın( əhatə dairəsindənçıxarəlmadan kəsilməlidir;

6. Zəvvar qurban kəsməzdən əvvəl niyyət etməlidir. Heyvanı onun yerinə başqa birisi kəsdikdə hər iki şəxs niyyət etməlidir. Tək zəvvarın niyyət etməsi də, həmçinin kifayət edər;

7.Vacib həcc ziyarətində kəsilən bir qoyun, və ya bir keçi bir nəfərə aid olur;

8.Qurbanlıq dəvənin beş yaşı, inək və keçinin iki, qoyunun isə bir yaşı tamam olmalıdır. Qoyun yeddi aylıq olarsa da, kifayət edər;

9. Zəvvar qurbanlıq heyvanı kəsə bilmədikdə onun əvəzinə on gün oruc tutmalıdır. Onlardan üç günü həccdə, qalan yeddi günü isə vətəndə tutmalıdır. Bundan başqa həccdə tutulan oruc Zülhiccə ayında tutulmalıdır. Bu zaman aşağıdakı şərtlərə riayət etmək vacibdir:
1. Üç gün ardıcıl oruc tutmalıdır.
2. Qruc Zülhiccə ayının 10,11 və 12-ci günlərində tutulmalıdır. Zülhiccə ayının 12 və 13-cü günləri Minada olduqda isə oruc tutmaq olar. Heccdəki kəffarə orucunu Zülhiccə ayının sonuna qədər tutmaq olar.

10. Əgər Ərəfə və Tərviyə günlərində oruc tutularsa, Minadan qayıtdıqdan dərhal sonra, üçüncü günü təxirə salmadan oruc tutmaq lazımdır. Orucun Minada və ya Məkkədə tutulması vacibdir.

11. Oruc tutmağa imkan olmadıqda, yaxud yolda tuta bilmədikdə vətənə qayıtdıqda tutmalıdır. Üzürsüz olaraq Mina və Məkkədə oruc tutmayan şəxs günah etmiş olur. Lakin vətəndə tutulan oruc düzgündür.

12. Yaxşı olar ki, kəsilən qurbanlıq üç hissəyə bölünsün. Zəvvar qurbanlıq ətinin üçdəbirini özünə götürə bilər, amma üçdəbirini yoxsullara, üçdəbirini isə başqalarına verməlidir. Lakin hazırda həcc ziyarətindəki tünlükdə belə bölgü aparmaq çox çətindir.

13. Zəvvarın qurbanı özü kəsməsi vacib deyil, bunu başqasınada həvalə edə bilər. Qurbanlıq bayram günü və ya təşriq günləri (Zülhiccənin 10, 11, 12-ci günləri) kəsilməli və bundan gec təxirə salınmamalıdır.

14. Qurbanlıq mütləq Minada kəsilməlidir. Lakin hazırda yer azlığından Minadan xaricdə də qurban kəsilir. Qurbanı Şeytanın daşlamasından sonra və saçla dırnaqların qısaldılmasından əvvəl kəsilməsi vacib deyil.

Category: Diger me'lumatlar | Baxış: 860 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]