Cümə günü, 2024-04-26, 9:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 11 » Quranla tanışlıq
7:33 PM
Quranla tanışlıq
Quranla tanışlıq
 
İslam marifi nur çeşməsi.

Surələrlə tanışlıq:

-Quran neçə surədən ibarətdir?

-Quran 114 surədən ibarətdir. 114 surə isə ümumilikdə, 6.236 ayə, 77.277

kəlmə və 3.211.250 hərfdən ibarətdir.

-Surələrin neçəsi Məkkədə, neçəsi Mədinədə nazil olub?

- Quranın 86 surəsi Məkkədə, 28-i isə Mədinədə nazil olunub.

Hicrətdən əvvəl nazil olan surələrə Məkki, hicrətdən sonra nazil olan

surələrə isə Mədəni surələri deyilir.

-Quranın ən böyük və ən kicik surəsi hansılardır?

-Quranın ən böyük surəsi «Bəqərə» (286 ayə), ən kicik surəsi isə

«Kövsər» surəsidir (3 ayə).

- Peyğəmbərə (s.ə.s) iki dəfə nazil olan surə hansıdır?

-Peyğəmbərə (s.ə.s) iki dəfə nazil olan surə «Fatihə» surəsidir

(«Fatihə» surəsi bir dəfə Məkkədə, bir dəfə Mədinədə nazil olub).

- Quranın ilk və son surəsi hansılardır?

- Quranın ilk surəsi «Fatihə» , son surəsi isə «Nas» surəsidir.

- Quranın hansı surəsi «Bismillahir-rəhmanir-rəhim» ayəsi ilə başlanır?

- Quranın 114 surəsindən biri («Tövbə» surəsi) istisna olmaqla, bütün

surələri «Bismillahir-rəhmanir-rəhim» ayəsi ilə başlanır. Lakin

«Nəml» surəsində «Bismillahir-rəhmanir-rəhim» ayəsindən iki yerdə

istifadə olunduğundan onların sayı yenə də 114-ə çatır.

- Quranın neçə surəsi müqəttəə hərfləri ilə başlanır?

- Quranın 29 surəsi müqəttəə hərfləri ilə başlanır.

-«Quranın qəlbi» və «Quranın gəlini» surələrdir?

-«Quranın qəlbi» «Yasin» surəsi (36-cı surə), «Quranın gəlini» isə

«Rəhman» surəsidir (55-ci surə).

-Quranın neçə surəsi «Qul» (De!) əmr feli ilə başlanır?

- Quranın 5 surəsi «Qul» (De!) əmr feli ilə başlanır:

1-«Cin» surəsi (72-ci surə)

2-«Kafirun» surəsi (109-cu surə)

3-«İxlas» surəsi (112-ci surə)

4-«Fələq» surəsi (113-cü surə)

5-«Nas» surəsi (114-cü surə).

- Vacib səcdə ayələri olan surələr hansılardır?

- Vacib səcdə ayələri olan surələr bunlardır:

1-«Səcdə» surəsi (32-ci surə)

2-«Fussliat» surəsi (41-ci surə)

3-«Nəcm» surəsi (53-cü surə)

4-«Ələq» surəsi (96-cı surə).

-Qiyamət mənasını verən surələr hansılardır?

-Qiyamət mənasını verən surələr bunlardır:

1-«Rəd» surəsi (13-cü surə)

2-«Casiyə» surəsi (45-ci surə)

3-«Vaqiə» surəsi (56-cı surə)

4-«Həşr» surəsi (59-cu surə)

5-«Təğabun» surəsi (64-cü surə)

6-«Qiyamət» surəsi (75-ci surə)

7-«Nəbə» surəsi (78-ci surə)

8-«Zəlzələ» surəsi (99-cu surə)

9-«Qariə» surəsi (101-ci surə).

-Üsuliddindən və Firuiddindən birinin adı verilən surələr hansılardır?

-Üsuliddindən birinin adı verilən surə «Tövhid», Firuiddindən birinin adı verilən surə isə «Həcc» surəsidir.

-Ayələrinin sayı məsum imamların sayı qədər olan surə hansıdır?

-Ayələrinin sayı məsum imamların sayı qədər olan surələr «Təlaq» və «Təhrim» surələridir. (Hər iki surənin ayələrinin sayı 12-dir).

-Həftənin günlərindən birinin adı verilən surə hansıdır?

- Həftənin günlərindən birinin adI verilən surə «Cümə» surəsidir (62-ci surə).

-Hansı surəyə alimin silahının adı verilmişdir?

-Alimin silahının adı verilmiş surə «Qələm» surəsidir (68-ci surə).

- «Mim» hərfi istifadə olunmayan surə hansıdır?

-«Mim» hərfi istifadə olunmayan surə «Kövsər» surəsidir (108-ci surə).

- «Fa» hərfi istifadə olunmayan surə hansıdır?

- «Fa» hərfi istifadə olunmayan surə «Fatihə» surəsidir (1-ci surə).

-Allahın sifətləri ilə başlanın surələr hansılardır?

-Allahın sifətləri ilə başlanan surələr bunlardır:

1-«Nur» surəsi (24-cü surə)

2-«Fatir» surəsi (35-ci surə)

3-«Rəhman» surəsi (55-ci surə)

4-«Əla» surəsi (96-cı surə).

- Quranın neçə surəsinə peyğəmbər adı verilib?

-Quranın 6 surəsinə peyğəmbər adı verilib.

1-Yunus (10-cu surə)

2-Hud (11-ci surə)

3-Yusif (12-ci surə)

4-İbrahim (14-cü surə)

5-Məhəmməd (47-ci surə)

6-Nuh (71-ci surə).

-Quranın neçə surəsinə heyvan adı verilib?

-Quranın 5 surəsinə heyvan adı verilib.

1-«Bəqərə» (dişi inək,2-ci surə)

2-«Nəhl» (bal arısı,16-cı surə)

3-«Nəml» (qarışqa,27-ci surə)

4-«Ənkəbut» (hörümçək,29-cu surə)

5-«Fil» (fil,105-ci surə).

islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 902 | Added by: Mursəlat | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]