Şənbə günü, 2024-11-23, 12:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 4 » Quranın olar-olmazları
3:00 PM
Quranın olar-olmazları
1. Yaxşı olar ki, Quran dəstəmazla oxunsun, lakin çarəsizlik üzündən dəstəmazsız da Quran oxumaq olar. Bir şərtlə ki, Quanın yazısına toxunulmasın. Əlbəttə, bu şərt Quranın ərəb qrafikası ilə yazısına aiddir. Tərcüməsinə isə toxunmaq olar.

2. Boynunda cənabət, heyz, nifas və meyit qüsulu olan şəxslər Quranın yeddi ayəsini oxuya bilərlər.Yeddi ayədən artıq oxumaq məkruhdur.

3. Boynunda cənabət, heyz, nifas və meyit qüsulu olan şəxslər Quranın vacvib səcdə ayələrindən birini belə oxuya bilməzlər.

4. "Tövbə" surəsi istisna olmaqla, Quranın digər surələrini "Bismillahir Rəhmanir Rəhim" ayəsi ilə başlamaq lazımdır. Bu surəni "Bismillah! ayəsi oxumadan  başlamaq lazımdır.

5. Gündəlik vacib namazlarda "Fatihə" surəsindən sonra Quranın istənilən surələrindən birini oxumaq olar.  Bir şərtlə ki, həmin surə əvvəldən axıra qədər oxunsun. Və rükətlərdən birində "İxlas" surəsi mütləq oxunmalıdır.

6. Allahdan ruzi diləmək üçün "Ayətül- Kürsü"-nü oxumaq olar. Ayərül-kürsü "Bəqərə" surəsinin 255-ci ayəsidir. Əlbəttə bəzən 256-257-ci ayələr də əlavə olunur.

7. Yaxşı olar ki, Quran oxunmazdan əvvəl bu zikr deyilsin:" Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd. Əuzu billahi minəş şeytanir rəcim". Qurtardıqda isə "Sədəqallahul əliyyul əzim" deyilməsi müstəhəbdir (bəyənilir).

8. Dünyasını dəyişən şəxslər üçün "Yasin" oxutdurmaq istəyən şəxslər ərəb dilində oxuya bilməsələr də, doğma dillərində oxuyub savabını onların ruhlarına hədiyyə edə bilərlər.

9. Quranı manitər və ya telefondan oxuyan şəxslər dəstəmaz almadan ekrana əl vura bilərlər.

10. Vacib səcdə ayələrini oxuyan şəxslər oxuduqdan, dinləyənlər isə dinlədikdən sonra səcdə etməlidirlər. Bunun üçün dəstəmaz almaq lazım deyil.


Category: Diger me'lumatlar | Baxış: 1392 | Added by: Ənfal | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]